Gələcəyin kursantları ilə görüşlər davam etdirilir FOTO
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Daxili İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Şamaxı, İsmayıllı, Qəbələ, eləcə də Qobustan rayonlarında yerləşən orta məktəblərin IX–XI sinif şagirdləri ilə görüşlər keçirilib.
DİN-in Mətbuat Xidmətindən Redaktor.az-a verilən məlumata görə, tədbirlərdə iştirakçılara Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Daxili Qoşunların Hərbi İnstitutunda təhsil imkanları, tədris prosesləri və daxili işlər orqanlarında xidmətin üstünlükləri haqqında ətraflı məlumat verilib.
Həmçinin məktəblilərə təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı videoçarxlar nümayiş etdirilib və məlumatlandırıcı bukletlər təqdim olunub.
Görüşlərin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 26 Oktyabr 2026 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















