Icma.az
close
up
RU
Füzuli müasir quruculuq və inkişaf yolunda ŞƏRH

Füzuli müasir quruculuq və inkişaf yolunda ŞƏRH

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Füzuli şəhərinin bugünkü mənzərəsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq siyasətinin mühüm nəticələrindən biridir. Uzun illər işğal altında qalan, infrastrukturu dağıdılan şəhərdə hazırda genişmiqyaslı yenidənqurma işləri aparılır, yeni yaşayış məhəllələri salınır, yollar çəkilir, müasir infrastruktur yaradılır. Prezident İlham Əliyevin tapşırıq və göstərişləri əsasında həyata keçirilən bu layihələr Füzulinin yenidən qurulmasına, iqtisadi potensialının gücləndirilməsinə və şəhərin müasir inkişaf mərhələsinə qədəm qoymasına xidmət edir. Bu gün Füzuli həm doğma torpaqlarımıza qayıdışın, həm də Azərbaycanın quruculuq imkanlarının əyani ifadəsinə çevrilir.
2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin işğaldan azad olunması rayonun tarixində yeni mərhələnin başlanğıcı oldu. Otuz ilə yaxın işğal altında qalmış şəhərin azad edilməsi ilə burada həyatın bərpası, insanların doğma yurdlarına qayıdışı və ərazinin iqtisadi imkanlarının yenidən reallaşdırılması üçün geniş imkanlar yarandı. İşğal dövründə şəhərin yaşayış binaları, sosial obyektləri və infrastrukturunun böyük hissəsi dağıdılmışdı. Belə bir şəraitdə Füzulinin yenidən qurulması yalnız tikinti işlərinin aparılması deyil, bütöv bir şəhər həyatının bərpası, insanların rahat yaşayışı üçün zəruri şəraitin yaradılması və gələcək inkişafın möhkəm təməllər üzərində qurulması deməkdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq proqramı Füzulidə də ardıcıl şəkildə reallaşdırılır. Şəhərin Baş planının hazırlanması və təsdiqlənməsi burada aparılan işlərin vahid inkişaf konsepsiyasına uyğun həyata keçirilməsinə imkan verib. Müasir şəhərsalma prinsipləri əsasında qurulan Füzulinin gələcək inkişafı yaşayış, nəqliyyat, sosial xidmətlər və iqtisadi fəaliyyət sahələrinin qarşılıqlı əlaqəsi nəzərə alınmaqla planlaşdırılır. Şəhərin 2040-cı ilədək 50 min nəfər əhali üçün nəzərdə tutulması onun uzunmüddətli inkişaf perspektivlərini və regionda mühüm yaşayış məntəqəsinə çevrilmək potensialını göstərir.
Füzulidə quruculuq işlərinin mühüm istiqamətlərindən biri nəqliyyat infrastrukturunun yenidən yaradılmasıdır. Şəhərin əlverişli coğrafi mövqeyi onun Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları arasında nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynamasına imkan verir. Bu baxımdan Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi xüsusi əhəmiyyət daşıyır. Qısa müddətdə inşa edilən hava limanı regionun hava nəqliyyatı imkanlarını genişləndirir, xarici nümayəndə heyətlərinin və qonaqların işğaldan azad edilmiş ərazilərə səfərlərini asanlaşdırır, eyni zamanda gələcək iqtisadi və turizm əlaqələri üçün yeni imkanlar yaradır. Müasir beynəlxalq standartlara uyğun qurulan bu obyekt Füzulinin strateji əhəmiyyətini artıran əsas infrastruktur layihələrindən biridir.
Şəhərin yol şəbəkəsinin yenilənməsi də Füzulinin inkişafında mühüm yer tutur. Zəfər yolu, Füzuli–Hadrut və Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolları regionun nəqliyyat əlaqələrinin möhkəmləndirilməsinə, yaşayış məntəqələri arasında gediş-gəlişin asanlaşmasına və iqtisadi fəallığın artmasına xidmət edir. Xüsusilə Füzulini Şuşa ilə birləşdirən yolların əhəmiyyəti böyükdür. Bu nəqliyyat xətləri şəhərin Qarabağın digər əraziləri ilə əlaqəsini gücləndirməklə yanaşı, Füzulinin bölgənin logistika və nəqliyyat mərkəzlərindən birinə çevrilməsi üçün də əlverişli zəmin yaradır. Yol infrastrukturuna yatırılan sərmayələr ərazinin gələcək sosial-iqtisadi inkişafı baxımından uzunmüddətli əhəmiyyət daşıyır.
Füzulinin yenidən qurulmasında mühəndis-kommunikasiya sistemlərinin bərpası da xüsusi diqqət mərkəzindədir. Elektrik enerjisi təminatının gücləndirilməsi, yeni yarımstansiyaların və rəqəmsal idarəetmə sistemlərinin yaradılması, su təsərrüfatı infrastrukturunun yenilənməsi şəhərin dayanıqlı fəaliyyəti üçün mühüm əsas formalaşdırır. Füzuli yarımstansiyası, Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, eləcə də Köndələnçay su anbarları kompleksi rayonun infrastruktur imkanlarının genişləndirilməsində əhəmiyyətli rol oynayan layihələr sırasındadır. Bu obyektlər yaşayış məntəqələrinin etibarlı kommunal təminatına, infrastrukturun müasir tələblərə uyğun idarə olunmasına və ərazidə iqtisadi fəaliyyətin inkişafına xidmət edir.
Müasir Füzulinin formalaşmasında yaşayış və sosial infrastruktur layihələri də mühüm yer tutur. Yeni yaşayış məhəllələrinin salınması, məktəblərin, səhiyyə müəssisələrinin və digər sosial obyektlərin yaradılması şəhərdə insanların rahat və təhlükəsiz yaşaması üçün əlverişli şəraitin qurulmasına yönəlib. Özbəkistan xalqının hədiyyəsi olaraq inşa edilmiş 960 şagird yerlik məktəb və Qazaxıstan tərəfindən yaradılmış Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi Füzulidə təhsil və mədəniyyət infrastrukturunun inkişafına töhfə verən layihələrdəndir. Bu obyektlər, eyni zamanda, Azərbaycanın dost və qardaş ölkələrlə münasibətlərinin, həmrəyliyin və işğaldan azad edilmiş ərazilərin dirçəldilməsinə göstərilən dəstəyin ifadəsidir.
Füzulinin yenidən qurulması Böyük Qayıdış prosesinin mühüm tərkib hissəsidir. Doğma yurdlarından uzun illər ayrı düşmüş insanların geri qayıtması üçün yaşayış evlərinin tikilməsi ilə yanaşı, onların gündəlik həyatını təmin edən bütün zəruri şəraitin yaradılması da vacibdir. Bu baxımdan yeni yolların, kommunal sistemlərin, təhsil və səhiyyə obyektlərinin qurulması insanların şəhərdə məskunlaşmasına, sosial həyata qoşulmasına və gələcək planlarını öz doğma torpaqlarında həyata keçirməsinə imkan yaradır. Füzuliyə qayıdış şəhərin yalnız fiziki baxımdan bərpasını deyil, onun ictimai və iqtisadi həyatının da yenidən canlanmasını ifadə edir.
Füzulinin gələcək inkişafı üçün mühüm məsələlərdən biri də şəhərin iqtisadi potensialının genişləndirilməsidir. Müasir nəqliyyat infrastrukturu, əlverişli coğrafi mövqe və yenilənən kommunal sistemlər burada sahibkarlığın, xidmət sahələrinin, istehsalın və turizmin inkişafı üçün imkanlar yaradır. Şəhərin Baş planında nəqliyyat və logistika, sənaye, yaşıllıq zonaları və digər funksional ərazilərin nəzərə alınması Füzulinin gələcəkdə daha geniş iqtisadi fəaliyyət məkanına çevrilməsini hədəfləyir. Yeni iş yerlərinin yaradılması və iqtisadi fəallığın artması əhalinin doğma torpaqlarda davamlı məskunlaşmasına və şəhərin uzunmüddətli inkişafına müsbət təsir göstərəcək.
Bir sözlə, Füzulidə görülən işlər dövlətimizin işğaldan azad edilmiş ərazilərin bərpasına, insanların doğma yurdlarına qayıdışına və regionun inkişafına verdiyi böyük əhəmiyyətin göstəricisidir. Bir vaxtlar dağıntılarla üzləşmiş şəhərdə bu gün yeni yaşayış məhəllələri, müasir yollar və mühüm infrastruktur obyektləri yaradılır. Füzuli öz tarixi torpaqlarımızda həyatın yenidən canlanmasının, milli iradənin və gələcəyə inamın rəmzi kimi inkişaf edir. Qarşıya qoyulan məqsədlərin ardıcıl həyata keçirilməsi şəhərin Azərbaycanın müasir və dinamik inkişaf edən məkanlarından birinə çevrilməsinə möhkəm zəmin yaradır.

Ramil Hüseynov,
YAP Salyan rayon təşkilatının ƏPT sədri, YAP fəalı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Oktyabr 2026 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see426

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see418

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see295

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see275

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see264

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see257

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see254

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see251

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see249

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see233

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see216

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see214

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see212

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see209

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see207

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see204

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see203

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri