Icma.az
close
up
RU
Futbolun gələcəyi haqqında düşünən yoxdur: Qəbələ Futbol Akademiyası da dayandı

Futbolun gələcəyi haqqında düşünən yoxdur: Qəbələ Futbol Akademiyası da dayandı

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bizim futbol üzrə müxtəlif yaş qrupları üzrə kollektivlərin, eləcə də əsas milli komandanın göstəriciləri nikbinliyə qətiyyən əsas vermir. Əksinə, aşkar hiss olunur ki, bu müstəvidə xeyli geriləmişik. Uğursuz nəticələr bir-birini əvəz edir. Üfüqdə isə ümidverici bir şey görünmür. Hər şeydən əvvəl ona görə ki, futbolun gələcəyi haqqında düşünən yoxdur. AFFA və klublar bu gün nəticə qazanıb işlərin qaydasında olması görüntüsünü yaratmaq istəyir.

Bizimyol.info xəbər verir ki, ölkə futbol təsərrüfatında həftənin ən məyuseducu xəbərlərindən biri, bəlkə də, birincisi Qəbələ Futbol Akademiyasının fəaliyyətini dayandırması oldu. Bu akademiyanın ölkə futboluna faydasını əminliklə vurğulamaq mümkündür. Qəbələdəki futbol məktəbi sayəsində milli çempionatda nə qədər istetdadlı futbolçu peyda olurdu.

Ümumiyyətlə, belə akademiyalar olmadan ölkə futbolunun gələcəyini düşünmək olmur.

Akademiya niyə bağlandı? Çünki “Qəbələ” futbol klubu bütün gücünü çempionata yönəltmək istəyir. Aşağı liqada keçirilən bir il dərs olub. AFFA-dan akademiyanın yaşaması üçün pul almaq asan görünməsin. Yəqin “Qəbələ”də düşündülər ki, çempionatda uğurlu çıxışla avrokuboklara vəsiqə qazanmaq olar, orada da “Qarabağ” kimi pul qazanmaqla maliyyə vəziyyətini düzəltmək. Ölkə futbolunun gələcəyi yenə heç kimə lazım olmadı.

“Bakı” klubunu xatırlayırsınız? Necə gözəl işlər planlaşdırılmışdı. Təlim-məşq bazasına söz ola bilməzdi. Orada yaxşı futbolçular yetişirdi. İndi bazanın yerində çoxmərtəbəli binalar ucalır.

Gözümüzün qabağında necə ölkələr futbolda uğur qazanır. Uzağa getmədən Gürcüstanı misal gətirək. Avropa Çempionatının final mərhələsində gözəl çıxış etdilər. Gənclər arasında qitə birinciliklərinin də daimi iştirakçısına çevriliblər. Hələ Dünya Çempionatına vəsiqə şansı da qalıb. Hamısı uşaq futboluna lazımi qayğının nəticəsidir.

Özbəkistan və İordaniya ilk dəfə Dünya Çempionatının final mərhələsində iştirak edəcək. Lüksemburq, Farer adaları kimi cırtdan ərazilərdə belə, milli komandalar daha inamlı görünməyə çalışır. Biz isə sanki dünya futbolunun autsayderlərindən biri olmaq üçün çalışırıq.

Bəsit tövsiyə kimi səslənsə də, hər şeydən əvvəl uşaq futbolunun qayğısına qalmalıyıq. Kağız üzərində çox iş görülüb, indi gerçək əməllər zamanıdır. Akademiyalar bağlanmamalıdır, əksinə, sayları artmalıdır. Gürcüstanı milli komandasının lideri Xviça Kvaratsxeliya kimi istedadlar söz yığını yox, məqsədyönlü iş sayəsində yetişir, ortaya çıxır.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 04 İyul 2025 23:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see192

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see187

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see187

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see183

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see176

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see165

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see151

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see148

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see137

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see135

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see125

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see125

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri