Icma.az
close
up
RU
Gecə klubunda dava salan şəxsə həbs cəzası verildi

Gecə klubunda dava salan şəxsə həbs cəzası verildi

Icma.az, Pravda.az saytına istinadən bildirir.

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Qafur Babalının (ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 2023-cü ildə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 53 ünvanında yerləşən “Palermo” gecə klubunda qeydə alınıb.

Belə ki, Qafur Babalı zərərçəkmiş Vüqar Tahirovun (ad, soyadı şərtidir) icarə əsasında işlətdiyi gecə klubuna şəxsiyyəti istintaqa məlum olmayan tanışları ilə birlikdə müştəri qismində gəlib. O, həmin klubda digər müştəri, əvvəllər tanımadığı zərərçəkmiş Ömər Yusifovun (ad, soyadı şərtidir) ona kofe içkisi gətirməsi tələbinə sonuncunun etiraz etməsini bəhanə edib. Sonra Qafur Ömərin ünvanına nalayiq ifadələr işlətməklə qəsdən əli ilə onun üz nahiyəsindən bir dəfə şillə vurub. Bu zaman Ömər klubun mətbəxinə gedib. Daha sonra Qafur onu yerə yıxaraq yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vurub.

Bundan başqa, təqsirləndirilən şəxs üzərində gəzdirdiyi bıçaqla klubdakı əşyaları yararsız hala salaraq ümumilikdə Vüqar Tahirovun 1800 manat dəyərində əmlakını qəsdən məhv etməklə qərəzli hərəkətləri ilə xuliqanlıq edib.

Nizami Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 2 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Qafur Babalı əvvəllər məhkumluq həyatı yaşayıb.

Kamal Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://pravda.az
archiveBu xəbər 12 May 2025 08:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski: İsveç Ukraynaya yeni müdafiə yardımı paketi ayırıb

06 İyul 2025 08:45see201

ABŞ da fəlakət olub ölənlərin sayı 40 ı ötdü

06 İyul 2025 05:24see124

Azərbaycanın ilk Xalq artisti

06 İyul 2025 00:20see121

Real ın oyunçusu: PSJ ilə yarımfinal əslində ÇL in finalıdır

06 İyul 2025 23:01see120

Niderland millisinin üzvü Braziliya klubundan ayrıla bilər

06 İyul 2025 17:50see119

Avropa çempionatı: Bir idmançımız qızıl, digəri isə...

06 İyul 2025 00:21see118

Tesla Optimus robotunun istehsalını dayandırdı SƏBƏB

06 İyul 2025 03:12see117

ECO Zirvə görüşü Qarabağda sülhün təmini və bölgəyə yeni həyatın qayıdışının təsdiqidir RƏY

05 İyul 2025 22:34see117

Dəniz sahilində ACINACAQLI VƏZİYYƏT: Vətəndaşların sağlamlığı təhlükədə

06 İyul 2025 19:51see116

İnsan beyni qocalıqda da böyüməyə davam edir...

06 İyul 2025 19:54see114

Həkimin təhlükəli xəstə barədə polisə məlumat vermək hüququ olacaq

06 İyul 2025 23:55see113

Beynəlxalq agentlik Azərbaycanda davamlı inkişaf proqnozlaşdırır

05 İyul 2025 23:55see113

Ukrayna kəşfiyyatı: Moskva Bakı ilə gərginlik fonunda Ermənistanda hərbi mövcudluğunu...

05 İyul 2025 20:01see113

Laçın Rayon Polis Söbəsindən əməliyyat: 300 ə yaxın çətənə bitkisi və silah sursat aşkarlandı

05 İyul 2025 19:50see113

Gəncədə qadın sürücü piyadanı vurdu

06 İyul 2025 23:03see112

Azərbaycan Ermənistan sülh sazişi üzrə müzakirələr başa çatdı Əmirbəyov detalları açıqladı

06 İyul 2025 09:42see112

Xameneidən 25 gündür xəbər YOXDUR

05 İyul 2025 20:27see111

Bu ərazilərə qar yağdı KONKRET

05 İyul 2025 21:19see111

Lavrov Braziliyada Araqçi ilə görüşüb İrana endirilən zərbələri pisləyib

06 İyul 2025 22:49see111

Qərbi Azərbaycan Xronikası İrəvan xanlığının Hindistanla böyük əlaqələri var idi

06 İyul 2025 01:03see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri