Gələcək kral İtonda
Icma.az bildirir, Olay.az portalına istinadən.
Kral ailəsi 13 yaşlı Şahzadə Corcun təhsilinə rəsmi olaraq başladığı İton Kollecinin qarşısında çəkilmiş ilk rəsmi fotolarını yayımlayıb.
OLAY yazır ki, fotolarda Böyük Britaniyanın gələcək kralı İtonun ənənəvi formasında — qara frak, jilet və xırda zolaqlı şalvar, həmçinin sərt ağ yaxalıqla təsvir olunub. Bu forma kollecdə 1960-cı illərdən istifadə edilir.
İton Kolleci Böyük Britaniyanın ən məşhur və qədim özəl məktəblərindən biridir. Əsrlərdir ölkənin siyasi elitasının nümayəndələrini yetişdirir. Kollecin məzunları arasında Şahzadə Corcun atası və əmisi: Şahzadə Uilyam və Şahzadə Harri, həmçinin Şahzadə Diananın qardaşı Qraf Spenser də var.
Bu mövzuda digər xəbərlər:Gələcək çox tez gələcək
30 İyul 2025 17:03
Holokostun xatirəsi gələcək nəsillər üçün qorunmalıdır Kral
27 Yanvar 2025 23:37
Gələcək, bu peşələr ilə gələcək ARAŞDIRMA
21 Fevral 2025 13:17
Gün gələcək...
10 Yanvar 2025 01:41
“Gələcək artıq gəlib, gələcək bu gündür” Paşinyan
28 İyul 2025 11:56
Baxış sayı:62
Bu xəbər 09 Sentyabr 2026 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















