Icma.az
close
up
RU
Bizim futbolçularımızda hansı keyfiyyətlər çatışmır? MÜSAHİBƏ

Bizim futbolçularımızda hansı keyfiyyətlər çatışmır? MÜSAHİBƏ

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Rekord.az" saytının baş redaktorunun SİA-ya müsahibəsini təqdim edirik:

- Həqiqətən də, imkanlı şəxslərin övladları irəli çəkilir, yoxsa burada başqa amillər rol oynayır?

- Biz bunun kökünə baxmalıyıq ki, bura gələndə qədər hansı proseslərdən keçmişik. Düşünmürəm ki, burada məsələ təkcə varlı məsələsidir. Ən sadəsindən danışıram ki, varlının da oynaması üçün ən azından meydança olmalıdır. Mənim də 12 yaşlılardan ibarət kiçik komandam var ki, onları izləyirəm. Top var, meydança yoxdur, meydança var, məşqçi yoxdur. Yaxşı məşqçilərin də məvacibləri simvolik olaraq 600-700 manatdır. Onlar da məcburən pullu qruplar yaradırlar. Məşqçi komandanı uğura aparmaq üçün günün 4-5 saatını onlara sərf etməlidirsə, məvacib kifayət etmədiyi üçün məcburən pullu qruplara vaxt ayırmalı olur. Pullu qrupdakı uşaqlar da o qədər yaxşı səviyyədə olmurlar. Belə problemlər o qədər yaranırdı ki, məşqçi diqqətini verə bilmirdi. Biz uşağın təməlindən danışırıq. Deyək ki, hansısa rayonda uşaq futbola getmək istəyir. Meydança da şəhərdən kənarda hansısa olimpiya kompleksinin meydançasıdır. Getmək istəsə belə, oraya avtobus işləmir. Biz hələ ən xırda məsələlərdən danışırıq. Hələ milli komandadan danışmırıq, premyer liqadan söhbət açmırıq. Dama-dama göl olar. Xırdalar yığılıb artıq göl yaranıb. Bu barədə artıq dövlət proqramı olub. Mən deyərdim ki, yerinə yetirilməyib. AFFA İcra Komitəsi tərəfindən bir strategiya qəbul olunub. Sənəd üzərində çox yaxşıdır, sadəcə təzə, bir həftə, on gündür qəbul olunub. Ümid edək ki, orada yazılanlara əməl edəcəklər. Orada yazılanların 30-35%-i yerinə yetirilsə, dəfələrlə irəli gedə bilərik.

- Futbolun bu günkü vəziyyəti barədə tənqidi yazan jurnalistlər var. Onlar bu məsələdə AFFA-nın prezidentini günahlandırırlar. Bu, fərdlərlə, yoxsa sistemlə bağlıdır?

- Düşünmürəm ki, hansısa fərdin üzərindən getməliyik. Biz bu məsələni çox fərdiləşdirmişik. Düşünürəm ki, sistematik problem var. Problem bu günün deyil. Təbii ki, futbola AFFA rəhbərliyi cavabdehdir. Biz onların yaxasından yapışa bilmərik ki, niyə stadion yoxdur? Stadion 3 günə tikilmir. Vaxtında doğru istiqamətləndirilməli idi. Misal üçün, niyə "21" yığmasında filan futbolçular yox idi. Bir futbolçu yetişdirmək üçün heç olmasa 7-8 yetişməlidir. Beynəlxalq turnirlərd iştirak edib təcrübə toplamalıdır. Bunlar həll olunmadısa, gedib deyə bilmərik ki, niyə "21" qalib gələ bilmir. Onsuz da, "21" 10 ildir qalib gələ bilmir, heç nə dəyişməyib. Bu gün baş verən problemi bu günlə qiymətləndirməməliyik. AFFA rəhbərliyi təzə olsa da, onlardan soruşmalıyıq ki, addım atırlar? Bəli, deməyəcəyəm ki, niyə stadion yoxdur. Bəzi işlər var ki, onların üzərinə düşür. İdeal deyillər, amma pis də deyillər. Biz fundamental problemlərin günahını bir, üç nəfərdə görə bilmərik. Bir qurumda da görə bilmərik. AFFA "Qarabağ"ın yerinə futbolçu yetişdirməli deyil. Bəli, nəzarət edən qurum AFFA-dır, amma klublar da addım atmalıdır.

- Dünya səviyyəsinə yüksəlmək üçün bizim futbolçularımızda hansı keyfiyyətlər çatışmır?

- İntizam deyərdim, lakin özünü aparmaq cəhətdən intizamdan söhbət getmir. Hər hansı bir uğuru qazanmaq üçün aşağıdan başlamaq lazımdır. Məşqçi idmançıya deyə bilər ki, yeməyini yedisə, gedib istirahət etsin. Saat 10-da yatmalıdırsa, telefonla başını qatacaq və saat 1-də yatacaq. Səhər 6-da oyanacaq və yuxusu normal olmayacaq, zədələnib ortadan çıxacaq. İdmançılarımıza, balalarımıza intizam öyrətməliyik. Onlara birinci peşəkarlıq öyrətməliyik, peşəkar olmalıdırlar, ondan sonra onlardan nəsə düzəltməliyik. Xəmirin mayası yoxdursa, onlardan heç nə düzəldə bilmərik.

- Hər kəs bilir ki, biz əsasən baş məşqçiləri xaricdən transfer edirik. Hətta bəzən futbolçular belə xaricdən gətirilir. Sizə elə gəlmir ki, yerli məşqçi ilə oyun daha uğurlu olar?

- Şübhəsiz, bu, belədir. Hamı bilir ki, mən "milli komandasının baş məşqçisi yerli olmalıdır", deyənlərdən biriyəm. Sonuna qədər də bu məsələnin arxasında olacam. Biz o halda əcnəbi məşqçinin xidmətindən istifadə edə bilərik ki, hər hansı bir futbolçumuzun biri "Barselona"da, biri "Mançester Yunayted"də, çox fərqli yerlərdə oynayırlar. Ola bilər ki, yerli məşqçilərimizin o qədər də təcrübəsi olmadığına görə o futbolçular mill komandaya yığışanda ola bilər ki, müasir futbolun tendensiyasını aşılaya bilməyiblər. Bizim futbolçularımızın hamısı yerlidə oynayırlar. Xaricə gedənlərimizi də düzgün öyrətməyiblər. Futbolçuya aşılaya biləcəyimiz şeyi yerli məşqçi də aşılaya bilər. Bunu dəfələrlə demişəm ki, yerli komandada xarici məşqçiyə ehtiyac yoxdur. Xarici məşqçi gətiriblər, o da can yandırır, əsas odur ki, vicdanla yanaşır. Onun yerində yerli məşqçi də ola bilərdi.

- Liqada komandaların sayının artması inkişafa təkan verəcəkmi?

- Bu, kompleks məsələdir. Biz desək ki, futbolçular zəifdir, ona görə alınmır. Ümumilikdə bizim futbolumuzun təməl problemləri var. Uşaq futbolu, təhsil, hansı ki, pillə-pillə yerinə yetirilməlidir. Yevlaxda stadionu ideal da etsən, klub gedib restoran tikəsi deyil. Gücü ona çatır ki, bazanı yaxşı etsin. Hərçənd ki, o da vacibdir. Bəzi klublarımızda o da yoxdur. Onlarla problem var ki, onların hamısı xırda-xırda həll olunmağa başlanmalıdır. O zaman inkişaf ola bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Fevral 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri