G20 ölkələri COP29a dəstək ifadə ediblər
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən G20 ölkələri sammitinin yekun Bəyannaməsinin iqlim bölməsində Azərbaycanın COP29-da Sədrliyinə dəstək ifadə olunub. Bu barədə məlumat BMT-nin rəsmi saytında yer alıb.
Sənəddə deyilir: “Biz uğurlu Yeni Kollektiv Kəmiyyət Hədəfinin nəticəsini gözləyirik. Eyni zamanda, Azərbaycanın COP29-da Sədrliyinə dəstəyimizi vəd edirik və Bakıda danışıqların uğur qazanacağını öhdəmizə götürürük. Biz, həmçinin 2025-ci ildə Braziliyanın COP30-da Sədrliyinə də dəstəyi öhdəmizə götürürük”.
Bəyannamədə təmiz, dayanıqlı, ədalətli, əlverişli və inklüziv enerjinin sürətləndirilməsinə dair öhdəlik də götürülüb. Bununla yanaşı, iqlim maliyyəsinin artırılması məqsədilə ayrılacaq vəsaitin məbləğinin “milyardlarla dollardan trilyona çatdırmaq” üçün bütün mənbələrin səfərbər edilməsinin vacibliyi vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 22 Noyabr 2024 00:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















