Bitkoinin qiyməti son üç həftənin ən yüksək səviyyəsinə yüksəlib
Banco.az saytına istinadən Icma.az xəbər verir.
Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-ın həftəsonu Venesuela prezidenti Nikolas Maduronu həbs etməsi ilə bağlı xəbərlər qlobal bazarlarda siyasi qeyri-müəyyənliyi artırıb.
Banco.az xəbər verir ki, bu fonda kriptovalyuta bazarında alış aktivliyi güclənib və Bitkoin son üç həftənin ən yüksək səviyyəsinə yüksəlib.
Ticarət sessiyası zamanı Bitkoin 2,3 faizə qədər bahalaşaraq 93 221 dollar səviyyəsini sınaqdan keçirib. Hazırda isə kriptovalyuta 1,48 faiz artımla 92 580,78 dollar ətrafında ticarət olunur.
Bazarda yüksəliş impulsu əsasən geosiyasi risklərin artması və investorların alternativ aktivlərə yönəlməsi ilə izah olunur. Bununla yanaşı, qlobal bazarlardakı nikbin əhval-ruhiyyə qızıl və gümüş qiymətlərinə də müsbət təsir göstərib.
Digər kriptovalyuta aktivlərində isə artım daha məhdud olub. Ethereum 0,6 faiz bahalaşaraq 3 161 dollar səviyyəsinə yüksəlib. Analitiklər hesab edirlər ki, mövcud siyasi proseslər davam edərsə, kriptovalyuta bazarında volatillik yüksək olaraq qala bilər.
Baxış sayı:91
Bu xəbər 05 Yanvar 2026 10:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















