Icma.az
close
up
RU
Füzuli Zəfərdən dirçəlişə qəhrəmanlıq tariximizin unudulmaz səhifəsi

Füzuli Zəfərdən dirçəlişə qəhrəmanlıq tariximizin unudulmaz səhifəsi

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın müasir tarixində xalqımızın milli iradəsini, dövlətimizin qüdrətini və ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizəsini təcəssüm etdirən mühüm hadisələrdən biri Füzuli şəhərinin işğaldan azad edilməsidir. 17 oktyabr 2020-ci il tarixində qazanılan bu tarixi qələbə Vətən müharibəsinin gedişində mühüm dönüş nöqtəsinə çevrilməklə yanaşı, xalqımızın uzun illər qəlbində yaşatdığı doğma yurda qayıdış arzusunun gerçəkləşməsinə doğru atılan əhəmiyyətli addım oldu. Füzulinin azadlığı Azərbaycan Ordusunun qəhrəmanlığının, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin və xalqımızın sarsılmaz birliyinin təntənəsi kimi tarixə düşdü. Bu gün Füzuli təkcə hərbi zəfərin deyil, həm də milli dirçəlişin və Böyük Qayıdışın rəmzidir.

Füzuli rayonu coğrafi mövqeyi və zəngin tarixi ilə Azərbaycanın mühüm bölgələrindən biridir. Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan ərazini əhatə edən rayonun sahəsi 1386 kvadratkilometrdir. Cəbrayıl, Xocavənd, Ağcabədi və Beyləqan rayonları ilə, həmçinin Araz çayı boyunca İranla həmsərhəd olan Füzulinin ərazisindən Quruçay, Köndələnçay və Çərəkən çayları keçir. Füzulinin əsası 1827-ci ildə qoyulub. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunaraq Qaryagin adlandırılıb. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi münasibətilə rayonun adı dəyişdirilərək Füzuli qoyulub. Rayon tarixən zəngin mədəni irsi və tarixi-dini abidələri ilə seçilib. Babı kəndindəki XIII əsrə aid Şeyx Babi Yaqub türbəsi, Aşağı Veysəlli kəndindəki XIV əsrə aid Mirəli türbəsi və digər memarlıq nümunələri bu ərazinin qədim tarixini və mədəni zənginliyini əks etdirir.

1993-cü il avqustun 23-də Füzuli şəhəri və rayonun böyük hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal nəticəsində minlərlə insan doğma yurdlarından didərgin düşüb, yaşayış məntəqələrinə və tarixi irsə ciddi ziyan vurulub. Torpaqların müdafiəsi uğrunda mübarizədə rayon sakinlərindən 663 nəfər şəhid olub, 400 nəfərədək insan müharibə əlili olub, 181 nəfər isə əsir və itkin düşüb. 1994-cü il yanvarın 5-də Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyat nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad edilsə də, Füzuli şəhərinin azad olunması uzun illər xalqımızın qarşısında dayanan əsas vəzifələrdən biri olaraq qalıb.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi mərhələnin əsasını qoydu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altındakı torpaqların azad edilməsi uğrunda qətiyyətli mübarizəyə başladı. Füzuli istiqamətində aparılan döyüşlər müharibənin ən ağır mərhələlərindən biri idi. Düşmən uzun illər ərzində burada möhkəm müdafiə istehkamları qurmuş, bir neçə müdafiə xətti yaratmışdı. Bu istehkamların yarılması yüksək hərbi hazırlıq, peşəkarlıq və dəqiq əməliyyat planlaşdırılması tələb edirdi.

Azərbaycan Ordusu göstərdiyi qəhrəmanlıq, taktiki çeviklik və yüksək döyüş qabiliyyəti sayəsində düşmənin müdafiə xətlərini yararaq irəlilədi. Nəticədə 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri, eləcə də Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndləri işğaldan azad edildi. Vətən müharibəsi zamanı ümumilikdə rayonun 62 yaşayış məntəqəsinin azad olunması Füzulinin ərazi bütövlüyünün bərpasında mühüm nəticə oldu. Bu qələbə Azərbaycan Ordusunun gücünü, əsgər və zabitlərimizin fədakarlığını, xalqımızın birliyini bütün dünyaya nümayiş etdirdi. Füzulinin azad edilməsi uğrunda döyüşlərdə iştirak edən hərbi qulluqçuların qəhrəmanlığı dövlət tərəfindən yüksək qiymətləndirilib. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edilib. Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəxsi igidlik və şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25 325 hərbi qulluqçusu bu medalla təltif olunub. Bu təltiflər Vətən uğrunda mübarizə aparan qəhrəmanlara ehtiramın və onların fədakarlığının dövlət səviyyəsində qiymətləndirilməsinin ifadəsidir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən edilib. Bu tarix xalqımızın qələbə sevincini, şəhidlərimizin xatirəsinə ehtiramını və doğma torpaqların dirçəldilməsinə olan inamını özündə birləşdirir.

İşğaldan azad edildikdən sonra Füzulinin yenidən qurulması istiqamətində genişmiqyaslı işlərə başlanılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa və quruculuq layihələri şəhərin müasir inkişafını təmin etməyə yönəlib. 2023-cü il martın 18-də Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib. Bu sənəd şəhərin gələcək inkişafının və müasir infrastrukturunun formalaşdırılmasının əsas istiqamətlərini müəyyənləşdirir.

Füzulinin dirçəlişində beynəlxalq əməkdaşlıq da əhəmiyyətli yer tutur. Qardaş Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə şəhərdə Mirzə Uluqbəy adına orta məktəb inşa edilib. Məktəbdə müasir təhsil və idman infrastrukturu yaradılıb. 2024-cü il martın 12-də isə Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər. Bu layihələr Azərbaycanla qardaş ölkələr arasında dostluğun və qarşılıqlı dəstəyin əyani nümunəsidir. Füzulinin bərpasının əsas məqsədlərindən biri keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını təmin etməkdir. “Böyük Qayıdış” proqramı çərçivəsində 2023-cü il avqustun 18-dən etibarən Füzuli şəhərinə köç prosesi başlanıb. Uzun illər müxtəlif ərazilərdə müvəqqəti məskunlaşmış ailələr mərhələli şəkildə doğma şəhərlərinə qayıdırlar. 2026-cı il oktyabrın 1-dək Füzuliyə 827 ailə, ümumilikdə 3153 nəfər köçürülüb. Bu gün Füzuli şəhəri Azərbaycanın qələbədən sonra həyata keçirdiyi quruculuq siyasətinin parlaq nümunəsinə çevrilir. Yeni yolların, yaşayış məhəllələrinin və sosial obyektlərin inşası, infrastrukturun yenilənməsi şəhərin gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Füzulinin dirçəlişi yalnız dağıdılmış ərazilərin bərpası deyil, həm də xalqımızın tarixi yaddaşının, milli kimliyinin və doğma torpaqlara bağlılığının yenidən təcəssümüdür.

17 oktyabr – Füzuli şəhəri günü Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində xüsusi yer tutur. Bu tarix Azərbaycan Ordusunun şücaətini, şəhidlərimizin müqəddəs xatirəsini, dövlətimizin qətiyyətini və xalqımızın sarsılmaz birliyini ifadə edir. Füzulinin azadlığı ilə başlanan yeni tarix bu gün quruculuq və Böyük Qayıdış prosesi ilə davam edir. Şəhərin yenidən həyata qayıtması bir daha təsdiqləyir ki, Azərbaycan xalqı öz tarixi torpaqlarını qorumaqla yanaşı, onları inkişaf etdirmək və gələcək nəsillərə firavan yaşayış məkanı kimi çatdırmaq əzmindədir. Füzuli Zəfərdən dirçəlişə uzanan yolda milli iradəmizin, dövlət qüdrətimizin və Vətən sevgimizin rəmzi olaraq yaşayır.

Aybəniz ƏLIYEVA,

Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Oktyabr 2026 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see413

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see369

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see336

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see328

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see288

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see278

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see243

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see233

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see220

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see210

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see207

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see206

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see205

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see194

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see189

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see184

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see176

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see169

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see163

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri