Icma.az
close
up
RU
Qəhrəmanlıq tariximizin unudulmaz səhifəsi

Qəhrəmanlıq tariximizin unudulmaz səhifəsi

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Azərbaycan xalqının yaddaşında elə tarixlər var ki, onların üzərindən illər keçsə də, daşıdığı məna və yaratdığı qürur hissi heç zaman silinmir. 27 Sentyabr da məhz belə müqəddəs günlərdəndir. Bu tarix Vətən uğrunda canından keçən qəhrəman övladlarımızın əziz xatirəsini ehtiramla yad etdiyimiz, onların fədakarlığı qarşısında baş əydiyimiz Anım Günüdür. 27 Sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi 44 gün davam edərək Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi Zəfərə yol açdı.

Azərbaycan xalqı hər zaman sülhə, sabitliyə və mehriban qonşuluğa üstünlük verib. Lakin uzun illər ərzində davam edən işğal, saysız-hesabsız təxribatlar və beynəlxalq hüququn prinsiplərinə zidd addımlar xalqımızın səbrini tükəndirən əsas amillərdən oldu. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərinə və yaşayış məntəqələrinə genişmiqyaslı hücumu qarşısında Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək əks-hücum əməliyyatına başladı.

Həmin gün Azərbaycan xalqının iradəsi, dövlətçilik əzmi və milli həmrəyliyi bir daha bütün gücü ilə ortaya qoyuldu. Xalq və dövlət bir amal ətrafında sıx birləşərək Vətən torpaqlarının azadlığı uğrunda mübarizəyə qalxdı. Bu birlik sonrakı 44 gün ərzində Azərbaycanın hərbi-siyasi gücünün, milli iradəsinin və xalqımızın Vətən sevgisinin parlaq təcəssümünə çevrildi.

Vətən müharibəsi Azərbaycan xalqının yaddaşına yalnız hərbi Qələbə kimi deyil, misilsiz qəhrəmanlıq və fədakarlıq salnaməsi kimi həkk olundu. Müharibə günlərində hər bir Azərbaycan ailəsinin qəlbində eyni hiss, eyni inam, eyni müqəddəs amal vardı. Cəbhəyə yollanan oğullarımızın dilində və xalqın düşüncəsində “öldü var, döndü yoxdur” ifadəsi Vətən qarşısında məsuliyyətin və dönməz iradənin simvoluna çevrilmişdi.

Azərbaycan əsgəri bilirdi ki, qarşısında dayanan vəzifə sadəcə hərbi tapşırıq deyil, doğma torpağın şərəfini, xalqın ləyaqətini və dövlətin ərazi bütövlüyünü qorumaq missiyasıdır. Məhz bu əqidə ilə döyüşən qəhrəmanlarımız canlarını Vətənə fəda edərək Azərbaycan tarixinin ən şərəfli səhifələrini yazdılar. Anım Günü də həmin qəhrəmanların xatirəsini yaşatmaq, onların müqəddəs irsini gələcək nəsillərə çatdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın Zəfər salnaməsinin əsasını təşkil edən amillərdən biri də güclü dövlət–ordu–xalq birliyidir. Müzəffər Ordumuzun şəxsi heyətinin döyüş meydanında göstərdiyi qəhrəmanlıq dövlətin hərbi siyasəti, ordunun müasir standartlara uyğun inkişafı və xalqın mənəvi dəstəyi ilə tamamlandı.

Bu gün də Azərbaycan dövləti Vətən qarşısında xidmətləri olan hər bir hərbi qulluqçunun, qazinin və şəhid ailəsinin yanındadır. Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Rəsmi məlumatlara əsasən, postmüharibə dövründə 132 min şəhid ailəsi üzvü və müharibə iştirakçısını əhatə edən sosial dəstək tədbirləri çərçivəsində 403 min xidmət göstərilib; mənzil, sosial ödəniş, reabilitasiya, məşğulluq və digər istiqamətlər üzrə geniş dəstək tədbirləri həyata keçirilib.

Şəhid ailələrinə göstərilən diqqət və qayğı Azərbaycan dövlətinin sosial siyasətinin mühüm istiqamətlərindən biridir. Çünki şəhidlərin əziz xatirəsinə ehtiram yalnız sözlə deyil, onların ailələrinin rifahına göstərilən davamlı qayğı ilə də ifadə olunur. Qazilərimizin sağlamlığının bərpası, sosial təminatının gücləndirilməsi, mənzil və məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər dövlətin öz qəhrəman övladlarına münasibətinin göstəricisidir.

27 Sentyabr – Anım Günü bizə bir daha xatırladır ki, Azərbaycan xalqının əldə etdiyi Zəfərin arxasında böyük qurbanlar, sonsuz Vətən sevgisi və qəhrəmanlıq dayanır. Bu gün şəhidlərimizin ruhu qarşısında baş əyir, onların müqəddəs xatirəsini qəlbimizdə yaşadırıq. Onların canı bahasına ucalan üçrəngli bayrağımız bu gün azad edilmiş torpaqlarımızda qürurla dalğalanır. Şəhidlərimizin ölməz xatirəsi isə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır.

Lalə Mədətova

YAP Kəngərli rayon təşkilatının əməkdaşı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 Sentyabr 2026 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri