Icma.az
close
up
RU
“Orqan transplantasiyasında müasir dövrün çağırışları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib YENİLƏNİB VİDEO AZƏRTAC

“Orqan transplantasiyasında müasir dövrün çağırışları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib YENİLƏNİB VİDEO AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 10 dekabr, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə dekabrın 10-da Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş "Orqan transplantasiyasında müasir dövrün çağırışları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycanla yanaşı Türkiyədən dəvət olunan yüksəkixtisaslı mütəxəssislər tərəfindən təqdimatların edilməsi və mütəxəssislərarası təcrübə mübadiləsinin təmin edilməsi məqsədilə panel müzakirələr təşkil olunub.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, Əməkdar həkim Ceyhun Məmmədov, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, dosent İsmayıl Əfəndiyev, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, ürək-damar cərrahı, Əməkdar həkim Rəşad Mahmudov, Yeni Klinikanın direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri, cərrah transplantoloq Eldar Əhmədov, AMEA-nın müxbir üzvü, ATU-nun 1-ci Cərrahi xəstəliklər kafedrasının müdiri, professor, transplantoloq Nuru Bayramov, “MedEra Hospital”ın həkim infeksionisti Azər Nağıyev, Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri, professor Hikmət İbrahimli, “İstanbul Florence” Xəstəxanasının və Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı mütəxəssisləri iştirak ediblər.

Konfransda çıxış edən C.Məmmədov tədbirin dahi şəxsiyyət, görkəmli dövlət xadimi, böyük siyasətçi, Ulu Öndər Heydər Əliyevin anım gününə həsr edildiyini bildirib: “Ulu Öndərə həsr olunan tədbirlər zamanı hər dəfə ölkə səhiyyəsi üçün ən vacib və aktual olan mövzular seçilir. Bu gün də keçirdiyimiz tədbirin mövzusu - “Orqan transplantasiyasında müasir dövrün çağırışları” olduqca maraqlı və aktualdır.

Qeyd etmək istəyirəm ki, icbari tibbi sığortanın tətbiqi ilə orqan transplantasiyası işində yeni bir mərhələ açılıb və əldə edilən nailiyyətlərlə bərabər bir sıra problemlər də mövcuddur ki, onları belə bir formatda müzakirə etməyə çalışırıq”.

R.Mahmudov çıxışında hazırda Azərbaycanda səhiyyə sahəsində ciddi şəkildə islahatların keçirildiyinə diqqət çəkib: “Hər birimiz bunun yaxın iştirakçılarıyıq. Səhiyyə islahatları içərisində ən öncə səhiyyə infrastrukturunun gücləndirilməsi, yeni xəstəxanaların və tibb müəssisələrinin açılması, texnoloji imkanların müasir günün tələblərinə cavab verəcək səviyyəyə qaldırılması ilə yanaşı, həm də insan resurslarının daha təkmilləşdirilməsi yönündə ciddi şəkildə addımlar atılır. Məhz bu dönəmdə ölkəmizdə həyata keçirilən səhiyyə islahatlarında yer alan, həm də dövrün tələblərinə uyğun iqtisadi baxışın formalaşması, maddi imkanların artırılması, icbari tibbi sığortanın yaratmış olduğu fürsətlərlə yeni uğurlar qazanmaq üçün imkanlar yaranıb”.

“Florence Nightingale Healthcare International Group”un icraçı direktoru Sinan Nazif Aran Azərbaycanın səhiyyə sahəsində qazandığı uğurlardan danışıb. O bildirib ki, Azərbaycanda 2000-ci illərin əvvəllərində orqan transplantasiyana başlanması dövlət dəstəyi ilə mümkün olub. Bu sahədə Azərbaycanın səhiyyə işçilərinin fəaliyyətini yüksək qiymətləndirən icraçı direktor təmsil olunduğu “Florence Nightingale Healthcare International Group”u ilə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin əməkdaşlığından məmnun olduğunu söyləyib.

Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin cərrah-transplantoloqu Mircəlal Kazımi bildirib ki, orqan transplantasiyası öz fəaliyyətini dayandırmış, sıradan çıxmış və heç bir cərrahi və tibbi müalicəsi olmayan orqanın yeni orqanla əvəz olunmasıdır. M.Kazımi orqan donorlarından da danışıb: “Orqan transplantasiyası dünyada ötən əsrin ortalarından aktuallığını artırıb və bu günə qədər də inkişaf istiqamətində gedir. Bu gün səhiyyə sistemi inkişaf etmiş ölkələrdə, o cümlədən Azərbaycanda xroniki və kəskin qaraciyər, böyrək çatışmazlığından əziyyət çəkən xəstələr əməliyyat olunaraq öz sağlamlıqlarına qovuşurlar”.

“Azərbaycanda orqan transplantasiyasının təşkilində dünya təcrübəsinin tətbiqi”, “Qaraciyər transplantasiyası: təcrübə, çağırışlar və perspektivlər” və “Böyrək transplantasiyası: müasir yanaşmalar və gələcək imkanlar” mövzusunda üç paneldən ibarət beynəlxalq elmi konfransda “İstanbul Florence” Xəstəxanasının ümumi cərrahı Remzi Emiroğlu, M.Kazımi, Dövlət Təhlükəsizliyi Xidməti Hərbi Tibb Baş İdarəsi Elmi Təcrübə Mərkəzinin rəisi Rəşad Şolan, Mərkəzi Klinikanın Orqan və Toxumaların Transplantasiyası şöbəsinin ümumi cərrahı, transplantoloqu Tariyel Nadirov, Mərkəzi Gömrük Hospitalının Efferent Terapiya şöbəsinin rəisi, nefroloq Mirmənsim Məmmədov, “İstanbul Florence” Xəstəxanasının nefroloqu Ayşe Sinangil və Mərkəzi Gömrük Hospitalının infeksionisti Mədinə Abdullayeva müxtəlif mövzular ətrafında məruzələrlə çıxış ediblər.

Konfransın keçirilməsində məqsəd orqan transplantasiyası sahəsində müasir çağırışları, son tədqiqatların nəticələrini, o cümlədən inkişaf istiqamətlərini müzakirə etmək və yerli və beynəlxalq mütəxəssislərarası bilik və təcrübə mübadiləsini təmin etməkdir.

Konfrans panel müzakirələr və sual-cavab sessiyaları vasitəsilə interaktiv şəkildə həyata keçirilib.

Proqramı tamamlayan hər bir iştirakçıya 7 DTT balı və sertifikat verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Dekabr 2024 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri