Fuad Nəcəfli gecəylə Naxçıvanı belə tərk edib Bundan sonra o, rahat rahat telefonda oyun oynaya bilər (FOTO)
Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dünən Prezidentin sərəncamı ilə vəzifəsindən azad olunan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli elə həmin günü gecə Naxçıvanı tərk edib.
Mia.az xəbər verir ki, bu barədə Naxçıvan üzrə ixtisaslaşımış ekspert Heydər Oğuz açıqlama və foto yayıb.
O bildirib ki, bu, Fuad Nəcəflinin Naxçıvan hava məkanında son görüntüsüdür: "Axır ki, “canişin” öz həqiqi möhtəvasına qayıtdı. Bundan sonra o, rahat-rahat telefonda oyun oynaya bilər. Necə olsa, Bakıdan gələn zənglər onu narahat etməyəcək, ölkə başçısı onu danlamayacaq, köməkçisi Ramiz müəllim hər gün qapısında dayanıb onun asudə vaxtını korlamayacaq. Necə deyərlər, heyf deyil azadlıq? “Canişin” əfəndi ömrünün “İnsanlara hürriyyət, millətlərə istiqlal” dövrünə qədəm qoydu. Buna “azad telefon oyunu” dövrü də demək olar".
Xatırladaq ki, Fuad Vahid oğlu Nəcəflinin yerinə Ceyhun Ramiz oğlu Cəlilov təyin olunub.
Samir MUSAYEV
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 13 Noyabr 2025 23:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















