Icma.az
close
up
RU
“Heç kim kirayə müqaviləsi imzalamayacaq” 10 faizlik yeni vergi

“Heç kim kirayə müqaviləsi imzalamayacaq” 10 faizlik yeni vergi

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

“Bizim ölkədə yaşayış fondunun təxminən 95 faizi qeyri-leqal kirayə verilir. Bu, kölgə iqtisadiyyatının çox mühüm hissəsini təşkil edir. Səbəb isə tətbiq olunan 14 faizlik vergidir. Vergi çox olduğuna görə, vətəndaşlar kirayə münasibətlərini leqallaşdırmaqdan boyun qaçırır”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib. O bildirib ki, yeni qərar vətəndaşlarda daşınmaz əmlak alışına marağı azaldacaq:

“Mən özüm İqtisadiyyat Nazirliyinə verginin azaldılması üçün təklif vermişdim. Əgər bu vergi azaldılarsa, kirayə münasibətlərinin rəsmiləşdirilməsi daha kütləvi xarakter alar. Həm bazar daha leqal formalaşar, həm də gəlirlər daha çox olar. Təəssüflər olsun ki, kirayə gəlirlərindən 10 faizlik verginin tutulması sektora daha da neqativ təsir edəcək. Kirayə müqaviləsi imzalamaq istəyən az bir qisim vətəndaşlar da çalışacaq bundan boyun qaçırsın. Eyni zamanda vətəndaşlar daşınmaz əmlak sektoruna investisiyanı qismən azaldacaqlar”. pizza sifarişi

Qiymətləndirici vurğulayıb ki, verginin məbləğini azaltmaq büdcə daxilolmalarını daha çox artıra bilərdi:

“Mən tutaq ki, vergi ödəyicisəm və VÖEN-im var. Deyək ki, mənim 10-a yaxın daşınmaz əmlakım var və onların bir qismini rəsmi formadan kirayə vermişəm. Bu qərardan sonra yerdə qalanları artıq qeyri-rəsmi verəcəm. Bizim ölkədə belə hallarla bağlı kiçik bir cərimə tətbiq olunur deyə kimsə onun arxasınca düşüb hansısa yoxlama aparmayacaq. İnanmıram ki, vergi orqanının əməkdaşları düşüb qapı-qapı kiminsə rəsmi yaxud qeyri-rəsmi kirayə yaşadığını öyrənsin. Ola bilsin ki, hansısa mənbələrdən az sayda məlumat tapa bilsinlər. Amma bu çıxış yolu deyil. Əksinə, vergini azaltmaq daha çox büdcə yığımına gətirib çıxarardı. Vətəndaş düşünərdi ki, onsuz da vergi 14 yox 5 faizdir. Qoy elə tətbiq olunan cəriməni ödəyim və rahat olum”.

Xatırladaq ki, Azərbaycanda evini kirayə verənlərin gəlirindən 10 faiz vergi tutulacaq.  Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 Oktyabr 2025 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see280

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see234

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see204

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see183

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see175

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see164

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see147

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see146

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see146

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see143

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri