Icma.az
close
up
RU
“Orqan transplantasiyasında müasir dövrün çağırışları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib YENİLƏNİB AZƏRTAC

“Orqan transplantasiyasında müasir dövrün çağırışları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib YENİLƏNİB AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 10 dekabr, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə dekabrın 10-da Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş "Orqan transplantasiyasında müasir dövrün çağırışları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycanla yanaşı Türkiyədən dəvət olunan yüksəkixtisaslı mütəxəssislər tərəfindən təqdimatların edilməsi və mütəxəssislərarası təcrübə mübadiləsinin təmin edilməsi məqsədilə panel müzakirələr təşkil olunub.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, Əməkdar həkim Ceyhun Məmmədov, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, dosent İsmayıl Əfəndiyev, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, ürək-damar cərrahı, Əməkdar həkim Rəşad Mahmudov, Yeni Klinikanın direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri, cərrah transplantaloq Eldar Əhmədov, AMEA-nın müxbir üzvü, ATU-nun 1-ci Cərrahi xəstəliklər kafedrasının müdiri, professor, transplantoloq Nuru Bayramov, “MedEra Hospital”ın həkim infeksionisti Azər Nağıyev, Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri, professor Hikmət İbrahimli, “İstanbul Florence” Xəstəxanasının və Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı mütəxəssisləri iştirak ediblər.

Konfransda çıxış edən C.Məmmədov tədbirin dahi şəxsiyyət, görkəmli dövlət xadimi, böyük siyasətçi, Ulu Öndər Heydər Əliyevin anım gününə həsr edildiyini bildirib: “Ulu Öndərə həsr olunan tədbirlər zamanı hər dəfə ölkə səhiyyəsi üçün ən vacib və aktual olan mövzular seçilir. Bu gün də keçirdiyimiz tədbirin mövzusu - “Orqan transplantasiyasında müasir dövrün çağırışları” olduqca maraqlı və aktualdır.

Qeyd etmək istəyirəm ki, icbari tibbi sığortanın tətbiqi ilə orqan transplantasiyası işində yeni bir mərhələ açılıb və əldə edilən nailiyyətlərlə bərabər bir sıra problemlər də mövcuddur ki, onları belə bir formatda müzakirə etməyə çalışırıq”.

R.Mahmudov çıxışında hazırda Azərbaycanda səhiyyə sahəsində ciddi şəkildə islahatların keçirildiyinə diqqət çəkib: “Hər birimiz bunun yaxın iştirakçılarıyıq. Səhiyyə islahatları içərisində ən öncə səhiyyə infrastrukturunun gücləndirilməsi, yeni xəstəxanaların və tibb müəssisələrinin açılması, texnoloji imkanların müasir günün tələblərinə cavab verəcək səviyyəyə qaldırılması ilə yanaşı, həm də insan resurslarının daha təkmilləşdirilməsi yönündə ciddi şəkildə addımlar atılır. Məhz bu dönəmdə ölkəmizdə həyata keçirilən səhiyyə islahatlarında yer alan, həm də dövrün tələblərinə uyğun iqtisadi baxışın formalaşması, maddi imkanların artırılması, icbari tibbi sığortanın yaratmış olduğu fürsətlərlə yeni uğurlar qazanmaq üçün imkanlar yaranıb”.

“Florence Nightingale Healthcare International Group”un icraçı direktoru Sinan Nazif Aran Azərbaycanın səhiyyə sahəsində qazandığı uğurlardan danışıb. O bildirib ki, Azərbaycanda 2000-ci illərin əvvəllərində orqan transplantasiyana başlanması dövlət dəstəyi ilə mümkün olub. Bu sahədə Azərbaycanın səhiyyə işçilərinin fəaliyyətini yüksək qiymətləndirən icraçı direktor təmsil olunduğu “Florence Nightingale Healthcare International Group”u ilə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin əməkdaşlığından məmnun olduğunu söyləyib.

Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin cərrah-transplantoloqu Mircəlal Kazımi bildirib ki, orqan transplantasiyası öz fəaliyyətini dayandırmış, sıradan çıxmış və heç bir cərrahi və tibbi müalicəsi olmayan orqanın yeni orqanla əvəz olunmasıdır. M.Kazımi orqan donorlarından da danışıb: “Orqan transplantasiyası dünyada ötən əsrin ortalarından aktuallığını artırıb və bu günə qədər də inkişaf istiqamətində gedir. Bu gün səhiyyə sistemi inkişaf etmiş ölkələrdə, o cümlədən Azərbaycanda xroniki və kəskin qaraciyər, böyrək çatışmazlığından əziyyət çəkən xəstələr əməliyyat olunaraq öz sağlamlıqlarına qovuşurlar”.

“Azərbaycanda orqan transplantasiyasının təşkilində dünya təcrübəsinin tətbiqi”, “Qaraciyər transplantasiyası: təcrübə, çağırışlar və perspektivlər” və “Böyrək transplantasiyası: müasir yanaşmalar və gələcək imkanlar” mövzusunda üç paneldən ibarət beynəlxalq elmi konfransda “İstanbul Florence” Xəstəxanasının ümumi cərrahı Remzi Emiroğlu, M.Kazımi, Dövlət Təhlükəsizliyi Xidməti Hərbi Tibb Baş İdarəsi Elmi Təcrübə Mərkəzinin rəisi Rəşad Şolan, Mərkəzi Klinikanın Orqan və Toxumaların Transplantasiyası şöbəsinin ümumi cərrahı, transplantoloqu Tariyel Nadirov, Mərkəzi Gömrük Hospitalının Efferent Terapiya şöbəsinin rəisi, nefroloq Mirmənsim Məmmədov, “İstanbul Florence” Xəstəxanasının nefroloqu Ayşe Sinangil və Mərkəzi Gömrük Hospitalının infeksionisti Mədinə Abdullayeva müxtəlif mövzular ətrafında məruzələrlə çıxış ediblər.

Konfransın keçirilməsində məqsəd orqan transplantasiyası sahəsində müasir çağırışları, son tədqiqatların nəticələrini, o cümlədən inkişaf istiqamətlərini müzakirə etmək və yerli və beynəlxalq mütəxəssislərarası bilik və təcrübə mübadiləsini təmin etməkdir.

Konfrans panel müzakirələr və sual-cavab sessiyaları vasitəsilə interaktiv şəkildə həyata keçirilib.

Proqramı tamamlayan hər bir iştirakçıya 7 DTT balı və sertifikat verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Dekabr 2024 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see409

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see395

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see296

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see285

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see261

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see253

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see238

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see228

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see143

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see137

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see129

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see127

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see123

Evdə Tək in aktyorlarını təsirli görüntüləri VİDEO

03 Dekabr 2025 00:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri