Icma.az
close
up
RU
Gələcək Zəfərə aparan yol

Gələcək Zəfərə aparan yol

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xalqımızın çoxəsrlik dövlətçilik tarixində 15 İyun Milli Qurtuluş Günü təkcə siyasi hakimiyyət dəyişikliyini deyil, respublikamızın məhv olmaq təhlükəsindən xilas edilməsini və gələcək inkişafının möhkəm təməl üzərində qurulmasını ifadə edir.

1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan son dərəcə mürəkkəb və ziddiyyətli geosiyasi şəraitdə fəaliyyət göstərməyə başlamışdı. Sovet İttifaqının çökməsi nəticəsində yaranmış iqtisadi böhran, idarəetmə sisteminin dağılması, Ermənistanın hərbi təcavüzü və daxili siyasi çəkişmələr ölkəni ağır vəziyyətə salmışdı.

O dövrdə dövlət strukturlarının zəifliyi, hakimiyyət uğrunda mübarizə, sosial-iqtisadi tənəzzül və cəbhədə uğursuzluqlar ölkədə ciddi narazılıq yaratmışdı. Bir tərəfdən torpaqlarımız işğal olunur, digər tərəfdən isə respublika daxilində sabitlik pozulurdu. Dövlət idarəçiliyi iflic vəziyyətinə düşmüş, müxtəlif bölgələrdə qanunsuz silahlı birləşmələr müxtəlif bölgələrdə hökmranlıq etməyə başlamışdı.

1993-cü ilin ortalarında vəziyyət daha acınacaqlı həddə çatdı. Gəncədə baş vermiş hadisələrin doğurduğu siyasi böhran ölkədə vətəndaş qarşıdurması təhlükəsini artırdı. Azərbaycan, demək olar ki, dövlət müstəqilliyini itirmək və parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz belə bir taleyüklü məqamda xalqın nəzərləri Naxçıvanda yaşayan, zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyevə yönəldi.

Azərbaycan xalqının təkidli tələbi ilə Heydər Əliyev 1993-cü ilin iyun ayında Bakıya dəvət olundu. İyunun 15-də dahi liderin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi isə ölkənin siyasi həyatında dönüş nöqtəsi oldu. Bu hadisə təsadüfi deyildi. Xalq yaranmış mürəkkəb vəziyyətdən çıxış yolunu yalnız güclü siyasi iradəyə, zəngin idarəçilik təcrübəsinə malik və milli maraqları hər şeydən üstün tutan lider şəxsiyyətin rəhbərliyi ilə fəaliyyətdə görürdü.

Beləliklə, “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.

Bununla da Azərbaycanda uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. “Olum, ya ölüm” dilemması qarşısında qalmış ölkə Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli dövlətə çevrildi. 1993-cü il oktyabrın 3-də Ulu öndər xalqımızın böyük əksəriyyəti tərəfindən Prezident seçildi.

Dahi şəxsiyyəti hakimiyyətə qayıdışından sonra ölkədə, ilk növbədə, ictimai-siyasi sabitliyin təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirildi. Qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsi, dövlət hakimiyyəti institutlarının fəaliyyətinin bərpası və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atıldı. Qısa müddət ərzində respublikada vətəndaş qarşıdurması aradan qaldırıldı. Dövlət idarəçiliyində vahid sistem formalaşdırıldı. Azərbaycanın müxtəlif bölgələrində müşahidə olunan separatizm meyillərinə sədd çəkildi və milli birlik möhkəmləndirildi.

Sonrakı iqtisadi, sosial və beynəlxalq uğurların təməlində bu sabitlik önəmli rol oynadı. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, əgər 1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, Azərbaycan bu gün müstəqil dövlət kimi mövcud olmaya bilərdi. Bu fikir Milli Qurtuluşun əsl mahiyyətini və tarixi əhəmiyyətini aydın şəkildə ifadə edir.

Milli Qurtuluşdan sonra qarşıda duran əsas vəzifələrdən biri iqtisadi tənəzzülün qarşısını almaq idi. Çünki ölkənin maliyyə imkanları məhdud idi, istehsal sahələri iflic vəziyyətinə düşmüşdü. Ulu öndərin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən iqtisadi strategiya qısa müddətdə öz nəticələrini verməyə başladı. 1994-cü il sentyabrın 20-də dünyanın aparıcı enerji şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın müasir iqtisadi inkişaf tarixində yeni mərhələ açdı.

Bu müqavilə ölkəyə milyardlarla dollar xarici investisiyanın cəlb olunmasına şərait yaratdı. Sonrakı dövrdə Bakı–Tbilisi–Ceyhan neft, Bakı–Tbilisi–Ərzurum qaz kəmərləri və digər strateji enerji layihələri Azərbaycanın beynəlxalq iqtisadi mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi. Beləliklə, Milli Qurtuluş yalnız siyasi sabitlik deyildi, həm də iqtisadi müstəqillik və tərəqqi üçün möhkəm təməlin yaradılması demək idi.

1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlət quruculuğunun əsasını formalaşdırdı. Məhkəmə-hüquq sistemi yenidən quruldu, demokratik institutların inkişafı üçün hüquqi baza yaradıldı, insan hüquq və azadlıqlarının qorunması istiqamətində mühüm addımlar atıldı.

Milli Qurtuluş Azərbaycanın beynəlxalq münasibətlər sistemində də mövqelərinin güclənməsinə yol açdı. Balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət nəticəsində ölkəmiz qısa müddətdə regionun aparıcı dövlətlərindən biri oldu. Beynəlxalq təşkilatlarda fəal iştirak etməyə başladı, dünyanın aparıcı dövlətləri ilə strateji tərəfdaşlıq münasibətləri qurdu. Azərbaycan enerji təhlükəsizliyi, nəqliyyat-logistika layihələri və regional əməkdaşlıq sahələrində mühüm aktora çevrildi.

Bu gün ölkəmizin Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat qovşaqlarından biri olması, beynəlxalq enerji təhlükəsizliyinə mühüm töhfələr verməsi və qlobal təşəbbüslərin fəal iştirakçısı kimi tanınması da məhz həmin dövrdə müəyyənləşdirilən strateji kursun nəticəsidir.

Milli Qurtuluşun yaratdığı güclü dövlətçilik modeli özünün ən parlaq təzahürünü 2020-ci ildə göstərdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı möhtəşəm Zəfər ölkəmizin müasir tarixinin ən şanlı səhifəsinə çevrildi. 44 günlük Vətən müharibəsi nəticəsində işğal altındakı torpaqlarımız azad edildi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bununla da xalqımızın onilliklər ərzində həsrətini çəkdiyi tarixi ədalət təmin edildi. Bu möhtəşəm Qələbənin əsasında güclü iqtisadiyyat, müasir ordu, milli birlik və siyasi sabitlik dayanırdı. Bütün bunların təməli isə 1993-cü ildə başlanan Milli Qurtuluş prosesində qoyulmuşdu.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən misilsiz bərpa-quruculuq işləri Azərbaycanın inkişaf tarixində yeni mərhələ açır. Azad edilmiş ərazilərdə “ağıllı” şəhər və kənd layihələri həyata keçirilir, geniş infrastruktur qurulur. Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması Azərbaycan dövlətinin gücünün və sosial siyasətinin humanist mahiyyətindən soraq verir. Bu genişmiqyaslı quruculuq prosesinin ideoloji əsaslarını da Milli Qurtuluş fəlsəfəsi təşkil edir. Çünki güclü dövlət, milli həmrəylik və strateji inkişaf xətti olmadan belə böyük layihələrin həyata keçirilməsi mümkün olmazdı.

Bu gün Azərbaycan tarixinin ən qüdrətli mərhələlərindən birini yaşayır. Ölkəmiz regionun siyasi, iqtisadi və hərbi cəhətdən güclü dövlətlərindən biri kimi tanınır. Qlobal təşəbbüslərin müəllifi kimi çıxış edir, beynəlxalq nüfuzu davamlı şəkildə artır. Bütün bu uğurların əsasında məhz 1993-cü ilin 15 iyununda başlanan qurtuluş missiyası dayanır. Bu isə Milli Qurtuluş Gününün Azərbaycan xalqının öz dövlətinə sahib çıxması, milli birliyinin və siyasi müdrikliyinin təntənəsi kimi dəyərləndirməyə əsas verir.

Beləliklə, 15 İyun təkcə tarix deyil, həm də Azərbaycanın dövlətçilik iradəsinin, müstəqilliyə sadiqliyinin, milli həmrəyliyinin və gələcəyə inamının rəmzidir. Xalqımız bu təqvimi qürurla qeyd edir, çünki yaxşı bilir ki, müasir Azərbaycanın uğur salnaməsinin başlanğıc nöqtəsi məhz Milli Qurtuluş Günüdür.

Bu gün Qurtuluşdan doğan inkişaf yolu Azərbaycanı yeni hədəflərə aparır. Dövlətimizin gücü, xalqımızın birliyi və milli maraqlara əsaslanan siyasət sayəsində ölkəmiz qarşıdakı illərdə də yeni uğurlara imza atacaq, müstəqilliyini və suverenliyini daha da möhkəmləndirəcək.

Hidayət HEYDƏROV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, iş adamı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 İyun 2026 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüsal Aslanovun müşaviri AZCON un layihə rəhbəri təyin edilib

12 İyun 2026 15:07see349

Günəşdən qoruyucu krem əvəzinə bundan istifadə olunur

12 İyun 2026 04:27see248

Bu rayonda 122 hektarda aqropark yaradılacaq AÇIQLAMA

12 İyun 2026 04:07see233

Karapetyanın bloku Ermənistanda seçkilərin nəticələrinin ləğv edilməsini tələb edir

12 İyun 2026 12:13see231

Messi yenidən DÇ nin qalibi olmaq şanslarını dəyərləndirdi

12 İyun 2026 12:17see205

Fransa 2027 ci il prezident seçkiləri öncəsi xarici müdaxilələrə qarşı tədbirləri açıqlayıb

12 İyun 2026 12:17see195

Evdə pişik saxlamaq uşaqlarda astmanı ağırlaşdırmır ARAŞDIRMA

12 İyun 2026 03:47see193

“Qeyri neft ixracı 8,1% artaraq 3,6 milyard dollara çatıb”

12 İyun 2026 12:16see183

DURSUN HƏSƏNOV QƏFİL VƏFAT EDİB: Tanınmış şəxsin qardaşıdır FOTO

12 İyun 2026 15:55see181

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir ŞOK

13 İyun 2026 02:47see177

Meksika tribunasından gələn səs izləyiciləri bezdirdi: Səbəb bu imiş

12 İyun 2026 03:49see177

Elvin Cəfərquliyev üçün Qarabağ klubuna rəsmi təklif gəlməyib

12 İyun 2026 12:15see177

Media: Gələn həftənin əvvəlində ABŞ və İran arasında anlaşma memorandumu imzalanacaq

12 İyun 2026 04:13see169

Emiliano Martines dünya çempionatında Argentinaya kömək edə biləcək

12 İyun 2026 12:17see167

Aygün Kazımova məzunlarla bir arada Geyimi gündəm oldu

13 İyun 2026 11:00see166

Naxçıvan Dövlət Filarmoniyasının kollektivi Türkiyədə səfərdə olub

12 İyun 2026 03:47see166

Qarabağ Bakıda hazırlığını davam etdirir

13 İyun 2026 02:46see154

Bakı Dövlət Universiteti ilə vidalaşacaq məzunların sayı AÇIQLANDI

12 İyun 2026 20:54see153

İbrahimoviç DÇ 2026 da azarkeşlik etdiyi komandanın adını dedi Mənim köküm o ölkədəndir

13 İyun 2026 14:02see151

Paşinyanın qələbəsindən sonra: Siyasi eyforiya və təzyiqlər

12 İyun 2026 12:16see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri