Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Fürsətləri və imkanları uğura çevirən diplomatiya

Fürsətləri və imkanları uğura çevirən diplomatiya

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yeni dünya düzəninin formalaşması uğrunda mürəkkəb geosiyasi mübarizələrin getidiyi bir zamanda parlament diplomatiyası istər dövlətlərarası münasibətlərdə, istərsə də beynəlxalq münasibətlər sistemindəki rolu getdikcə daha da artmaqdadır. Parlament diplomatiyası hər bir ölkənin xarici siyasət prioritetlərinin beynəlxalq aləmə çatdırılıb dəstək qazanılmasında xüsusi əhəmiyyət kəsb etməkdədir. Azərbaycan da parlament diplomatiyasının yaratdığı fürsətlərdən, imkanlardan maksimum istifadə etməklə Prezident İlham Əliyevin xarici və daxili siyasətini beynəlxalq aləmə çatdıraraq beynəlxalq münasibətlər sistemində həm aktiv rol oynamaqla qarşıya qoyduğu hədəflərə nail olmaq istəyir və buna da nail olmaqdadır. Bu məqsədlə də Azərbaycan parlamentinin dünyanın 104 ölkəsi ilə parlamentlərarası dostluq qrupları var və bu say getdikcə artmaqdadır. 20-dən artıq beynəlxalq parlament təşkilatı ilə əməkdaşlıq edərək, onun işində aktiv iştirak edir. Azərbaycanın hədəfi təkcə hansısa parlament təşkilatına üzv olmaq deyil, həmin təşkilatın beynəlxalq münasibətlər sistemində aktiv rol oynamasında, həmçinin dünyada baş verən proseslərə çevik və adekvat reaksiya verən ciddi institusional quruma çevrilməsinə öz töhfəsini qarşıya hədəf qoyub. Bunun nəticəsidir ki, Azərbaycan hazırda Milli Məclis sədri Sahibə Qafarova hazırda APA, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına, Türk Dövlətləri Təşkilatının Parlament Assambleyasına, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə sədrlik etməkdədir.

Aprelin 5-7-də Özbəkistanın paytaxtı Daşkənddə Parlamentlərarası İttifaqın (PAİ) 150-ci Assambleyası çərçivəsində keçirilən Asiya Parlament Assambleyasının (APA) Koordinasiya iclasında, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransında iştirakı, tədbir çərçivəsində keçirdiyi çoxsaylı ikitərəfli görüşlər, imzalanan sənədlər Azərbaycanın xarici siyasətinin və parlament diplomatiyasının növbəti uğurudur. 

1. Azərbaycanın xarici və daxili siyasətinin prioritetlərinin, həqiqətlərinin, üzləşdiyi problemlərin beynəlxalq aləmə çatdırılması baxımdan;
2. Azərbaycanın beynəlxalq parlament təşkilatlarına rəhbərliyi nəticəsində səmərəli institusional qurumlara çevrilərək beynəlxalq münasibətlər sistemində daha ciddi rol oynayır. Bunun nəticəsi olaraq Azərbaycanın Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə uğurlu rəhbərliyinin nəticəsi olaraq Milli Məclis sədri Sahibə Qafarovanın quruma rəhbərliyi daha 3 il müddətinə artırılıb.
3. Azərbaycanın yeni dünya düzəni uğrunda gedən geosiyasi proseslərdə, Cənubi Qafqazda, bütövlükdə Avrasiya coğrafiyasında dayanıqlı sülhün, sabitliyin, təhlükəsizliyin, həmrəyliyin, birliyin, yeni sıx regional və regionlararası əməkdaşlıq formatlarının yaranmasında ciddi aktor rolunda çıxış etməsi baxımdan;
4. İkitərəfli və çoxtərəfli əməkdaşlıq formatlarının qurulması və Azərbaycanın yeni dostlar əldə etməsi baxımdan;
5. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması və layiqli yerinin tutması və digər amillər baxımdan da mühüm əhəmiyyət kəsb edir.

Daşkənd səfəri çərçivəsində Özbəkistan prezidenti Şavkat Mirsiyoyevlə, Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonqla, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin  (İCAPP) sədri Çunq Eui-Yongla, İsrail, Pakistan, Mərakeş, Özbəkistan, Bəhreyn ikitərəfli və çoxtərəfli münasibətlərin daha da inkişaf etdirilməsi, Azərbaycanın Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqlar prosesi, regional və beynəlxalq məsələlərə, problemlərə mövqeyinin  çatdırılması baxımdan əhəmiyyətli görüşlərdir. 

Səfər çərçivəsində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Tolerantlıq və Sülh Təşkilatı arasında Memorandum imzalanıb. Sənədi Milli Məclisin spikeri, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova ilə Tolerantlıq və Sülh Təşkilatının rəhbəri Ahmed Aljarvan imzalayıb. Sənədin əhəmiyyətindən danışan Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Memorandum Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Tolerantlıq və Sülh Təşkilatı arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək.

Növbəti belə bir sənəd Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında Memorandum imzalanıb.

Sənədi Milli Məclisin spikeri, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova və Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Aktoti Raimkulova imzalayıblar. Bu sənəd də Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcək. İmzalanan sənədlər Azərbaycanın rəhbərlik etdiyi beynəlxalq təşkilatların işinə verdiyi töhfənin bariz nümunəsidir. 

Milli Məclisin sədri Sahibə Qafarovanın Asiya Parlament Assambleyasının (APA) Koordinasiya iclasında çıxışında Azərbaycanın öz sədrliyi dövründə APA-nın institusional imkanlarının inkişafı, sıralarımızın genişləndirilməsi, gücləndirilməsi və mövcud orqanların effektivliyinin artırılması istiqamətində prioritetlərini diqqətə çatdırıb.

“Beynəlxalq normalara və prinsiplərə riayət etmək, effektiv və inklüziv çoxsahəli sistem vacibdir. Çünki bu gün qarşılaşdığımız bütün çətinliklərə, ziddiyyətlərə və gərginliklərə qarşı mübarizə aparmaq üçün məhz buna ehtiyacımız var. Parlament əməkdaşlığı platformalarının getdikcə daha vacib olduğu bir dövrdə, APA konstruktiv dialoq, əməkdaşlıq və həmrəylik üçün mühüm çoxsahəli bir qurumdur”, - Sahibə Qafarova qeyd edib.

“Sosial inkişaf və ədalət naminə parlament fəaliyyətləri” mövzusuna həsr edilmiş Parlamentlərarası İttifaqın (PAİ) 150-ci Assambleyasındə çıxış edən Milli Məclis Sahibə Qafarova dünyada baş verən münaqişələr və geosiyasi gərginliklər, iqtisadi bərabərsizliklər, ekoloji və digər çağırışlar sosial inkişafa ciddi maneələr yaratdığından təəssüfləndiyini dilə gətirib.
Sosial inkişaf məsələsinin bütün parlamentlər üçün aktual olduğunu deyən spiker Sahibə Qafarova qeyd edib ki, əslində, insanlar sosial inkişafın mərkəzində durduğuna görə, xalqın seçilmiş nümayəndəsi olan parlamentlər də bu sahəyə diqqət yetirməlidirlər.

Milli Məclisin sədri bildirib ki, sosial inkişafa nail olmaq üçün Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi zamanı yalnız iqtisadi sütuna üstünlük verilmədən, kompleks yanaşmanın tətbiq olunması, sosial dövlətin və onun qoruyucu rolunun müvafiq qanunvericiliyin qəbulu və dəyişiklikləri ilə gücləndirilməsi, sosial inkişaf üzrə dövlət siyasətinin daha da gücləndirilməsi, həmçinin sosial inkişafa yalnız milli məsələ kimi baxmamaq və beynəlxalq səviyyədə birgə səyləri artırmaq mühüm əhəmiyyətə malikdir.

Milli Məclisin sədri çıxışında Azərbaycanın təcrübə və nailiyyətləri haqqında geniş məlumat verərək, bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin ana xəttini Azərbaycan vətəndaşının sosial rifah halının təmin edilməsi təşkil edir: “Bu siyasətin mühüm nailiyyətləri sırasında işsizlik və yoxsulluq səviyyəsinin 5.5 faizə endirilməsi var. Son beş ildə qəbul olunmuş dörd sosial islahat paketi əhalinin 40 faizini əhatə edib. Minimum əməkhaqqı 2.7 dəfə, əməkhaqqı fondu 2.6 dəfə, sosial müavinət və pensiya ödənişləri isə 5 dəfə artırılıb. Bu gün hökumətimiz milli inkişaf strategiyalarını DİM ilə uyğunlaşdırıb. “Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf üzrə Milli Prioritetlər” sənədi sosial ədalətə əsaslanan dinamik və inklüziv cəmiyyətin yaradılmasını beş milli inkişaf prioritetindən biri kimi təsbit edib”.

Spiker Sahibə Qafarova çıxışında onu da qeyd edib ki, sosial inkişafı yalnız milli məsələ kimi qiymətləndirmək olmaz. “Kopenhagen Bəyannaməsi beynəlxalq ictimaiyyətin birgə öhdəlik və səylərinin həlledici əhəmiyyətini tanıyır. Bu baxımdan, son 5 ildə Azərbaycan 140-dan çox ölkəyə 330 milyon ABŞ dolları həcmində humanitar, maliyyə və texniki yardım göstərməklə sosial inkişafın dəstəklənməsi istiqamətində beynəlxalq birgə səylərə sadiqliyini aydın şəkildə nümayiş etdirib”, - o qeyd edib.

“Bandunq Ruhunun 70 İlliyinin qeyd olunması: Bandunq prinsiplərinin dəstəklənməsində parlamentlərin rolu" mövzusuna həsr olunmuş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransında çıxış edən Milli Məclisin və Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova bildirib ki, ötən illər Bandunq prinsipləri heç vaxt öz etibarlılığını itirmədiyini sübut edir. “Əksinə, beynəlxalq münasibətlərdəki mövcud proseslər göstərir ki, Bandunq prinsipləri bu gün üzləşdiyimiz mürəkkəb çağırışlarla mübarizə üçün hərəkətverici qüvvə kimi qəbul edilməlidir. Suverenlik, ərazi bütövlüyü, bərabərlik, daxili işlərə qarışmamaq, ədalətə hörmət və beynəlxalq öhdəliklər kimi prinsiplərə ciddi əməl olunması bütün xalqların dinc yanaşı yaşaması və daha yaxşı gələcək naminə səmərəli əməkdaşlığı üçün vacibdir.Bu mənada, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi bizim ümumi baxışımızı əks etdirir”, -  spiker qeyd edib. 

Azərbaycanın Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə verdiyi töhfələrdən danışan spiker bildirib ki, hər bir konfrans Şəbəkənin institusional inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edib: “Belə ki, Bakı Konfransı təşkilatın Əsasnaməsini, rəsmi loqosunu və bayrağını qəbul edib, sədr və 3 sədr müavini seçilib. Manama Konfransı Şəbəkənin iş üsullarını daha da inkişaf etdirib və təkmilləşdirib. Cenevrə Konfransı Büronun və 4 daimi komitənin yaradılması haqqında qərarlar qəbul edib. 

Bunlarla yanaşı, digər təşkilatlarla institusional dialoqun inkişaf etdirilməsi də Parlament Şəbəkəsinin əsas diqqət mərkəzində olan məsələlərdən biri olub. Hazırda Parlament Şəbəkəsi 6 təşkilatda müşahidəçi statusuna malikdir, 7 təşkilat isə Şəbəkədə müşahidəçi statusu alıb. Həmçinin 7 təşkilatla Anlaşma Memorandumu imzalamaqla, Şəbəkə beynəlxalq əməkdaşlıqda iştirakını daha da genişləndirib. 

Parlament Şəbəkəsi həm də ideya və məqsədlərini təbliğ etmək niyyəti ilə parlamentlərimizin beynəlxalq platformalarda təmsil olunmasında da fəallıq göstərib”. 

Azərbaycanın təşkilatın fəaliyyətinə verdiyi töhfənin nəticəsi olaraq Milli Məclisin sədri Sahibə Qafarovanın Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə sədrliyinin növbəti 3 illik dövr üçün yenilənib.

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 4-cü konfranısnın Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən məqamı isə qəbul edilən Daşkənd Bəyannaməsində Qərbi Azərbaycan icmasının öz evlərinə sülh yolu ilə təhlükəsiz şəraitdə və ləyaqətlə geri qayıdışı hüququna dəstəyin əksini tapmasıdır. Bu bir daha onu sübut edir ki, Azərbaycan istənilən beynəlxalq platformalardan istifadə etməklə öz milli maraqlarının və qarşısında duran hədəflərinə nail olunmasına çalışır. Qərbi Azərbaycan icmasının öz yurdlaırna qaytıması ilə bağlı müddəanın dünyanın ən böyük ikinci təşkilatının Parlament Şəbəkəsinin sənədində əksini tapması Azərbaycan parlament diplomatiyasının növbəti böyük uğurudur. Bu onu deməyə əsas verir ki, cənab Prezident İlham Əliyevin liderliyi altında yürüdülən düşünülmüş siyasət nəticəsində Qərbi Azərbaycan icması da çox yaxın tarixdə öz doğma yurdlarına dönəcək.

Mürtəza
Ölkə.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Aprel 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see460

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see362

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see358

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see316

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see274

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see274

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see274

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see271

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see188

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see149

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see148

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see140

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see140

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see133

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see128

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see124

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see123

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see122

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri