Icma.az
close
up
RU
“Gələn il WUF13 geniş imkan yaradacaq” KONKRET

“Gələn il WUF13 geniş imkan yaradacaq” KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Belem şəhərində keçirilən COP30 çərçivəsində bir sıra tədbirlərdə iştirak edir.

KONKRET.az xəbər verir ki, Noyabrın 14-də keçirilən “İqlim fəaliyyəti evdən başlayır: Dəyişən iqlimdə mənzil təminatı” mövzusunda yan tədbirdə çıxış edən Komitə sədri əlverişli və davamlı mənzil təminatının insan hüquqlarının qorunması, iqlim dayanıqlılığı və inklüziv inkişaf baxımından əhəmiyyətini vurğulayıb. Bildirilib ki, mənzillər həm iqlim dəyişikliyindən təsirləndiyi kimi, həm də ona təsir göstərir. Buna görə şəhərsalma və tikinti prosesləri ətraf mühitə təsirləri minimuma endirməli və icmaların rifahını artırmalıdır. O, həmçinin Azərbaycanın BMT-nin “Hər Kəs üçün Münasib Mənzil” qətnaməsi üzrə Hökumətlərarası İşçi Qrupun həmsədri kimi iqlim aspektlərinin qlobal mənzil prinsiplərinə inteqrasiyasını təmin edəcəyini də qeyd edib.

Anar Quliyev gələn il Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) mənzil məsələsini iqlim dayanıqlılığı və sosial inklüzivlik üzrə siyasətlərin əsas komponenti kimi prioritetləşdirəcəyini bildirib. Forum aşağı karbonlu və dayanıqlı tikinti təcrübələrinin genişləndirilməsinə, inklüziv şəhər siyasətlərinin təşviqinə və Azərbaycanın innovativ şəhərsalma təşəbbüslərinin — Bakının insanmərkəzli və iqlimədavamlı Baş planının, azad edilmiş ərazilərdə həyata keçirilən “Böyük Qayıdış” proqramının, eləcə də əlçatan mənzil layihələrinin təqdimatına imkan yaradacaq.

“Bakı Davamlılıq Koalisiyası: Mənzil və iqlim həllərinə gedən yol” adlı digər yan tədbirdə isə Komitə sədri COP29 zamanı təsis olunan Koalisiyanın iqlimədavamlı və insanmərkəzli şəhərsalma üzrə qlobal əməkdaşlıqda rolunu diqqətə çatdırıb. Bildirib ki, COP və WUF-ların ev sahibləri – Misir, BƏƏ, Azərbaycan və Braziliyanın əsas iştirakçısı olduğu və tərəfdaş ölkələrə açıq olan Koalisiya kommunikasiya, uğurlu layihələrin təqdimatı, nazirlər səviyyəsində davamlı dialoq və müxtəlif maraqlı tərəflərin prosesə cəlb olunması istiqamətində fəaliyyət göstərir. Anar Quliyev Koalisiya vasitəsilə gücləndirilmiş koordinasiyanın WUF13 çərçivəsində qlobal öhdəliklərin yerli icrasını sürətləndirəcəyinə və təhlükəsiz, inklüziv və dayanıqlı şəhərlərin qurulmasına töhfə verəcəyinə inandığını vurğulayıb.

WUF13 üzrə milli koordinator olan Anar Quliyev eyni zamanda bütün tədbir iştirakçılarını gələn il Bakıda keçiriləcək və innovativ şəhərsalma sahəsində qlobal müzakirələr üçün nadir fürsət yaradacaq 13-cü Ümumdünya Şəhərsalma Forumunda iştiraka dəvət edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:293
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 Noyabr 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri