Icma.az
close
up
RU
“Futboldan anlayışı olan insan özü də görər ki, hər iki oyunda üstün tərəf kim idi” Sevinc Cəfərzadədən rusiyalı məşqçiyə cavab

“Futboldan anlayışı olan insan özü də görər ki, hər iki oyunda üstün tərəf kim idi” Sevinc Cəfərzadədən rusiyalı məşqçiyə cavab

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bilindiyi kimi, dekabrın 2-də qadın futbolçulardan ibarət yığmamız Soçidə keçirilən yoldaşlıq oyununda Rusiyaya uduzdu – 0:1.

Siyasət Əsgərovun komandası noyabrın 28-də keçirilən ilk oyunda da eyni hesabla barışmışdı. Rəqibin baş məşqçisi Yuri Krasnojan hər iki oyundan sonra verdiyi açıqlamada daha üstün olduqlarını vurğulayıb.
Yığmamızın kapitanı Sevinc Cəfərzadə bu oyunlarla bağlı “Football-plus.az”a açıqlama verib:

"Əvvəlcə qeyd edim ki, 7-8 ildi Rusiya superliqasında oynayıram. Hazırda da "Krosnadar"ın üzvüyəm. Ona görə də Rusiya qadın futboluna çox yaxşı bələdəm. Burda olan inkişaf gözümün qarşısında baş verib. Rusiya futbolunun müəyyən sanksiyalara mərus qalmasına baxmayaraq, çempionatları yüksək səviyyədədi. İstər qadın, istərsə də kişi futboluna yanaşma- hər şey yüksək səviyyədədi. Çempionatları heç də Avropa futbolundan geri qalmır. Milli koamndası isə faktiki çox böyük oyunçu kütləsinə sahibdi. Həm də keyfiyyətli futbolçulardan qurulub. Məsələnin digər tərəfi odu ki, biz bir çox şeyə sahib deyilik. Bununla belə, Rusiya ilə başabaş mübarizə aparırdıq. Onlar fikirləşir ki, üstün tərəf olublar. Amma hər iki oyuna baxsaz, futboldan anlayışı olan insan özü də görər ki, hər iki oyunda üstün tərəf kim idi. Təbii ki, biz. Amma qol vəziyyətləri baxımından Rusiya üstün idi. Mən öz komandama təşəkkür edirəm ki, həqiqətən Rusiya kimi güclü milliyə qarşı çəkinmədən mübarizə əzmimizi ortaya qoydu. Hər iki oyunda minimimal hesablı məğlubiyyət aldıq. Birinci görüşdə öz səhvimizdən qol buraxdıq. İkincidə də eyni səhv oldu. İkinci oyunda hətta bir fərqli məqam oldu. Küncdən zərbə zamanı mənə qarşı qayda pozulmuşdu və 90, bəlkə də 100 faizlik penalti epizodu idi. Çünki mən topa istiqamət götürmüşdüm, arxadan ayaqlarıma zərbə vurdular. Eşitdiyim qədəri ilə özləri də narahat olmuşdular ki, bu penaltidi. Həmin epizodu incələmək lazımdı. Hərəkət hakimin gözündən qaçdı. Bəlkə də oyun 1:1 bitə bilərdi. Bunlar, yoldaşlıq oyunu idi. Hər iki komanda istədiyi oyunçulara şans verir, yoxlayır. Rusiya kimi rəqiblə oyunlarda bir daha gücümüzü sınadıq. Məşqçi heyətimiz də göstərilən oyundan razı qaldı. Əsas odu ki, bu hesablar rəsmi oyunlarda olmasın. Rəsmi görüşlərdə ən yaxşısını etməyə çalışacağıq ki, qrupdan birinci çıxaq, B liqasına yüksələk. Ötən il biz bunu bacarmış və C liqasında bir məğlubiyyət belə almadan B liqasına yüksəlmişdik. Qrupdan pley-offa yüksəldik, rəqibimiz Portuqaliya oldu. Çox insanlar bizi Portuqaliyaya uduzduğumuz oyunlara görə qınadı. Amma onlar Çexiyanı udub Avropa çempionatına vəsiqə qazandı. Yəni rəqibimiz belə komanda idi. Həmişə çalışırıq ki, ölkəmizin adını hər zaman yüksəklərdə saxlayaq, bunu üçün əlimizdən gələni edək. Düşünürəm ki, gələcək oyunlarda bizi sevən azarkeşlərimizi sevindirə biləcəyik. O gücə sahibik. Rəqiblərimiz Monteneqro və Litvadı. C liqasında çətin oldu, üçlü qrupa düşmüşük. O komandalar arasında düşə biləcəyimiz ən çətin rəqiblərdən Monteneqro idi ki, yenə bəxtimizdən onlarla düşdük. Oyunçuları var ki şəxsən tanıyıram. Almaniya, Macarıstan, Rusiya, Türkiyə klublarında oynayırlar. Buna baxmayaraq, oyuna yaxşı hazırlaşacağıq. Çox istərdim ki, Azərbaycan futbolu inkişaf etsin. Bunun üçün hamılıqla əlimizdən gələni edirik”.


RÖYANƏ OĞUZ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 Dekabr 2024 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see262

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see177

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see155

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see153

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see152

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see131

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see129

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see125

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see123

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri