Icma.az
close
up
RU
Füzuli sakinləri Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova məktub göndərib

Füzuli sakinləri Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova məktub göndərib

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Füzuli şəhərinin sakinləri Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova məktub göndərib.
APA xəbər verir ki, məktubda deyilir:
"Hörmətli Qurbanqulu Məlikquliyeviç,

Azərbaycan və türkmən xalqları arasında əsrlər boyu formalaşmış dərin tarixi, mədəni, etnik, dil və dini bağlar iki qardaş ölkə arasındakı münasibətlərin etibarlı təməlini təşkil edir. Bu möhkəm təməllər üzərində qurulan dostluq və qardaşlıq münasibətlərimiz Zati-alilərinizin humanitar təşəbbüsləri ilə daha da dərinləşmişdir.

Fəxrlə qeyd etməliyik ki, Zati-alilərinizin adını daşıyan Qurbanqulu Berdiməhəmmədov adına Himayəyə Ehtiyacı Olan Uşaqlara Yardım Fondu mərhəmət, xeyirxahlıq, humanizm kimi ali mənəvi dəyərlərin yaşadılması ilə yanaşı dost və qardaş xalqlarımız arasında mənəvi körpü missiyasını böyük uğurla həyata keçirir.

Bu nəcib missiyanın ən parlaq nümunələrindən biri də Sizin Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində məscid inşa etmək təşəbbüsünüzdür. Biz bu təşəbbüsü böyük məmnuniyyət və dərin minnətdarlıq hissi ilə qarşıladıq. Qarabağın bərpa prosesinə dəyərli töhfə olan bu humanist addımınız iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin, dini-mənəvi həmrəyliyin, humanitar əməkdaşlığın və qarşılıqlı etimadın bariz təcəssümüdür.

7 oktyabr tarixində Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü çərçivəsində türk dövlət və hökumət başçıları ilə birgə Füzulidə inşa ediləcək məscidin onlayn formatda təməlinin atılması bu xeyirxah layihəyə əlavə mənəvi və tarixi məna qazandırmışdır. Bu təşəbbüs həmçinin, Türk dünyasının ortaq dəyərlərinə, İslam mədəniyyətinə və azad olunmuş torpaqlarımızın mənəvi dirçəlişinə verilən yüksək önəmin göstəricisidir.

Xüsusilə qeyd etmək istərdik ki, Türk Dövlətləri Təşkilatı, eləcə də Təşkilatın Ağsaqqallar Şurasındakı nüfuzlu fəaliyyətiniz, Türk Dünyasının birliyi, həmrəyliyi və inkişafı naminə səsləndirdiyiniz müdrik çağırışlar və verdiyiniz mesajlar böyük hörmət, ehtiramla izlənilir və yüksək qiymətləndirilir.

2025-ci ilin iyul ayında Zati-alilərinizin Qarabağa səfəri, o cümlədən Şuşa şəhərində yerləşən Yuxarı Gövhər Ağa Məscidini ziyarətiniz zamanı Vətən uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ruhuna etdiyiniz dualar

Scanned with CamScanner

qardaşlıq, mənəvi dəyərlərə sədaqət və tarixi irsə hörmətin parlaq nümunəsi kimi xalqımız tərəfindən böyük ehtiramla qarşılanmışdır.

İnanırıq ki, Zati-alilərinizin təşəbbüsü ilə Füzuli və Arkadağ şəhərlərinin qardaşlaşması insanlararası təmasların daha da intensivləşməsinə təkan verəcəkdir.

Hörmətli Qurbanqulu Məlikquliyeviç,

qardaşlıq, mənəvi dəyərlərə sədaqət və tarixi irsə hörmətin parlaq nümunəsi kimi xalqımız tərəfindən böyük ehtiramla qarşılanmışdır.

İnanırıq ki, Zati-alilərinizin təşəbbüsü ilə Füzuli və Arkadağ şəhərlərinin qardaşlaşması insanlararası təmasların daha da intensivləşməsinə təkan verəcəkdir.

Hörmətli Qurbanqulu Məlikquliyeviç,

Sizin yüksək diqqət və mənəvi dəstəyiniz Füzuli sakinləri tərəfindən böyük rəğbətlə qarşılanır və qəlbimizdə dərin minnətdarlıq hissi oyadır, bölgənin mənəvi həyatına yeni ruh, inam və ümid gətirir. Bu nəcib addım qardaşlığımızın və həmrəyliyimizin tərənnümü kimi qədirbilən Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır.

Füzuli şəhərində inşa edilən və Azərbaycan-Türkmənistan qardaşlığının mənəvi simvoluna çevriləcək bu məscidin yaxın zamanda Zati-alilərinizin iştirakı və xeyir-duaları ilə açılışını biz, Füzuli sakinləri olaraq böyük səbirsizliklə gözləyirik!

Fürsətdən istifadə edərək bütün Füzuli sakinləri adından göstərilən yüksək diqqət və qayğı üçün Zati-alilərinizə bir daha dərin təşəkkürümüzü bildirir, Sizə möhkəm cansağlığı, uzun ömür və Türkmənistan xalqının rifahı naminə gələcək fəaliyyətinizdə davamlı uğurlar arzu edirik. Ulu Tanrıdan qardaş Türkmənistana və xalqına firavanlıq, sülh, əmin-amanlıq və daimi tərəqqi arzulayırıq.

Dərin hörmətlə,

Azərbaycan Respublikasının Füzuli şəhərinin sakinləri adından:

Əliyev Vidadi Əziz oğlu, 1/11/1953-cü il təvəllüdlü

Hüseynov Məhəmməd Səyyad oğlu, 7/1/1949-cu il təvəllüdlü

Rzayev Atabəy Saleh oğlu, 3/30/1957-ci il təvəllüdlü

Əhmədov Taleh Famil oğlu, 11/20/1960-cı il, təvəllüdlü

Xanlarov Vaqif Əsgər oğlu, 2/2/1955-ci il təvəllüdlü

Əliyeva Sevda Yaqub qızı, 9/15/1955-ci təvəllüdlü".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 Noyabr 2025 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see343

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see209

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see187

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see185

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see160

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see157

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see146

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see137

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see134

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri