Icma.az
close
up
RU
“Gələcəyini seç narkomaniyaya yox de!”

“Gələcəyini seç narkomaniyaya yox de!”

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 11 iyun, AZƏRTAC

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2025-ci il üçün iş planına və dövlət proqramına uyğun olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM) tərəfindən iyunun 11-də “Gələcəyini seç-narkomaniyaya yox de!” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, tədbirin əsas məqsədi narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizədə maarifləndirmə işlərinin səmərəliliyinin artırılması, məktəblilərdə antinarkotik dünyagörüşünün və narkomanlığın fəsadları barədə anlayışların formalaşdırılması, sağlam həyat tərzinin təbliği, azyaşlılar arasında zərərli vərdişlərə meyilliyin azaldılması istiqamətində məktəbdənkənar təhsil müəssisələrində təlim-tərbiyə işlərinin təkmilləşdirilməsi, dövlət qurumları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən ibarətdir.

RUGİM-in, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələrinin təmsil olunduğu tədbirdə 150-yə yaxın metodist, dərnək rəhbəri və üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan mərkəzin direktor müavini Dilarə Hacıyeva Elm və Təhsil Nazirliyinin tədbirlər planına uyğun olaraq gənc nəslin zərərli vərdişlərdən qorunması istiqamətində RUGİM-in pedaqoji heyəti tərəfindən keçirilən xüsusi dərsləri, ardıcıl maarifləndirmə tədbirlərini və dərnək rəhbərləri üçün tərtib olunmuş metodiki tövsiyələri qeyd edərək bu sahədə maarifləndirmənin genişləndirilməsinin vacibliyini vurğulayıb. Daha sonra çıxış edən mərkəzin direktor müavini Lalə Dadaşova məktəblilərin asudə vaxtlarının səmərəli təşkili və zərərli vərdişlərdən uzaqlaşdırılması məqsədilə təlim-tərbiyə işlərində innovativ təlim metodlarının tətbiqinin, bu sahədə valideynlər, müəllimlərin, məktəb psixoloqlarının və dərnək rəhbərlərinin birgə fəaliyyətinin əhəmiyyətini qeyd edib.

Azərbaycan Respublikası İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşı İlahə Əfqanlı, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin sektor müdiri Elşən Qəhrəmanov, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Təlim resurs şöbəsinin müdir müavini Pərvin Quliyeva çıxış edərək narkotiklərin, psixotrop maddələrin və onların prekursorlarının insan sağlamlığına mənfi təsiri barədə uşaq və gənclərin məlumatlandırılmasının əhəmiyyətinin vacibliyini qeyd ediblər.

RUGİM-in mütəxəssisi Fərid Seyfullayev tərəfindən mövzuya uyğun təqdimat nümayiş etdirilib. Dərnək rəhbərlərinin və üzvlərinin iştirakı ilə mövzu ətrafında interaktiv müzakirələr aparılıb, suallar cavablandırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see411

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see294

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see286

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see282

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see280

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see279

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see276

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see271

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see268

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see266

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see251

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see248

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see244

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see243

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see243

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see243

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see243

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see241

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see241

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see241
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri