GAİM in gənc güləşçiləri beynəlxalq arenada uğur qazanıblar
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Tbilisi, 11 noyabr, AZƏRTAC
Marneulidə fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) yunan-Roma güləşi üzrə yetirmələri beynəlxalq və ölkədaxili yarışlarda qazandıqları nailiyyətlərlə daha bir parlaq səhifə əlavə ediblər.
AZƏRTAC xəbər verir ki, İtaliyanın paytaxtı Romada keçirilən beynəlxalq güləş turnirində GAİM-in yetirməsi Ömər Mursaqulov 27 kiloqram çəki dərəcəsində inamlı mübarizə apararaq bütün rəqiblərini geridə qoyub. İdmançımız fəxri kürsünün ən yüksək pilləsinə yüksələrək turnirin qalibi adını qazanıb.
Gürcüstanın Oni şəhərində səkkizqat SSRİ çempionu Avtandil Maisuradzenin xatirəsinə həsr olunmuş turnirdə iştirak edən digər idmançımız Əlirza Xacayev 32 kiloqram çəki dərəcəsində uğurlu çıxış edərək III yerə layiq görülüb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 11 Noyabr 2026 19:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















