Gürcüstanda Rusiya yönlü “Sezon TV” bağlandı
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gürcüstanda prorusiya xəttinə yaxınlığı ilə tanınan “Sezon TV” 21 noyabrdan etibarən yayımını dayandırıb.
Redaktor.az xəbər verir ki, kanalın sahibi — tanınmış idmançı və biznesmen Georgi Kandelaki hazırda həbsdə olduğundan televiziya fəaliyyətini davam etdirməyib.
Redaksiyanın açıqlamasında bildirilib ki, kanalın fəaliyyətində əsas prioritet “Gürcüstanın milli maraqları və ölkənin sabit inkişafı” olub.
Kandelaki bundan əvvəl qanunsuz içki istehsalı və gömrüksüz tütün məhsulları satışı ittihamları ilə saxlanılmışdı. Hadisə Gürcüstanda media sektorunda Rusiya təsiri, Kremlin informasiya kanallarının ölkədəki mövqeyi və siyasi gərginliklə bağlı yenidən müzakirələr yaradıb.
Baxış sayı:142
Bu xəbər 26 Noyabr 2025 09:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















