Icma.az
close
up
RU
“Gecənin əfsanələri” Bakıda coşqu yaratdı Fotolar

“Gecənin əfsanələri” Bakıda coşqu yaratdı Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

İyulun 19-da Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, “Caspian Event Organisers” və Dənizkənarı Bulvar İdarəsi ilə birgə əməkdaşlıq çərçivəsində “Gecənin əfsanələri” (Legends of The Night) adlı yarış, kartinq çempionatının finalı və drift şou keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Dövlət Bayrağı Meydanında xüsusi hazırlanmış trasda 12 peşəkar pilot klassik dizaynla müasir texnologiyanı birləşdirən kompakt avtomobillərlə mübarizə aparıb. Yarış izləyicilərə parlaq və dinamik atmosfer bəxş edib. 25 dövrəlik gərgin mübarizənin yekununda birinci yerin sahibi Adil Axundov, ikinci yerin sahibi Fərid Quliyev, üçüncü yerin sahibi isə Elvin Xudaverdiyev olub.

Tədbir çərçivəsində 12-15 yaşlı pilotlar arasında kartinq üzrə çempionatın final mərhələsi də keçirilib.Bu unikal yarış “Baku City Karting” trekində 12–16 iyul tarixlərində təşkil edilən test yürüşləri ilə başlayıb və nəticədə 20 ən yaxşı gənc pilot seçilib. İyulun 18-də Dövlət Bayrağı Meydanında qurulan xüsusi trasda sərbəst yürüşlər və təsnifat mərhələsi keçirilib. Bu, gənc pilotlara real yarış atmosferini hiss etməyə imkan verib. Nəticədə 10 finalçı müəyyən olunub. İyulun 19-da keçirilən 15 dövrəlik final yarışı isə əsl avtomobil idmanı bayramına çevrilib. Gərgin və maraqlı mübarizədə qalib Teymur Rəhimov, ikinci və üçüncü yerləri isə müvafiq olaraq Rafiq Kazımlı və Ömər Şahmuradlı qazanıb. Bütün qaliblər kubok və xatirə hədiyyələri ilə təltif olunub.

Axşam proqramı çərçivəsində baş tutan drift-şou, avtomobil və motosikletlərlə ekstremal tryuklardan ibarət “Stunt Show”, eləcə də motosiklet şousu qonaqlara unudulmaz emosiyalar və adrenalin yaşadıb. Şounun əsas ulduzları dünya üzrə 20-dən çox rekordun sahibi olan britaniyalı avtokaskadyor Terri Qrant, Böyük Britaniyanın çoxqat fristayl çempionu, motokaskadyor Li Bauers və İrlandiyadan olan peşəkar drift pilotu Neyl Qan olub.



























Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 İyul 2025 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri