Icma.az
close
up
RU
Gecəyarı Putin xüsusi bəyanat verdi: “Türkiyə, Ərdoğandan...”

Gecəyarı Putin xüsusi bəyanat verdi: “Türkiyə, Ərdoğandan...”

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya prezidenti Vladimir Putin gecə media qarşısına çıxıb və xüsusi bəyanatla çıxış edib.
Turkustan.az Kremlin rəsmi saytına istinadən xəbər verir ki, Putin paradla bağlı fikirlərini dedikdən sonra Ukrayna mövzusunda xüsusi bəyanat verib.
Rusiya prezidenti deyib ki, paradda iştirak edən dövlət rəsmiləri ilə görüşlərdə Ukrayna münaqişəsinin həlli məsələsinə də toxunulub.

“Biz bütün qonaqlarımıza, dostlarımıza bu münaqişəyə son qoyulması üçün göstərdikləri səylərə görə minnətdarıq. Bu baxımdan bu mövzunun üzərində ayrıca dayanmağı zəruri hesab edirəm. Məlum olduğu kimi, Rusiya əvvəllər dəfələrlə atəşkəsin dayandırılması ilə bağlı təşəbbüslər irəli sürüb, lakin bu təşəbbüslər Ukrayna tərəfindən dəfələrlə sabotaj edilib ”, deyə Putin bildirib.

O vurğulayıb ki, ABŞ prezidentinin səyləri nəticəsində elan edilmiş 30 günlük enerji obyektlərinə hücumlara moratoriumun qoyulmasına Kiyev əməl etməyib:
“Rusiyanın təşəbbüsü ilə Pasxa atəşkəsi də Ukrayna qüvvələri tərəfindən təxminən 5 min dəfə pozulub. Buna baxmayaraq, Qələbə günü münasibəti ilə üçüncü dəfə atəşkəs elan etdik. Eyni zamanda, biz Qərbdəki həmkarlarımıza Qələbə günündə atəşkəslə bağlı səmimi şəkildə çatdırdıq ki, biz gələcəkdə bu atəşkəsin müddətinin uzadılması imkanını istisna etmirik. Və biz nə görürük? Kiyev hakimiyyəti atəşkəs təklifimizə israrla cavab vermədi. Üstəlik, bizim təklifimizi elan etdikdən sonra – bu mayın 5-də olmuşdu – Kiyev mayın 6-dan 7-dək irimiqyaslı hücumlara başladı.
Zərbədə 524 pilotsuz uçuş aparatı və bir sıra Qərb istehsalı olan raketlər iştirak etdi, 45 pilotsuz qayıqlardan da Qara dənizdə hücum üçün istifadə edildi.
Əslində, atəşkəsin elan olunduğu bu üç gün ərzində - 8, 9 və 10-da Kursk vilayətinə beş məqsədyönlü hücum cəhdi edilib. Bundan başqa, digər istiqamətlərdə daha 36 hücum təşkil edilib. Bütün bu hücumlar, o cümlədən Kursk və Belqorod vilayətlərində Rusiya Federasiyası ərazisinə soxulmaq cəhdləri dəf edilib. Üstəlik, hərbi ekspertlərimiz hesab edir ki, onların heç bir hərbi əhəmiyyəti olmayıb, sırf siyasi motivlərlə həyata keçirilib və düşmən çox böyük itki verib”.
Putin deyib ki, Kiyev hakimiyyəti nəinki atəşkəs təklifimizi rədd edib, həm də Moskvada bayram mərasimlərinə toplaşan dövlətlərin rəhbərlərini belə qorxutmağa çalışıb:

“Bir daha təkrar edirəm: biz dəfələrlə atəşkəs üçün addımlar təklif etmişik. Biz heç vaxt Ukrayna tərəfi ilə dialoqdan imtina etməmişik. Bir daha xatırladıram: 2022-ci ildə danışıqlardan imtina edən biz yox, Ukrayna tərəfi idi. Bununla əlaqədar, hər şeyə baxmayaraq, biz Kiyev hakimiyyətinə 2022-ci ilin sonunda birbaşa danışıqları bərpa etməyi təklif etdik. Üstəlik, heç bir ilkin şərt olmadan.

Biz gecikmədən mayın 15-də daha əvvəl keçirildiyi İstanbulda danışqları başlamağı təklif edirik. Məlum olduğu kimi, türkiyəli həmkarlar bu cür danışıqların təşkili üçün dəfələrlə təklif ediblər və onların təşkili üçün Türkiyə prezidenti Ərdoğan çox iş görüb. Nəzərinizə çatdırım ki, bu danışıqlar nəticəsində birgə sənəd layihəsi hazırlanıb və o, Kiyev danışıqlar qrupunun rəhbəri tərəfindən paraflanıb, lakin Qərbin təkidi ilə o, sadəcə olaraq zibil qutusuna atılıb”.
Rusiya prezidenti bildirib ki, mayın 11-də Ərdoğanla bu mövzuda danışıqlar aparacaq: “Mən ondan xahiş edərdim ki, Türkiyədə danışıqlar aparmaq üçün belə bir imkan yaratsın. Ümid edirəm ki, o, Ukraynada sülh axtarışına töhfə vermək istəyini təsdiq edəcək.
Biz Ukrayna ilə ciddi danışıqlara sadiqik. Biz istisna etmirik ki, bu danışıqlar zamanı bəzi yeni barışıqlar, yeni atəşkəs haqqında razılığa gəlmək mümkün olacaq. Üstəlik, təkcə Rusiyanın deyil, Ukrayna tərəfinin də əməl edəcəyi real atəşkəs, təkrar edirəm, uzunmüddətli, davamlı sülhə doğru ilk addım olardı.
Bizim təklifimiz, necə deyərlər, masanın üstündədir. Qərar indi öz xalqının mənafeyindən çox, öz şəxsi siyasi ambisiyalarını rəhbər tutaraq, Ukrayna millətçilərinin əli ilə Rusiya ilə müharibəni davam etdirmək istəyən Ukrayna hakimiyyəti və onların kuratorlarınındır. Yenə də deyirəm: Rusiya heç bir ilkin şərt olmadan danışıqlara hazırdır. Hazırda hərbi əməliyyatlar gedir, müharibə gedir və biz danışıqları bərpa etməyi təklif edirik. Həqiqətən sülh istəyənlər bunu dəstəkləməyə bilməz. Eyni zamanda, xarici tərəfdaşlarımız, yəni Çin, Braziliya, Afrika, Yaxın Şərq ölkələri və ən son Amerika Birləşmiş Ştatlarının yeni administrasiyası tərəfindən həyata keçirilən Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş vasitəçilik xidmətlərinə və səylərinə görə bir daha təşəkkürümü bildirmək istəyirəm”. (Musavat.com)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 11 May 2025 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri