Icma.az
close
up
RU
Gündoğan Virtsin tərəfini tutdu bu insanların futboldan anlayışı zəifdi

Gündoğan Virtsin tərəfini tutdu bu insanların futboldan anlayışı zəifdi

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Florian Virtsin durumu və zəif performansı mövsümün əvvəlində ''Liverpul''da ən çox müzakirə olunan mövzulardan biridi. Çünki fanatlar almaniyalı ulduzdan çox şey gözləyir. Amma bu yay ''Bayer-04''dən 116 milyon funt sterlinqə transfer olunan Virts mersisaydlıların heyətində ilk 10 rəsmi oyunda aktivinə yalnız 1 məhsuldar ötürmə yaza bilib.

Bu arada Almaniya yığmasında Virtslə çiyin-çiyinə oynamış, bu mövsümdən etibarən ''Qalatasaray''da çıxış edən İlkay Gündoğan bu futbolçu ilə bağlı açıqlamalar verib. Yığma karyerasını AÇ-2024-dən sonra tamamlayan türkəsilli yarımmüdafiəçi bunları deyib:

''Virtsə görə böyük məbləğ ödənildiyini nəzərə alsaq, onun İngiltərədə ilk gündən müzakirə olunacağını əvvəlcədən gözləmək olardı. Təəssüf ki, bu biznes indi məhz bu cür qurulub. Virts dəyərinin bu qədər böyük olmasına görə günahkar deyil. Ancaq aydın məsələdi ki, insanlar ondan çox şey gözləyir. Onun oyunu ilə bağlı yalnız qol və ötürmələrin statistikasını yox, daha ciddi analizlər görmək istərdim. Onun mükəmməl oyun keyfiyyətlərini görə bilməyənlərin futboldan anlayışı zəifdi. Bu transferə indidən uğursuz damğası vurmaq qətiyyən düzgün deyil. Əminəm ki, ən qısa müddətdə, uzaqbaşı noyabrdan etibarən qolları və məhsuldar ötürmələri sıralamağa başlayacaq. Ətrafında bu qədər söz-söhbət dolaşan insanın bunun təsiri altına düşməməsi mümkün deyil. Virtsin istedadını nəzərə alsaq, onun karyerasının bu çətin mərhələsini uğurla adlayacağına inanıram. Onun özünə gəlməsi Almaniya yığması üçün də önəmlidi''.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 Oktyabr 2025 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see240

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see239

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see196

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see191

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see179

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see152

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see151

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see148

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see147

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see146

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see137

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see135

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see131

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see131

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri