Dr. Mircəlal Kazımi: Azərbaycanda 700 ə yaxın insan sağlığında orqan bağışlanmasına razılıq verib
Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Cənubi Qafqaz regionunda ilk dəfə olaraq Azərbaycanda ilk dəfə olaraq meyitdən orqan köçürülməsi əməliyyatı uğurla həyata keçirilib.
Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin həkimi, doktor Mircəlal Kazımi deyib.
O qeyd edib ki, bu həm Azərbaycanın səhiyyəsi üçün mühüm hadisədir:
“Artıq bir neçə pasiyent meyitdən alınan qaraciyər, böyrək və gözün buynuz qişasının transplantasiyası nəticəsində sağlamlıqlarına qovuşublar. Bu, bütövlükdə Qafqazda mühüm tibbi irəliləyişdir”.
Həkimin sözlərinə görə, orqan transplantasiyası sahəsində ilk əməliyyatlar Azərbaycanda ötən əsrin 70-ci illərində həyata keçirilib və bu gün həmin ənənə uğurla davam etdirilir:
“2008-ci ilin dekabr ayında Cənubi Qafqaz və Orta Asiya regionunda ilk dəfə qaraciyər transplantasiyası da bizim səhiyyə sistemimiz tərəfindən icra olunub. Bugünkü uğurlar isə Səhiyyə Nazirliyi və TƏBİB-in dəstəyi ilə mümkün olub”.
Dr. Mircəlal Kazımi qeyd edib ki, beyin ölümü hadisələrindən sonra orqanların bağışlanması istiqamətində ölkədə artıq müsbət təcrübə formalaşıb:
“Bu proseslər nəticəsində xəstəxanalar arasında koordinasiya güclənib, beyin ölümü baş verdikdən sonra orqanların bağışlanması insanlığa xidmət kimi həyata keçirilir. Sevindirici haldır ki, artıq 600-700 nəfərdən çox vətəndaşımız sağlığında orqan bağışlanmasına razılıq verib”.
Xatırladaq ki, bu ilin fevral ayında beyin ölümü diaqnozu qoyulmuş vətəndaşın qaraciyəri Mərkəzi Gömrük Hospitalında, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazıminin rəhbərlik etdiyi peşəkar tibbi heyət tərəfindən hepatit B və hepatit D-yə görə qaraciyər sirrozundan əziyyət çəkən, canlı donoru olmayan 2002-ci il təvəllüdlü Şərifova Mənzər Yaşar qızına köçürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 25 Oktyabr 2025 09:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















