Icma.az
close
up
RU
Füzuli rayonunda mina təmizləmə prosesi və qarşıda duran çağırışlar

Füzuli rayonunda mina təmizləmə prosesi və qarşıda duran çağırışlar

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Füzuli rayonu 2020-ci ilin oktyabrında erməni işğalından azad edildikdən sonra burada aparılan minatəmizləmə prosesi dövlət üçün ən mühüm və təxirəsalınmaz məsələlərdən biri olmuşdur. Rayonun əksər əraziləri – yollar, kəndlər, əkin sahələri və meşəliklər tam şəkildə minalanmış vəziyyətdə idi. Ermənistan bu əraziləri işğal altında saxladığı illər ərzində yüz minlərlə mina yerləşdirmiş və bölgəni yaşamaq üçün təhlükəli məkana çevirmişdi. Azadlıqdan sonra ANAMA və digər rəsmi qurumlar tərəfindən burada genişmiqyaslı minatəmizləmə əməliyyatları həyata keçirilməyə başlandı. Bu işlərə Türkiyə, Böyük Britaniya, İtaliya, BMT və digər ölkələrdən olan peşəkar minaaxtaran heyətlər də cəlb olunub. Füzuli rayonunda tapılan minaların əksəriyyəti piyada əleyhinə və tank əleyhinə minalar olub. Həmçinin, ərazidə çoxsaylı partlamamış hərbi sursat və mina tələləri aşkarlanıb. Rayonun relyefi və minaların gizli yerləşdirilməsi minatəmizləmə prosesini xeyli çətinləşdirir. Füzulinin kəndlərinə "Böyük Qayıdış" proqramı çərçivəsində məcburi köçkünlərin qaytarılması üçün bu ərazilərin tam təmizlənməsi şərtdir. Bu proses sürətlə getsə də, qarşıda hələ də böyük ərazilərin təmizlənməsi kimi çağırışlar dayanır. Füzuli rayonunun minalardan təmizlənməsi həm iqtisadi, həm də təhlükəsizlik baxımından prioritet məsələdir. Bu proses həmçinin Azərbaycanın beynəlxalq nüfuzuna təsir göstərir, çünki ölkəmiz bu problemi insan hüquqları və beynəlxalq hüquq normaları çərçivəsində dinc yolla həll etməkdədir. Minaların təmizlənməsi tam başa çatdıqdan sonra Füzuli bölgəsi yenidən həyat qazanacaq, kənd təsərrüfatı inkişaf edəcək və insanlar rahat şəkildə öz yurdlarında yaşayacaqlar.

Aytac Abbasova

Filologiya üzrə fəlsəfə doktoru

YAP Laçın rayon təşkilatının 51 saylı ərazi partiya təşkilatının sədri

Laçın rayon M.Səfərov adına Qozlu kənd tam orta məktəbin direktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:221
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Oktyabr 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see437

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see251

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see242

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see234

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see225

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see222

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see221

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see218

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see214

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see210

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see202

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see200

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see199

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see197

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see195

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see191

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see188

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see185

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri