Icma.az
close
up
RU
Futbol veteranları idman jurnalistlərinin müqavimətini qıra bilmədi

Futbol veteranları idman jurnalistlərinin müqavimətini qıra bilmədi

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Bazar günü Bakı Tennis Akademiyasının yan-yörəsindən keçən hər kəs, yəqin ki, içəridən gələn uğultunun fərqinə vardı.

Yox, minifutbol yığmamız beynəlxalq oyun keçirmirdi. Budəfəki qələbəliyin səbəbi başqa idi. Meydana ölkə futbolunun ulduz veteranları və idman jurnalistikasının ulduzları çıxmışdı. Milli Mətbuatın yaranmasının 150 illiyinə həsr olunan bu oyunun təşkilatçılarını da xatırladandan sonra, necə deyərlər, bədii hissəyə keçmək istəyirəm. “Etopaz” baş sponsor idi, Milli Olimpiya Komitəsi, Azərbaycan Minifutbol Federasiyası və Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) da təşkilatçılar. AİJA-nın rəhbərlərindən Natiq Nəsirov və Anar Şabanoğlu tədbirin möhtəşəm alınması üçün əlindən gələni etmişdi. Tribunalarda müəyyən azarkeş ordusu da var idi ki, onlar da əsasən jurnalistləri dəstəkləyirdi.
Son illərdə futbol veteranları, adətən, jurnalistlərə böyük hesabla qalib gəlir. Bəzən hətta meydanda bərabər mübarizə getməsi üçün komandalarda oyunçu sayı fərqli olur. Amma bu dəfə bizim bayram idi, meydana çıxan jurnalist-futbolçular ən azı yubiley naminə bütün gücünü meydanda qoyacağına and içmişdi. Təbii, sizi maraqlandıran suallardan biri də bu olacaq ki, bəs veteranlar yığmasının heyətində kimlər var idi? Burda nə var ki, deyim də: Samir Ələkbərov, Mahmud Qurbanov, Nadir Şükürov, Vaqif Cavadov, Elxan Abdullayev, Azər Bağırov, Azər Mehdiyev, Əli Abışov, Ədəhim Niftəliyev, Tərlan Əhmədov, Emin Quliyev, Zaur İsmayılov.
Jurnalistlər yığmasının baş məşqçisi Mahir Rüstəmli isə meydana bu start heyətini buraxdı: Mərdan Həsənov, Emin Abbasov, Xanoğlan İmanov, Nirani İsgəndərov, Mirbağırağa Cəfərli, Məsim Məsimzadə.
Bu gün ölkədə ən yaxşı futbol oynayan jurnalistlərin əksəri meydanda idi. Və bu gediş özünü doğrultdu. Jurnalistlər meydanda rahat oynayır, veteranları arsenalındakı bütün fəndləri işlətməyə məcbur edirdi. Təsadüfi deyil ki, bir neçə dəfə hesabda önə çıxmağı da bacardıq. Sonda qeydə alınan 7:7 hesabı sizi yanıltmasın. Bəli, belə yubiley oyunlarının heç-heçə bitməsi adi hal alıb. Ancaq bu dəfə tərəflərin bir-birinə güzəşt getmək fikri yox idi. İlk yarı 20 dəqiqə, ikinci yarı isə 25 dəqiqə əvəzinə 30 dəqiqə davam etdi. İş ondadı ki, oyunu idarə edən Sabir Hacıyev veteranların məğlubiyyətdən qurtulması üçün əlindən gələni əsirgəmədi. Komandaları artıq oynatması azmış kimi, bəzi şübhəli, rəqibin xeyrinə olan qərarlar da verdi. Sadəcə, biz jurnalistlər günün və oyunun bayram ab-havasına xələl gətirmək, söz-söhbət yaratmaq istəmədik. Yoxsa oyunun normal vaxtı jurnalistlər yığmasının 7:5 hesablı qələbəsiylə bitmişdi. Veteranlar necə qəzəblənmişdilərsə, bir-birini acılamaqdan da çəkinmirdilər. Hətta Mahmud Qurbanov oyundan sonra Mahir Rüstəmliyə yaxınlaşaraq, jurnalistlər yığmasının belə inamlı oyununun səbəbini soruşdu, cavab görüşü keçirməyi təklif etdi. Çox güman, yaxın vaxtlarda belə bir görüş təşkil olunacaq.
Sonda yenə qayıdaq rəsmi hissəyə. Oyun bitəndən sonra AİJA prezidenti Eldar İsmayılov və “Olimpiya dünyası” qəzetinin baş redaktoru Aslan Şirəliyev iştirakçılara Milli Mətbuatın 150 və AİJA-nın 30 illik yubileyi münasibəti ilə hazırlanmış xatirə medalları və başqa hədiyyələr təqdim etdi. Tədbir qeyri-formal şəraitdə - çay süftəsi arxasında davam etdi, hər kəs təşkilatçılara minnətdarlığını bildirdi və ...dağılışdıq. Əsas odu ki, yubiley günündə veteranlara uduzmadıq!
ORXAN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 İyul 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see219

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see217

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see195

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see178

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see175

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see171

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see165

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see156

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see151

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see144

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri