Icma.az
close
up
RU
Menu

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

"Sabah" ÇL də neçəncidir?

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

FÜZULİ ZƏFƏRDƏN BÖYÜK QAYIDIŞA DOĞRU

FÜZULİ ZƏFƏRDƏN BÖYÜK QAYIDIŞA DOĞRU

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Füzuli rayonu Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə və özünəməxsus milli-mənəvi dəyərlərə malik bölgələrindən biridir. Rayonun ərazisində yerləşən tarixi və dini abidələr xalqımızın çoxəsrlik keçmişini, zəngin memarlıq ənənələrini və mənəvi dünyasını özündə əks etdirir. Füzuli torpağı əsrlər boyu Azərbaycan xalqının yaşayış məskəni olmaqla yanaşı, milli kimliyimizin və tarixi yaddaşımızın mühüm daşıyıcılarından biri olmuşdur. Lakin Ermənistanın işğalı dövründə rayonun yaşayış məntəqələri, tarixi-mədəni irsi və dini abidələri ciddi dağıntılara məruz qalmışdır. Uzun illər doğma yurdlarından ayrı düşən füzulililərin qayıdış arzusu 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər nəticəsində gerçəkliyə çevrilməyə başladı. Azərbaycan Ordusunun qəhrəmanlığı və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Füzuli rayonu işğaldan azad edildi, bölgədə yeni həyatın başlanması üçün tarixi şərait yarandı. Füzulinin azad edilməsi Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış qəhrəmanlıq səhifələrindən biridir. Azərbaycan əsgər və zabitlərinin misilsiz şücaəti, yüksək döyüş hazırlığı, Vətən sevgisi və torpaq uğrunda mübarizə əzmi xalqımızın iradəsini bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz işğala son qoyaraq ərazi bütövlüyümüzün bərpası istiqamətində həlledici addımlar atdı.

Füzuli şəhərinin azad edilməsi Böyük Qayıdışın başlanğıc nöqtələrindən birinə çevrildi. Bu gün həmin torpaqlarda həyata keçirilən quruculuq işləri Azərbaycan Ordusunun qazandığı Zəfərin davamı, dövlətimizin gücünün və xalqımızın birliyinin təzahürüdür. Azad edilmiş ərazilərdə həyatın bərpası, insanların doğma yurdlarına qayıtması və müasir yaşayış məntəqələrinin yaradılması Zəfərin real nəticələrini nümayiş etdirir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş Füzuli rayonuna mütəmadi səfərləri bölgənin yenidən qurulmasına və sosial-iqtisadi inkişafına xüsusi diqqətin göstəricisidir. Dövlət başçısının səfərləri zamanı şəhərin və kəndlərin bərpası, müasir infrastrukturun yaradılması, sosial obyektlərin inşası və sakinlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi məsələləri diqqət mərkəzində saxlanılır. 23 avqust 2023-cü il tarixində Prezident İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Füzuli Beynəlxalq Hava Limanında qarşılanmasında iştirak etmişdir. Səfər çərçivəsində Füzuli şəhərində inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı olmuş, dövlət başçısı Füzuli şəhər yaşayış kompleksində yaradılmış şəraitlə tanış olmuş və şəhərin Baş planına baxmışdır. Bu tədbirlər azad edilmiş ərazilərdə təhsil infrastrukturunun inkişafı və müasir şəhərsalma prinsipləri əsasında yeni yaşayış mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

16 oktyabr 2023-cü il tarixində Prezident İlham Əliyevin iştirakı ilə Cuvarlı və Qoçəhmədli kəndlərinin, Füzuli şəhərində idman kompleksinin, ikinci və üçüncü yaşayış komplekslərinin, 240 yerlik uşaq bağçasının və inzibati binanın təməli qoyulmuşdur. Həmin təməlqoyma mərasimləri rayonun gələcək inkişafı üçün ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirildiyini göstərir.

17 oktyabr 2023-cü ildə Füzuli Şəhəri Günü münasibətilə Prezident İlham Əliyevin Füzuli şəhərinə köçmüş sakinlərlə və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü Böyük Qayıdış prosesinin mənəvi əhəmiyyətini bir daha nümayiş etdirmişdir. Doğma yurdlarına qayıdan sakinlərin sevincinə şərik olmaq, onların problemlərini dinləmək və gələcək inkişaf perspektivlərini müəyyənləşdirmək dövlətin vətəndaş amilinə verdiyi önəmin ifadəsidir. 8 noyabr 2023-cü il tarixində Qarğabazar kəndinin təməlinin qoyulması isə Füzuli rayonunda bərpa və quruculuq işlərinin yalnız şəhərlə məhdudlaşmadığını, kəndlərin də inkişaf proqramına daxil edildiyini göstərir. 12 mart 2024-cü ildə Prezident İlham Əliyev və Azərbaycanda dövlət səfərində olan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli rayonuna birgə səfər etmişlər. Səfər zamanı Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı keçirilmiş, həmçinin Füzulidə inşa olunacaq Mərkəzi Rayon Xəstəxanasının layihəsi ilə tanışlıq olmuşdur. Bu layihələr təhsil, yaradıcılıq və səhiyyə sahələrində müasir xidmətlərin təşkili ilə yanaşı, Azərbaycanın dost və qardaş ölkələrlə əməkdaşlığının möhkəmləndirilməsinə də xidmət edir. 25 aprel 2024-cü ildə Prezident İlham Əliyev və Azərbaycanda dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli rayonuna birgə səfər etmişlər. Səfər çərçivəsində şəhərin dağıdılmış ərazilərinə baxış keçirilmiş və Füzuli şəhərinin Baş planı ilə tanışlıq olmuşdur. Bu səfərlər azad edilmiş torpaqların dirçəldilməsinin beynəlxalq əməkdaşlıq müstəvisində də mühüm yer tutduğunu nümayiş etdirir.

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Füzuli rayonunda yenidənqurma və bərpa işləri geniş vüsət almışdır. Şəhərin Baş planı əsasında yaşayış kompleksləri, təhsil və səhiyyə müəssisələri, sosial obyektlər, yollar və digər zəruri infrastruktur qurğuları yaradılır. Məqsəd sakinlərin doğma yurdlarına təhlükəsiz, rahat və layiqli şəkildə qayıtmasını təmin etmək, Füzulini müasir şəhərsalma standartlarına uyğun inkişaf etdirməkdir.

Füzuli Beynəlxalq Hava Limanının fəaliyyəti, yeni yolların çəkilməsi, yaşayış məntəqələrinin yenidən qurulması və sosial infrastrukturun yaradılması rayonun iqtisadi potensialının artırılmasına da mühüm töhfə verir. Bütün bunlar bölgənin nəqliyyat imkanlarının genişlənməsinə, sahibkarlığın inkişafına, yeni iş yerlərinin açılmasına və əhalinin məşğulluğunun təmin edilməsinə əlverişli şərait yaradır.

Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri: Anar Alışov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Oktyabr 2026 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see336

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see324

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see320

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see313

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see311

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see275

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see236

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see218

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see210

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see207

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see204

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see204

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see201

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see185

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see173

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see172

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see167

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see153

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see152

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri