Icma.az
close
up
RU
Gələcək, bu peşələr ilə gələcək ARAŞDIRMA

Gələcək, bu peşələr ilə gələcək ARAŞDIRMA

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Texnologiya o qədər sürətlə yenilənir ki, əvvəl eşitmədiyimiz, görmədiyimiz yeni texnologiyalar və süni intellekt anlayışları ilə qarşılaşırıq, öyrənməyə çalışırıq, hələ öyrənmədən yeni texnoloji imkanlar barədə eşidirik. Biz bu texnologiya və yeniliklərlə tanış olub öyrəndiyimiz prosesdə bir çox peşə tarixə çevrilir. Bəs hansı peşəni öyrənməliyik ki, gələcəkdə işsiz və pulsuz qalmayaq?

Aktuar mütəxəssisi

Aktuar və ya aktuar mütəxəssisi kimi tanınan bu peşəyə yiyələnən insanlar, maliyyə risklərinin qiymətləndirilməsi, buna uyğun həllərin işlənib hazırlanması və bu istiqamətdə təkliflər verməklə uzunmüddətli perspektivdə yarana biləcək nəticələri təhlil edirlər. Bu qiymətləndirmələri edərkən o, ölüm, xəsarət, xəstəlik, əlillik və ya təqaüdəçıxma kimi hadisələri, həmçinin oğurluq, qəzalar, zəlzələ, daşqın və ya yanğın kimi fəlakətləri əhatə edən risk qiymətləndirməsini aparır. Risk təhlili nəticəsində maliyyə itkilərinin qarşısını almaq və ya minimuma endirmək üçün bəzi addımlar təqdim edir.

Epidemioloq

Epidemioloqlar cəmiyyətdə baş verə biləcək xəstəliklərin, eləcə də bununla bağlı sağlamlıq vəziyyətinin və bədbəxt hadisələrin əvvəlindən axıra qədər araşdırma prosesini həyata keçirən şəxslərdir. Araşdırma zamanı hadisənin başvermə tezliyi, yeri və forması kimi bir çox kriteriyalardan istifadə edərək təhlil edirlər. Bu təhlil nəticəsində əldə edilən məlumatlar işığında onlar yeni tədbirlərin görülməsinə və yol xəritəsinin yaradılmasına öz töhfələrini verirlər. Xüsusilə, Covid-19 pandemiyasından sonra bu peşə sahiblərinə ehtiyac çoxaldı.

Mobil tətbiq və oyun tərtibatçı

Bu peşə qrupunda olan insanları həyatımızda daha tez-tez görürük, lakin onların daha çox görəcəyimiz olduğunu etiraf etməliyik. Mobil proqram və ya oyun tərtibatçıları, alış-verişdən oyuna, təhlükəsizlikdən bank əməliyyatlarına, sağlamlıqdan musiqi dinləməyə qədər bir çox fərqli sahədə xidmət göstərirlər.

Maliyyə meneceri

Maliyyə menecerləri, maliyyə əməliyyatlarının hazırlanması və idarə edilməsi proseslərinin ekspertidir. Şirkət və ya qurumun maliyyə proseslərini idarə edən işçi şirkət üçün böyük əhəmiyyət kəsb edir. Gələcəkdə maliyyə sektorunun daha da böyüyəcəyini nəzərə alsaq, maliyyə menecerlərinə tələbatın daha da çoxalacağını deyə bilərik.

Sənaye məlumatı mütəxəssisi

Sənaye məlumatlarının toplanmasına və bu məlumatların fonunda təhlillərin aparılmasına imkan verən, istehsal proseslərini daha dəqiq və ixtisaslı idarə edən şəxslərdir. Xüsusilə, onlayn alış-verişin artması səbəbindən gələcəyin məşhur peşələri arasında olacaqlar.

Robot koordinasiya mütəxəssisi

Bu gün istehsal proseslərində robotlardan istifadə edilir və robotlardan istifadə günü-gündən artır. Ona görə də robotlar bizim yeni peşələrlə tanış olmağımıza səbəb olacaq. Gələcəyin ən populyar peşələrindən biri robot koordinasiya mütəxəssisidir. Bu mütəxəssislər robotların effektiv işləməsi, eləcə də təmir və texniki xidmət prinsiplərini nəzərdən keçirirlər.

İOT mütəxəssisi

Əşyaların interneti kimi tanınan anlayışdan xəbəriniz varmı? İOT kimi qısaldılmış bu konsepsiya ətrafımızda olan, demək olar ki, hər şeyin internetə qoşulduğuna işarə edir. Başqa sözlə, ağıllı binalardakı kondisionerlər, siqnalizasiya sistemləri, təhlükəsizlik kameraları və bir çox başqa şeylər əşyaların interneti üçün başlanğıc mərhələlərdir. Yaxın gələcəkdə biz internet bağlantısı vasitəsilə bütün elektron cihazları, hətta uzaqdan da idarə edə biləcəyik. Ona görə də bu sahədə işləmək üçün təlim keçmiş kadrlara ehtiyac yaranacaq.

Məlumat detektivi

Məlumat detektivləri, əşyaların interneti və internet şəbəkələri adlanan texnologiyadan əldə edilən məlumatları təhlil edərək müvafiq şəxs və ya qurumlara ötürəcək. Müxtəlif şirkətlər bu texnologiyadan bazarı düzgün təhlil etmək üçün istifadə edir və ona məhsul və ya xidmətlərin satışına xeyli vaxt və pul sərf edirlər. Amma data detektivi vaxta və pula qənaət edə bildiyi üçün bu peşənin gələcəyin peşələri arasında olacağını deyə bilərik.

Məlumat təhlükəsizliyi mütəxəssisi

Valideynlər, həm özlərini, həm də uşaqlarını internet və texnologiyanın arzuolunmaz nəticələrindən qorumaq üçün gələcəkdə daha çox səy göstərəcəklər. Yaxın gələcəkdə kiberhücum terminini daha tez-tez eşidəcəyimizə inanılır. Bu cür hücumlara qarşı qabaqlayıcı iş aparmaq, vacib məlumatları gizlətmək və ya lazım gəldikdə onu aradan qaldırmaq məlumat təhlükəsizliyi üzrə mütəxəssislərin işi olacaq.

Ağıllı şəhər eksperti

Ağıllı şəhərlər, kəndlər, eləcə də ağıllı evlər həyatımızın mərkəzinə çevrilmək üzrədir. Gələcəkdə bu şəhərlərin sayı milyonlarla ölçülən sensorlar (qəbuledicilər) ilə təchiz ediləcəyi gözlənilir. Bu sensorlar elektrik, internet, su, təbii qaz və tullantı kimi bir çox prosesdə istifadə olunacaq. Buna görə də vizual intellekt baxımından şanslı olan ağıllı şəhər mütəxəssislərinin üzərinə mümkün nasazlıqlarda böyük vəzifə düşəcək.

Süni intellekt mütəxəssisi

Yaxın gələcəkdə bir çox fərqli yerdə, xüsusilə sağlamlıq, texnologiya və istehsal kimi sahələrdə süni intellektin nemətlərindən faydalanmağa başlayacağıq. Müvafiq olaraq, süni intellekt sahəsində mütəxəssislərə ehtiyac duyulacaq. Süni intellekt təcrübəsi süni intellekt texnologiyaları və tətbiqlərində dərin bilik və bacarıq tələb edir. Süni intellekt üzrə ekspertlər süni intellekt alqoritmlərinin inkişafı, təlim modellərinin hazırlanması və tətbiqi kimi proseslərdə ekspertlərdir. Bu mütəxəssislər müxtəlif məlumat mənbələrindən məlumatları təhlil edə, nümunələri kəşf edə və öyrənmə üsullarından istifadə edərək mürəkkəb problemlərin həlli yollarını tapa bilərlər. Süni intellekt mütəxəssisləri süni intellekt texnologiyalarından, avtomatlaşdırma, görüntü və səsin tanınması, proqnozlaşdırıcı analiz kimi bir çox müxtəlif sahələrdə istifadə edə bilərlər.

İqlim və ekologiya mühəndisi

Müxtəlif amillərə görə iqlim fəlakətləri, daşqınlar, quraqlıqlar və meşə yanğınları səbəbindən iqlimi analiz elminə ehtiyac artır. Hava və iqlimləri araşdıran və buna uyğun həll yolları istehsal edən iqlim elminin əhəmiyyəti bu cür fəlakətlərlə yaxşı başa düşülməyə başladı. Bu hidrometerologiya deyil, daha dərin araşdırma tələb edən elmdir. Buna görə də, hava nəzarəti mühəndisliyi yeni dövrün ən populyar peşələri, başqa sözlə, gələcəyin peşələri arasında artıq öz yerini tutub. Qlobal istiləşmənin mənfi təsirlərini aradan qaldırmaq və ya yumşaltmaq üçün bütün bəşəriyyətin hava-iqlim nəzarəti mühəndislərinə ehtiyacı olacaq. Eyni zamanda dünya əhalisinin sürətlə artması, təsirini günü-gündən artıran qlobal istiləşmə, yaşayış yerlərinin azalması və ya məhv olması, su ehtiyatlarına çıxış imkanları sürətlə artdıqca ekologiya mütəxəssislərinə ehtiyacın artacağını söyləmək mümkündür. Bu gün ekologiya üzrə mütəxəssislərin sayının çox az olduğunu nəzərə alsaq, deyə bilərik ki, bu sahəni seçib özünü inkişaf etdirənlərin qarşıdakı illərdə çox mühüm işlərdə işləmək potensialı var.

Biometrik üzoxuma mütəxəssisi

Müasir dünyada insanın yalnız jest və mimikalarına diqqət yetirməklə, üz hərəkətlərini araşdıraraq bu barədə məlumat əldə etmək mümkündür. Bəzən hətta onların xarakteri və oriyentasiyası haqqında fikir verə bilər. “Antroface” kimi tanınan biometrik üz oxunması və identifikasiyası təhlükəsizlik orqanları, psixoloqlar, psixiatrlar və işə götürənlər tərəfindən istifadə olunur. Üztanıma ilə maraqlananlar üçün ən gözəl peşələr arasında yer alan biometrik üzoxuma sahəsi maraqlı ola bilər. Yaxın vaxtlarda bu sahədə özünü inkişaf etdirmiş mütəxəssislərə tələbat olacağını söyləmək mümkündür.

Mexatronika mühəndisi

İstər indiki, istərsə də gələcək peşələr arasında birinci yerdə olan bu mexatronika mühəndisliyi maşınqayırma və elektron mühəndisliyin birləşməsi kimi qəbul edilsə də, çoxşaxəli bir sahə kimi qəbul edilməlidir. Çünki maşınqayırma, elektrik və elektron mühəndislik, kompüter mühəndisliyi, mühəndislik və bəziləri sənaye mühəndisliyi sahəsinə daxil olan işləri görə bilirlər. Mexatronika mühəndisləri olanlar avtomobil, robot istehsalı və aviasiya da daxil olmaqla geniş sahələrdə iş tapa bilərlər. Üstəlik, bütün dünyada ehtiyac duyulan bir peşə olduğu üçün istədikləri yerdə iş tapmaq şansı da var.

Metaverse peşələri

İnanılmaz sürətlə inkişaf edən texnologiyanın ən yeni sahələrindən biri kimi ortaya çıxan “Metaverse” (uydurma kainat) anlayışı peşələrə də təsir göstərməyə və dəyişdirməyə başladı. Mütəxəssislərin fikrincə, 2030-cu ilə qədər metaverse ilə əlaqəli onlarla biznes istiqamətləri və peşələr meydana çıxacaq. Yeni dövrün ən populyar peşələri arasında metaverse tədqiqatçısı, planneri, ekosistem tərtibatçısı, kiber təhlükəsizlik mütəxəssisi, metaverse təlimçisi sahələri var.

Lalə Mehralı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Fevral 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? VİDEO

18 İyun 2026 21:52see245

Kənd təsərrüfatında 2030 cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

19 İyun 2026 00:47see230

Arıqlamaq istəyənlər üçün daha bir təbii yol

19 İyun 2026 02:10see215

Bakı Forumu: Azərbaycan qlobal iqtisadi platformada rolunu gücləndirir

20 İyun 2026 09:01see205

"Temu"dan gələn bağlamaları kim açır? Gömrük Komitəsindən AÇIQLAMA

19 İyun 2026 16:34see203

Zəngli saatın kənarında: təravətli və stresssiz oyanmağın ən yaxşı yolları

18 İyun 2026 19:54see201

“Bir də birdən oyan, görüşə bilək...” Video

19 İyun 2026 00:25see195

Nyu Yorkun məşhur meydanında atəş açıldı Anbaan video

19 İyun 2026 02:12see179

Kəlbəcərdə kişi tüfənglə özünü yaraladı

19 İyun 2026 23:58see179

Bu ölkədə uşaqlara ikiqat soyadları verilə bilər

19 İyun 2026 02:35see176

Jurnalist atasının ölümü ilə bağlı məlumata görə Messidən üzr istəyib

19 İyun 2026 06:06see173

Kanye Uestin qızı ilk konsert turuna çıxır…

18 İyun 2026 21:07see172

Ürək üçün ən faydalı meyvələr

19 İyun 2026 23:25see172

19 iyunun qoroskopu Onlar üçün əlamətdar gündür

19 İyun 2026 00:03see164

Quranda Məhərrəm ayında toy etməklə bağlı qadağa yoxdur İlahiyyatçı

18 İyun 2026 21:03see163

Tottenhem 25 yaşlı futbolçunu transfer etdi RƏSMİ

19 İyun 2026 01:07see161

İranla danışıqlar yenidən canlanır Trampın nümayəndələri İsveçrəyə getdi

20 İyun 2026 03:30see161

Alleqri “Napoli”yə gedir 3 illik müqavilə imzalanacaq

19 İyun 2026 02:17see160

2030 cu il Olimpiya Oyunlarının loqotipi təqdim olunub FOTO

19 İyun 2026 02:11see160

Nyu Yorkda atışma baş verib, bir nəfər saxlanılıb

19 İyun 2026 03:37see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri