Icma.az
close
up
RU
Gələn il pensiyalar nə qədər artırıla bilər?

Gələn il pensiyalar nə qədər artırıla bilər?

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2025-ci ilin sonuna doğru yaxınlaşdıqca ictimaiyyəti maraqlandıran məsələlərdən biri də qarşıdakı ildə gözlənilən pensiya artımıdır. Artıq bu istiqamətdə rəsmi proqnoz da elan edilib. Bəs, 2026-cı ildə əmək pensiyaları nə qədər artırıla bilər?

Əvvəlcə ondan başlayaq ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək pensiyalarının 2026-cı il üzrə indeksasiyasının təqribən 9,2 faiz  səviyyəsində proqnozlaşdırıldığını bildirib. Bu isə 2026-cı ildə əmək pensiyalarının bu qədər artırılacağının gözlənildiyi deməkdir. 

Xatırladaq edək ki, hər ilin əvvəlində bütün növ əmək pensiyaları əvvəlki il üzrə orta aylıq əməkhaqqının illik artımına uyğun indeksləşdirilir. Proses hər ilin 1 yanvar tarixinə ondan əvvəlki il üzrə muzdla çalışanların orta aylıq əməkhaqqının rəsmi statistikaya görə illik artımına uyğun olaraq həyata keçirilir. Yəni, əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqı nə qədər artıbsa, pensiyalar da buna müvafiq olaraq artırılır. Ölkə başçısının bu barədə müvafiq sərəncamı ilə qeyd edilənlərin reallaşdırılmasına başlanılır.

Bu baxımdan il başa çatmasa da, Dövlət Statistika Komitəsinin məlumatına görə, muzdla çalışanların orta aylıq əməkhaqlarındakı artım yanvar-sentyabr aylarında artıq 9,5 faizə çatıb. Göründüyü kimi, bu göstərici proqnozu az da olsa üstələyir. Lakin bu göstəricinin ilin sonuna qədər sabit qalacağı və ya daha da artacağı məlum deyil. Söhbət ondan gedir ki, yanvar-avqust ayları üzrə sözügedən göstərici bundan daha yüksək - 9,7 faiz olmuşdu. 

Hər bir halda istər əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin elan etdiyi proqnoz, istərsə də faktiki göstərici 2026-cı ildə əmək pensiyalarının 9 faizdən az olmayaraq indeksləşdirilərək artırılacağını göstərir. Bu o deməkdir ki, indeksasiya proqnozu (9,2 %) reallaşarsa, 400 manat pensiya alan şəxsin pensiyası 36,8 manat (400x9,2%) artaraq 436,8 manata, 500 manat alanın pensiyası 46 manat (500x9,2%) artaraq 546 manata yüksələcək.

Azərbaycan Mərkəzi Bnakı oktyabr ayında 2025-ci il üzrə 6 faiz səviyyəsində inflyasiya proqnozlaşdırıb. Bu da əmək pensiyalarının gözlənilən artım göstəricisinin inflyasiyanı üstələyəcəyindən xəbər verir.  

Qeyd edək ki, minimum pensiya məbləği 2025-ci ilin fevral ayının 1-dən 320 manatdır və 2026-cı ildə bu göstəricinin sabit qalacağı gözlənilmir.    

Ceyhun Həmid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 Noyabr 2025 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri