Icma.az
close
up
RU
GDU da “Vətənin müdafiəsinə hazıram” adlı idman turnirinin açılışı olub

GDU da “Vətənin müdafiəsinə hazıram” adlı idman turnirinin açılışı olub

Icma.az, Azertag saytına istinadən bildirir.

Gəncə, 8 dekabr, Elcan Məmmədov. AZƏRTAC

Gəncə Dövlət Universitetində (GDU) “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Vətənin müdafiəsinə hazıram” adlı idman turnirinin açılışı olub.

Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin rəsmi hissəsində universitetin rektoru Yusif Yusibov çıxış edərək bildirib ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun şücaəti ilə əldə edilən böyük Qələbə dövlətimizin ərazi suverenliyini tam bərpa etməklə yanaşı, dayanıqlı inkişaf üçün möhkəm zəmin yaradıb. Şanlı Zəfərimiz sayəsində bu gün Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərimizdə əzəmətlə dalğalanır. Rektor dövlətimiz tərəfindən idmana və idmançılara göstərilən qayğıdan danışıb, eləcə də universitetin idman sahəsində əldə olunan uğurlarından bəhs edib. Bildirib ki, Gəncə Dövlət Universitetində idman yarışlarının keçirilməsi, xüsusən tələbələrin yerli və beynəlxalq yarışlarda mühüm nailiyyətlər qazanmaları gənc nəslin vətənpərvərlik ruhunu daha da yüksəldir.

Milli Məclisin deputatı, Gəncə Dövlət Universitetinin elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə çıxışında Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının əhəmiyyətindən və dövlətçiliyimizin hüquqi əsaslarının formalaşmasında Konstitusiyanın rolundan bəhs edib.

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elvin Quliyev gənc nəslin təlim-tərbiyəsində və idmana marağın artırılmasında belə yarışların əhəmiyyətindən bəhs edib.

GDU-nun İdman klubunun sədri Xaqani Umudov və Tələbə Gənclər Təşkilatının sədri İsrafil Abbasov dövlət gənclər siyasətində tələbələrin yeri və rolundan danışıblar.

Tədbirin davamında GDU-nun İdman klubunun idmançıları ayrı-ayrı idman növləri üzrə nümunəvi çıxışlar ediblər.

Bədii hissədə Pedaqoji fakültənin musiqi müəllimliyi ixtisasının tələbələri vətənpərvərliyə aid mahnılar oxuyublar.

Qeyd edək ki, Gəncə Dövlət Universitetinin İdman klubu, Azad Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə baş tutan idman turniri şahmat, voleybol, dama, futbol, stolüstü tennis və güllə atıcılığı üzrə keçirilir. İdman turniri bir ay davam edəcək.

-1 / 6

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Dekabr 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri