Gecikmək olmaz: Türkiyənin qapısında yeni təhlükə Ağar yazır..
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Tarixi bir mərhələdəyik. Əli qanlı terror təşkilatı SDG/PKK Ayn əl-Ərəb və Qamışlı-Derik-Hasekeyə doğru geri çəkilib və bu bölgədə mövcudiyyətini möhkəmləndirib. Orada separatçı bir zona yaratmağa çalışır. Bütün bu səs-küy, etirazlar, alış-veriş, iştirakçı aktorlar, qavrayışlar, ağlaşmalar, istismarlar, təhdidlər, şantajlar və Semelka sərhədini keçmələr bu əraziləri əldə saxlamağa yönəlib.
Əgər bu danışıqlar, təsirlər və manipulyasiyalar uğurlu olarsa, SDG/PKK struktur bütövlüyünü qoruyaraq burada qalarsa və ya bu şəkildə Dəməşqə inteqrasiya olarsa, yaxud da ki, başqa bir ölkəyə köçürülərsə, bu ləğv deyil, yenidən yerləşdirmə əməliyyatı olacaq. Bu halda məsələ həll olunmaz, yalnız coğrafiya və təhdidin formatı dəyişəcək və zaman qazanılacaq. Silahını yerə qoymayan, ideoloji onurğasını dağıtmayan və idarəetmə zənciri qırılmamış bir struktur, harada olursa olsun, yeni problemlər yaradacaq. Bu gün Ayn əl-Ərəb, Amude, Qamışlı, Malikiyye, Derik, Derbesiye və Hasekedə gördüklərimiz sabah fərqli bir ad altında, fərqli bir kimliklə və fərqli bir uniformada önümüzə çıxacaq. Məsələn, Sincar, Mahmur, Kərkük, Kifri, Tuzxurmatu, Bərzan Vadisi, Süleymaniyyə, Asos, Qaranın dərinliklərində, yaxud da Dəməşqin mərkəzində, Aralıq dənizi sahil bölgəsində və sabah Türkiyədə.
Çünki SDG/PKK yalnız ərazini əlində saxlamaqda deyil, həm də məna, təsir, qorxu, legitimlik və gələcək yaratmaqda maraqlıdır. Dəməşqə inteqrasiya adı altında struktur bütövlüyün qorunması dövlətin daxilinə yerləşmiş, muxtar reflekslərə malik paralel silahlı quruluşun yaranması deməkdir. Başqa bir ölkəyə keçməsi isə böhranın ötürülməsi anlamına gələcək. Problem həll olunmayacaq, yalnız sərhədlər dəyişəcək.
Bu gün verilən qərar təkcə Türkiyənin deyil, həm də İraqın, Suriyanın və bütün regional tarazlığın təhlükəsizlik strukturunu formalaşdıracaq. Çünki bu məsələ sadəcə etnik kimliyin istismarı məsələsi deyil. Bu məsələ dövlətlə silahlı qrup arasında suverenlik sərhədinin haradan keçəcəyi məsələsidir. Ya silahlı qrup ləğv ediləcək, ya da dövlətlər silahlı qruplarla birlikdə yaşamağa məcbur olacaqlar. Tarix belə anlarda yazılır. Və gecikən hər bir qərar vəziyyəti daha da mürəkkəbləşdirir, bədəli artırır.
Müəllif: Bahçeşehir Universiteti Strateji Araşdırmalar Mərkəzi (BAU SAM) başqanı, terror və təhlükəsizlik məsələləri üzrə ekspert Abdullah Ağar
Tərcümə etdi: Gülnar Səlimova
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 25 Yanvar 2026 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















