Gədəbəydə məmura müəmmalı mükafat təqdim olundu VİDEO
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Azərbaycanda məmurun mükafatlandırılması mərasimi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər yayılıb.
Gədəbəydə məmura müəmmalı mükafat təqdim olundu - VİDEO
Videoda kimliyi açıqlanmayan şəxs "Azərbaycan Respublikasının Milli Məclisinin informasiya portalının direktoru Fəridə xanımın", həmçinin ölkə Prezidentinin adından Gədəbəy rayonunda Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan Mustafayevə "fəxri diplom" təqdim edir.
"Baxmayaraq ki, iki aydır direktor əvəzidir, rayonumuzda göstərdiyi fəaliyyətə və analoqu olmayan təmizlik işlərinə görə onu təbrik edirəm", - şəxs əlavə edir.
Videodan görünür ki, mərasimdə direktor əvəzi tək deyil, o, işçilərini də tədbirə dəvət edib. İşçilər Ruslan Mustafayevin mükafat almasını alqışlarla qarşılayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:213
Bu xəbər 02 Mart 2026 21:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















