Icma.az
close
up
RU
Qurban Qurbanov: “Futbolçularım istəyirdi ki…”

Qurban Qurbanov: “Futbolçularım istəyirdi ki…”

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

- İki xal itirdik. Siz necə düşünürsüz?

- Əgər xallarımızın üzərinə xal gəlibsə, qazanmış hesab edirəm. Çox şükür. Sıfır da ola bilərdi, 7 xal oldu. Demək ki, bir xal qazanmışıq.

- Kənarda bu qədər soyuqqanlı qalmağı necə bacarırsız? Entso Mareska yerində dayana bilmirdi...

- Bilmirəm bəlkə xarakterimlə bağlıdır. Nə varsa, odur. Əlavə düşünüləsi bir şey yoxdur. Xarakterimdə nədirsə, gördüyünüzdür.

- Qolu 10 nəfərlə vurdunuz. Çempionlar Liqasında hər kəs düşünürdü ki, “Qarabağ” 2 xal alar. İndi fikirlər var ki, “Qarabağ” “Ayaks” və “Ayntraxt”I Bakıda udar...Bu gün yatarkən, nə düşünəcəksiz? 

- Bəli, 10 nəfərlə qol vurduq. Ola bilər ki, rəqib o dəqiqələrdə bir az diqqətsiz oldu. Çünki rəqibin də 10 nəfər qaldığı dəqiqələr oldu. Əksinə, biz rəqibin üzərinə getmədik, ehtiyatlandıq. Şans düşdü, yararlandılar. Kamilo Duran çox yaxşı mübarizə apardı. Olub ki, komanda 60-70 dəqiqə azlıqda qalıb, ancaq qalib gəlib. Ona görə futbol sevilir. 

- İlk 24-lük nə düşünürsüz?

- İlk gündən demişdim ki, 2017-ci ildəki vaxtdan bu yana “Qarabağ” fərqlidir, daha çox təcrübə toplayıb. Baxmayaraq ki, heyətimizdə yenilər var. Nə ÇL, nə AL, nə KL görmüşdü indiyə qədər. Qrupa düşəndə narahatçılığım var idi ki, futbolçular böyük stadionlarda böyük klublara qarşı həyəcanlansın, oyunumuzu itirək. Amma bir-birimizə güvən oldu, kollektivi düşündüyümüz kimi ələ aldıq deyə, mübariz komanda yarandı. Qrupa kimi inamım var idi. Çünki futbolçularım istəyirdi ki, ÇL-in qrupunda olsunlar. İlk turdan məqsəd qoymuşduq. İstək səmimi olanda, nəticə də Allahın izni ilə olur. Əgər bu gün şansımız varsa, maksimum istifadə etməyə çalışacağıq. Biz daha çox çalışmalı, daha peşəkar olmalıyıq. Nə məşqdən doymalıyıq, nə də bir xaldan. Əksinə, daha çox çalışmalıyıq. Uğurun ardınca qaçmalıyıq. Bir-birimizə güvənib, addım atmalıyıq. Qarşıdakı oyunlarda bizə daha ciddi yanaşacaqlar. 

- 2017-ci ildə “Çelsi”ilə matçdan sonra açıqlamanız olmuşdu ki, “mənə ən çox təsir edən odur ki, rəqib bizə kiçik komanda kimi baxır”. Bu oyunda da eynisini gördük. “Çelsi”nin start heyətində ehtiyatdan 7 futbolçu görəndə, eynisini düşündüz? Məhz buna görə qələbə qazanmalıyıq...

- Belə böyük komandalarda ikinci heyəti düşünmürəm. Doğrudur, daha çox 1 nömrə var. Onlar böyük oyunlarda daha çox oynayır. Amma bugünkü heyət ilk dəfə deyil ki, meydanda idi. Həm ÇL, həm Premyer Liqa,həm kuboklarda oynayırlar, onları rotasiya etmək məcburiyyətindədirlər. Oyunun dinamikasını gördüz. Hər oyunda eyni heyətlə oynamaq asan deyil. Düzü, o vaxtı nəyə görə demişdim ki, “Çelsi” bizə kiçik komanda kimi baxır. Ola bilər ki, oyunda hansısa fikir, cümlə olmuşdu deyə, belə demişdim. Amma Antonio Kontenin “Çelsi”si heç vaxt digər klublara ikinci komanda kimi baxmayıb. Bu gün də köhnə epizodlara baxdım, Eden Azar oynayırdı, Villian oynayırdı. Hətta 15-ci dəqiqədə qırmızı vərəqə almışdıq. İnanmıram ki, bu cür komandalar hansısa rəqibə yuxarıdan aşağı baxsınlar. Çünki onlara üç xal vacibdir. “Zadəganlar” klubudur, həmişə centlimentdir, inanmıram belə fikirləri olsun.

- 2017-ci ildəki matçla indiki arasında hansı fərq var idi?

- Biz bu oyunu uduzsaq da, qalib kimi olacağıq. Bu cür böyük klubların gözəl Bakımıza gəlməsi, azarkeşlərimizin o ulduzları canlı görməsi, bizim üçün uğurdur. Əvvəlki fikirlərimdə həmişə qalmışam. O vaxtı da demişəm ki, böyü məğlubiyyətlər bizi hətta böyüdür. Müəyyən uğuru əldə etmək üçün böyük çətinliklərdən keçməliyik. Böyük sınaqlardan keçiriksə, bunu dərk ediriksə, işimizi daha məsuliyyətli, sağlam görəcəyik. Ona görə həmişə deyirəm ki, belə oyunlar bizi böyüdür. Ola bilər ki, 2017-ci ildəki heyət ayrı-ayrılıqda daha güclü idi. Bizim təcrübəmiz daha çoxalıb. Onda ilk dəfə ÇL-də idik. İndi ikinci dəfədir. Klub olaraq, mən baş məşqçi olaraq, daha soyuqqanlı, inamlı yanaşıram. Mən bu gün oyunu müdafiədən qurmamışdım. Rəqib nə qədər bizə şərait yaradacağıqsa, biz bunu edəcəyik. Risklərə getdik. Bəzən belə komandalara qarşı mütləq riskə getməliyik ki, futbolçularda güvəni tapaq. İlk dəqiqələrdən müdafiədə oturacağımızı desəydim, bəlkə futbolçular bunu gözləyirdi, Amma imkan vermədim ki, onlarda qorxaqlıq hiss olmasın. Oyunu maksimum rəqibə aid olan hissədə qurmaq istəyirdik. Rəqibdə usta futbolçular var. Bizim qollarımız da elə, rəqibin meydanında topu ələ keçirərək oldu. Hər şeyə real baxmaq lazımdır. Deyim ki, 90 dəqiqə hücum futbolu oynayacağıq, mümkün deyil. Çünki qarşımızda keyfiyyətli komandalar var. Mən müdafiəni rəqibin zonasında qurmağı sevirəm.

- Kadi Borgesin vəziyyəti nə yerdədir?

- Dəqiq fikir deyə bilməyəcəm. Amma bir az ciddiyə oxşayır. Ayaq hissəsində, kiçik sümüklərdən biri qırılana oxşayır. Sabah MRT_dən sonra bilinəcək.

- “Liverpul”a qarşı “Çelsi”də nəyisə kəşf etdiz?

- Fərqli klublardır. “Liverpul” dünən “Real”ı udub(gülür). Kəşf edəsi bir şey yoxdur. Onların meydanında oyun , o azarkeşlər qarşısında oynamaq asan deyil. Amma yenə də biz mütləq çalışmalıyıq ki, sağlam oyun quraq.

- Matçdan sonra Entso Mareska ilə görüşəndə kinli və soyuq baxdı sizə. Ola bilər ki, komandasının rahat qələbə qazanacağını fikirləşdiyi üçün sizə elə reaksiya verdi?

- İnanmıram ki, onda elə fikir olsun. Ola bilər ki, məyus idi. Amma oyundan əvvəlki açıqlamaları pozitiv insan və pozitiv məşqçi olduğunu göstərir. Matçdan əvvəl də dialoqumuz oldu. Çox xoş, çox peşəkar və centlimet insan və məşqçi kimi gördüm.

- Çempionlar Liqası oyunlarında Leandro Andrade 60-cı dəqiqədə əvəz olunur. Yorulur, yoxsa cinahı yeniləmək istəyirsiz?

- Andrade sürətli futbolçudur. Onun hər oyun digər futbolçulardan fərqi odur ki, maksimum sürəti çox yuxarı olur. Bu da onun enerjisini daha tez alır. Onda yorğunluq daha tez hiss olunur, nəinki digərlərində. Ona görə çox oyunlar olub ki, belə addım atmışıq.

- Azərbaycan futbol tarixinin ən böyük uğurunu siz yazırsız. Tarixin ən yaxşı nəticəsi əlavə yük olmur ki, sizə?

- Bilmirəm necə deyim. Ən böyük uğur əldə etmək, ən yaxşı baş məşqçi deməkdirmi? Deyə bilmərəm. Ən yaxşı uğur, ən yaxşı nəticə verən məşqçi desən, daha uyğun olar. Avropada tək “Qarabağ” çıxış edəndə, mənim üçün əlavə məsuliyyət olur. Düşünürəm ki, sabah biz də uduzsaq, bitdi, ölkəyə ən azından yanvara qədər Avropa futbolu gəlməyəcək. 

- “Qarabağ”da qalıb “Qarabağ”ın Aleks Ferqyusonu olmaq istəyərsiz, yoxsa “Qarabağ”dan ayrılıb Quardiola, Mourinyo kimi olmaq istəyərsiz?

- Məni anam bu dünyaya Qurban Qurbanov kimi gətirib. Qurban Qurbanov kimi olmağım daha yaxşıdır. Belə də qalmaq istəyərdim. Məncə, suallar bitdi, “Qalatasaray”ın oyunu var, gedək “Qalatasaray”a azarkeşlik edək(gülür).

“Çelsi”nin heyətində itki yaşandı - OYUNU DAVAM ETDİRƏ BİLMƏDİ ÇL: “Bavariya” PSJ-ni , “Liverpul” “Real”ı məğlub edib - YENİLƏNİB “Arsenal”ın 15 yaşlı futbolçusu ÇL-nin tarixinə düşüb "Viktoriya Plzen" - "Fənərbaxça" matçı niderlandlı hakimlərə tapşırılıb Ceko Konfrans Liqasının tarixinə düşüb
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:36
embedMənbə:https://apasport.az
archiveBu xəbər 06 Noyabr 2025 01:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tarixə düşən kişi

04 Noyabr 2025 11:57see222

Antiinhisar Agentliyi:”Ombudsmana cavab verəcəyik”

04 Noyabr 2025 12:04see220

Mirədalət Talışxanova hökm oxundu

04 Noyabr 2025 17:57see215

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see194

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see176

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see154

Səmaya nəzarət: JF 17 ilə Su 30 qarşı qarşıya Qafqazın həqiqi sahibi kimdir?

04 Noyabr 2025 12:18see147

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see141

Yaponiya Kremlə zərbə endirir...

04 Noyabr 2025 21:47see140

İsraildə terrorçuların edam edilməsi haqqında qanun təsdiqlənib

04 Noyabr 2025 04:28see131

Yəməndə Əl Qaidə komandiri öldürülüb

05 Noyabr 2025 00:52see130

ÇL: “Bavariya” PSJ ni , “Liverpul” “Real”ı məğlub edib YENİLƏNİB

05 Noyabr 2025 02:03see128

Prezidentin Ana dili ilə bağlı tapşırığına əsasən AMEA hansı tədbirləri görəcək? İsa Həbibbəylidən ÖZƏL AÇIQLAMA

04 Noyabr 2025 17:21see127

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see126

Kriştianu Ronaldu karyerasını bitirəndən sonra nə işlə məşğul olacağını açıqladı

04 Noyabr 2025 23:07see125

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see125

Azərbaycan millisinin voleybolçusu: “İlk oyunda qazanılan qələbə vacib idi”

05 Noyabr 2025 01:52see124

Berdıyevi istefaya göndərmək həvəsi

04 Noyabr 2025 10:00see124

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Madriddə keçirilən VI Konqresdə FOTO

04 Noyabr 2025 10:00see124

A Seriyası: Latsio rəqibini evə əliboş göndərdi

04 Noyabr 2025 05:38see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri