Icma.az
close
up
RU
Futbolçularımızda milli ruh və motivasiya görünürdü Abbasov

Futbolçularımızda milli ruh və motivasiya görünürdü Abbasov

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gözəl oyun üçün futbolçularıma təşəkkür edirəm.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan millisində baş məşqçi vəzifəsini müvəqqəti icra edən Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

Mütəxəssis matçın komandası üçün yaxşı alındığını söyləyib:

“Hesab nə olursa, olsun oyunçularıma təşəkkür edəcəkdim. Onlar müəyyən qədər təzyiq altında idilər. Rəqibdən xal ala bildik. Düşünürəm ki, azarkeşlərimiz sayəsində bunu bacardıq. Sona qədər bizimlə oldular və futbolçuları ruhlandırdılar. Emin Mahmudovun qolu bizi çox sevindirdi. Hətta oyunçular da ondan qol gözləyirdilər. Toral Bayramovun da meydana daxil olması görüşün gedişatına müsbət mənada təsir göstərdi”.

O, rəqibin heyətində texnikalı oyunçuların olduğunu deyib: “Buna baxmayaraq, komandamız mübarizə apardı. Yığmamızın bütün üzvlərində milli ruh və motivasiya görünürdü. Bundan sonra da Azərbaycan futbolunun inkişafı üçün çalışacağıq”.

A.Abbasov Fransa ilə keçiriləcək qarşılaşma üçün gözləntilərindən danışıb: “Fransa ilə oynamaq futbolumuzun inkişafı üçün dəyərlidir. Təbii ki, asan olmayacaq. Bunun üçün bizə vaxt lazımdır. İndidən nəsə demək də düzgün deyil. Çünki AFFA-nın mənimlə bağlı verəcəyi qərarı hələ bilmirik. İndiki durumda gözləmək lazımdır”.

Qeyd edək ki, millimiz seçmə mərhələnin ilk matçında İslandiyaya 0:5 hesabı ilə uduzub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://axar.az
archiveBu xəbər 09 Sentyabr 2025 23:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri