Icma.az
close
up
RU
Fuad Nəcəfli Əshabi Kəhf dağından YIXILDI

Fuad Nəcəfli Əshabi Kəhf dağından YIXILDI

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Naxçıvan Televiziyasının sabiq sədri Sahil Tahirli Prezidentin Muxtar Respublikadakı xüsusi nümayəndəsi Fuad Nəcəflinin işdən çıxarılmasına münasibət bildirib.

Modern.az jurnalistin yazısını təqdim edir:

Cənab Prezidentimizin bu gün Fuad Nəcəflinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilməsi ilə bağlı sərəncamı yerində və vaxtında verilmiş bir qərar kimi təqdirəlayiq və gözlənilən idi.

 İlk növbədə ona görə ki, səlahiyyətli nümayəndə lk ayarda müəyyən qədər səmərəli işləsə də, ötən 2 il ərzində ona göstərilən böyük etimadı doğrultmadı (baxmayaraq ki, ona həm rəhbərlik, həm də naxçıvanlılar tərəfindən inam və dəstək kifayət qədər idi), verilən tapşırıqları vaxtında yerinə yetirmədi, Naxçıvanın inkişafı ilə bağlı Dövlət Proqramlarını icra edə bilmədi, Naxçıvan kimi starateji əhəmiyyətli bölgənin inkişafını ləngitdi, beləliklə, işsizlik və kütləvi köçə yol açdı! Baxmayaraq ki, həm ümummilli lider Heydər Əliyev, həm də Prezident İlham Əliyev muxtar respublikanın inkişafına və çiçəklənməsinə, möhkəmlənməsinə  həmişə yüksək diqqət və qayğı göstəriblər...

Beləliklə, Nəcəflinin 3 illik fəaliyyəti və ya, fəaliyyətsizliyi ilə bağlı hadisələrin içində olan biri kimi dəqiq deyə bilərəm:

1.İş görmək əvəzinə şəkil çəkdirdi, daim özünüreklamla məşğul oldu;

2.Sosial-iqtisadi nəticəyə gedə bilmədi, şişirdilmiş statistik rəqəmlərlə oynadı;

3.Üst orqan və rəhbərliyi yalan məruzə və məlumatlarla aldatmağa çalışdı (buna nail ola bilmədi);

4.Öz məsuliyyətini, işlərin zəif gedişini nazir və komitə sədrlərinin adına yazıb onları gözdən salaraq özü həmişə məsuliyyətdən yayındı;

5.İllərdir Naxçıvanda dövlətin yetişdirdiyi peşəkar yerli kadrlar öncə vəzifədən, sonra Naxçıvandan uzaqlaşdırdı, beləcə, Gənclər-idman, Mədəniyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi, Rəqəmsal inkişaf və nəqliyyat nazirlikləri, Culfa icra hakimiyyəti, Naxçıvan dövlət televiziyası və digər mühüm qurumlar başsız buraxıldı. Bakıdan dəvət edilən bir çox qurum rəhbəri də eyni aqibəti yaşadı, bir il tamam olmamış şərlənib və ya təhqirlərə dözməyib vəzifələrindən uzaqlaşdırıldılar (bərbad kadr islahatları);

6.Kiçik və orta sahibkarlığın qarşısını öz maddi maraqları naminə aldı;

7.İdarəetmədə xaotik mühit yaradaraq dövləti insanların gözündən saldı;

8.Təmsil etdiyi orqanın güclənməsi və nüfuzunun artmasına çalışmadı;

9.Xüsusən, ən mühüm strateji sahələrin inkişafını blokladı;

10.Şəxsi nümunə göstərə bilmədi, əyyaşlıqdan, boş və mənasız iclaslar keçirməkdən başı ayırd olmadı.

Naxçıvanda dövlətin media siyasətini də böyrü üstə qoydu. Bu, ayrıca yazının mövzusu olduğundan, geniş danışmayacağam. Qısaca, onu deyə bilərəm ki, medianı şəxsi maraqları üçün istifadə etməyə çalşıdığından və lazımsız tapşırıqlar verdiyindən Naxçıvan televiziyası ilə 5 ay əvvəl yollarımı ayırdım. Ərizəmdə də konkret göstərmişdim: “xahiş edirəm, yaradıcılıq fəaliyyətimə yaradılan süni maneə və problemlərə görə məni tutduğum vəzifədən azad edəsiniz”…

Və “Əsahbi-Kəhf” ziyarətgahında jurnalist həmkarlarımızın içində mənə dediyi sözü də heç vaxt unutmayacağam: “Mən adamı belə cəzalandırıram”. Bəli, Fuad müəllim, belə… Cəzalandırmaq Allaha məxsusdur, sənin kimisinə yox!!! Əshabi-Kəhf dağından mən yox, sən yıxıldın. Mən yenə yazı-pozumla məşğulam!

Ceyhun Cəlilovu təbrik edirəm. Televiziyada işləyəndə dəfələrə görüşmüşəm. Baş nazir kimi, həm mediaya, həm də digər sahələrin inkşafına dəstəyini, məsələlərə kreativ yanaşmasını, dövlətə bağlılığını, bilik və təcrübəsini görmüşəm. Naxçıvanı layiq olduğu yerə gətirəcəyinə, Hörmətli Prezidentimizin etimadının doğruldacağına inanıram!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Noyabr 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see462

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see330

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see307

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see278

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see249

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see248

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see244

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see244

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see234

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see220

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see208

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see207

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see205

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see203

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see200

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see199

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see197

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see196

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see190

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri