Gələn il əhalinin özünüməşğulluğuna bu qədər vəsait ayrılacaq KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Gələn il əhalinin özünüməşğulluğunun təmin olunması üçün 77,0 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır.
KONKRET.az xəbər verir ki, bu “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Bildirilib ki, bu vəsait hesabına 2026-cı il üzrə təsdiq edilmiş kvotaya uyğun peşəkar təlimlərin təşkili və həmin kvotaya uyğun əmlak paylanmasının həyata keçirilməsi nəzərdə tutulub.
Xüsusilə, özünüməşğulluq tədbirlərindən faydalanan şəxslərin təsərrüfatlarının davamlı inkişafı üçün “Baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqqının məbləği” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 178 saylı Qərarına uyğun olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə müqavilə imzalanıb. Bu müqavilə çərçivəsində heyvanlara göstərilən baytarlıq xidmətləri təmin edilərək onların sağlamlığının qorunması hədəflənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 23 Oktyabr 2025 20:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















