Futbolda inqilabi dəyişikliklər oyun qaydaları ilə bağlı
Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) futbolda inqilabi dəyişikliklərə hazırlaşır.
Sportal.az xəbər verir ki, qurum şənbə günü keçiriləcək illik ümumi yığıncağında futbolun oyun qaydalarında köklü dəyişikliklər etməyi planlaşdırır. Bu barədə BBC məlumat yayıb.
Nəzərdə tutulan dəyişikliklər bunlardır:
Zədə qaydası sərtləşdirilir
Zədə səbəbindən tibbi yardım alan oyunçu meydanı tərk etdikdən sonra ən azı 1 dəqiqə ərzində oyuna qayıda bilməyəcək.
Aut və qapıdan zərbələrdə geri sayım
Qapıdan zərbə və autlar zamanı geri sayım sistemi tətbiq olunacaq.
Vaxt limiti keçilərsə, top birbaşa rəqib komandaya veriləcək.
Oyunçu dəyişikliklərində 10 saniyə qaydası
Oyundan çıxan futbolçu 10 saniyə ərzində meydanı tərk etməlidir.
Vaxtında çıxmasa, onu əvəz edəcək oyunçu meydançaya buraxılmayacaq.
Komanda növbəti dəfə oyun dayanmasına qədər (bu, ən azı 60 saniyə sonra olmalıdır) 10 nəfərlə oynamaq məcburiyyətində qalacaq.
VAR-ın səlahiyyətləri genişləndirilir
Səhv verilmiş ikinci sarı vərəqələr VAR tərəfindən nəzərdən keçirilə biləcək.
Təşkilatçı qurumların qərarından asılı olaraq künc zərbələrində də VAR tətbiq oluna biləcək.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 23 Fevral 2026 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















