Gələn il sosial müdafiə və sosial təminat üzrə xərclər 120 milyon manatdan çox artırılır
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Gələn il dövlət büdcəsində sosial müdafiə və sosial təminat üzrə xərclərə 4 milyard 873 milyon manat ayrılması proqnozlaşdırılır.
APA-nın xəbərinə görə, bu, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama”sında əksini tapıb.
Beləliklə, sosial müdafiə və sosial təminat üzrə xərclərinin büdcədə xüsusi çəkisi 11,7 faiz olacaq.
Sosial müdafiə və sosial təminat üzrə xərclər 2025-ci illə müqayisədə 121 milyon manat, yaxud 2,54 faiz qədər çox olacaq. 2025-ci ildə büdcədə sosial müdafiə və sosial təminat üzrə xərclər 4 milyard 751,7 milyon manat nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:Gələn il sosial müdafiə və sosial təminat xərcləri 5 milyard manatdan çox olacaq
15 Aprel 2025 19:38
Gələn il üçün sosial müdafiə və sosial təminat xərcləri açıqlanıb
17 Oktyabr 2025 19:09
Nazir: Gələn il sosial müdafiə və sosial təminat xərclərinə ayrılacaq vəsaitin 10 faiz çox olması nəzərdə tutulub AZƏRTAC
19 Noyabr 2024 12:49
Gələn il sosial təminat sahəsində əhəmiyyətli artımlar gözlənilir AZƏRTAC
09 Dekabr 2024 14:25
Milli Məclisin gələn il üçün xərclər smetası 1 milyon manata qədər artırılır
14 Dekabr 2024 14:36
Baxış sayı:100
Bu xəbər 16 Sentyabr 2025 02:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















