Gecə yemək yeyənlərin nəzərinə Bu xəstəliyə səbəb olur
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Reflüks xəstəliyi son illərdə getdikcə daha geniş yayılıb.
Milli.Az xəbər verir ki, türkiyəli həkim Mehmet Yalnız bildirib ki, hazırda hər 5 nəfərdən birində bu xəstəliyə rast gəlinir və bu vəziyyət birbaşa həyat tərzi ilə əlaqəlidir.
Qeyd edib ki, reflüksün artmasında siqaret istifadəsi, alkoqol qəbulu, qərb tipli qidalanma, piylənmə və çoxlu fast-food və qəlyanaltıların istehlakı mühüm rol oynayır. Mədə tutumundan artıq qidalanma zamanı mədədəki qida borusuna geri qayıdır və bu da qida borusunda yanma hissinə səbəb olur.
Onun sözlərinə görə, mədə ilə qida borusu arasında anatomik qapaq olmasa da, əzələlər və diafraqmanın yaratdığı qoruyucu sistem qapaq funksiyasını yerinə yetirir. Lakin zamanla bu sistem zəifləyə və reflüks qalıcı hal ala bilər.
Reflüksdan qorunmaq üçün xüsusilə axşam saatlarında diqqətli olmaq tövsiyə edilir. Bildirir ki, yatmazdan ən azı 3 saat əvvəl yemək və maye qəbulunu dayandırmaq lazımdır. Əgər buna baxmayaraq mədə turşusu qida borusuna qayıdırsa, yatağın baş hissəsini təxminən 45 dərəcə qaldırmaq reflüks şikayətlərini azalda bilər.
Mina Mikayılova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 14 Mart 2026 19:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















