Gecə işləyən şəxslər mütləq bunları yeməlidir
Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsveç alimləri gecə növbəsində çalışan şəxslərdə ürək xəstəlikləri riskini azaltmağın sadə üsulunu üzə çıxarıblar. Uppsala Universitetinin mütəxəssisləri 220 mindən çox insanın məlumatlarını təhlil edərək qidalanma vərdişlərinin sağlamlığa təsirini araşdırıblar.
Demokrat.az xəbər verir ki "European Journal of Epidemiology" nəşrində dərc olunan tədqiqat nəticələrinə görə, rasionda lifli qidaların miqdarını artırmaqla ürəyin işemik xəstəliyi riskini minimuma endirmək mümkündür.
Gecə işi bədənin təbii bioloji saatını pozur və qan-damar sisteminə əlavə yük salır. 12 il davam edən müşahidələr göstərib ki, az lif istehlak edən gecə işçilərində ürək problemləri daha tez-tez yaranır. Müəyyən edilib ki, mütəmadi gecə növbəsində olanlar gün ərzində orta hesabla 19 qram, arabir gecə işləyənlər isə 15 qram lif qəbul etdikdə risk səviyyəsi nəzərəçarpacaq dərəcədə aşağı düşür. Hazırda böyüklər üçün ümumi tövsiyə olunan gündəlik norma isə 25 qramdır.
Tədqiqatçılar bu əlaqənin həyat tərzi və digər risk faktorlarından asılı olmayaraq qüvvədə qaldığını bildirirlər. Lifli qidaların bağırsaq mikroflorasına müsbət təsir etməsi və qandakı yağların səviyyəsini tənzimləməsi yuxu rejimi pozulan şəxslər üçün xüsusi əhəmiyyət kəsb edir. Alimlər gecə növbəsində çalışanlara rasionda tam taxıllı məhsulların, tərəvəzlərin, meyvələrin və paxlalı bitkilərin payını artırmağı məsləhət görürlər. Bu yanaşma fiziki aktivlik və zərərli vərdişlərdən imtina ilə birlikdə ürək sağlamlığını qorumaq üçün effektiv strategiya hesab olunur.
İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Bu şəxslər mütləq XURMA yeməlidir
16 Noyabr 2024 23:11
Bu şəxslər mütləq yumurta yeməlidir
16 Noyabr 2024 10:14
Bu şəxslər mütləq psixoloqa müraciət etməlidirlər
02 Fevral 2025 22:22
Bu şəxslər avokado və gül kələmini tez tez yeməlidir
12 Aprel 2025 23:38
Bakıda ticarət mərkəzində işləyən şəxslər oğurluq etdi
20 İyul 2026 16:55
Baxış sayı:178
Bu xəbər 26 Fevral 2026 01:29 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları