Icma.az
close
up
RU
Gələn il manatın məzənnəsi dəyişəcək? KONKRET

Gələn il manatın məzənnəsi dəyişəcək? KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“2026-cı ilin dövlət büdcəsində yaşayış minimumu və minimum pensiya məbləğində ciddi artımlar nəzərdə tutulmur”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında Milli Məclisin sabiq deputatı, iqtisadçı-ekspert Vahid Əhmədov bildirib.

O deyib ki, gələn ilin dövlət büdcəsi layihəsinə əsasən, vergi sistemində müəyyən dəyişikliklər gözlnilir:

“Burada kirayə haqlarına, əlavə haqlara, eləcə də bəzi aksiz vergilərə dair məsələlər yer alıb. Amma Milli Məclis hələlik 2026-cı ilin dövlət büdcəsinə baxmayıb. Parlamentdə keçirilən müzakirələrdə iqtisadçılar öz mövqelərini bildirir, müxtəlif təkliflər səsləndirirlər. Ümumi götürsək, gələn ilin dövlət büdcəsində insanların sosial rifahına, həyat şəraitinə təsir edən məsələlər də yer alır. Buraya yaşayış minimumu, minimum pensiya məbləği ilə bağlı məsələlər daxildir, lakin bu istiqamətdə ciddi artımlar gözlənilmir”.

V.Əhmədov söyləyib ki, büdcədən danışanda bir amili – Azərbaycanın neft gəlirlərinin azalmasını nəzərə almaq lazımdır: “Doğrudur, ölkənin ehtiyatları kifayət qədər böyükdür – təxminən 80 milyard dollar civarındadır. Bu ehtiyatı qorumaq və saxlamaq vacibdir, çünki biz daim Neft Fondundan dövlət büdcəsinə transfertlər həyata keçiririk. Dünyada baş verən siyasi və iqtisadi parçalanmalar, regionda isə hələ də mövcud olan problemlər fonunda bu ehtiyatların saxlanması daha da əhəmiyyətlidir”.

Manatın məzənnəsi ilə bağlı narahatlıqlara gəlincə, iqtisadçı xatırladıb ki, uzun müddətdir Azərbaycanın milli valyutasının sabitliyi qorunur: “Lakin iqtisadi reallıqlar nəzərə alınarsa, devalvasiya prosesi qaçılmazdır. Hazırda bunu bir-iki il qoruyub saxlamaq mümkündür, amma uzunmüddətli dövrdə bu sabitlik davam etməyə bilər. Bununla belə, 2026-cı ildə devalvasiya ehtimalı azdır, çünki hazırda ehtiyatlar kifayət qədərdir”

Sabiq deputat vurğulayıb ki, 2025-ci il büdcəsində bir barel neftin qiyməti 70 dollar, 2026-cı ildə isə 65 dollar götürülüb, halbuki hazırda neftin qiyməti 60-63 dollar səviyyəsindədir. Bu fərq də müəyyən dərəcədə büdcəyə təsir göstərə bilər:

“Bütün bunlara baxmayaraq, mən hesab edirəm ki, büdcə xərclərində təhsil, səhiyyə və sosial sahələrə daha çox diqqət ayrılmalıdır. Lakin burada başqa bir problem var – büdcə vəsaitlərinin səmərəli xərclənməsi. Təəssüf ki, bu məsələ hələ də tam həllini tapmayıb. Maliyyə Nazirliyi və Hesablama Palatası tərəfindən aparılan yoxlamalar, aşkar edilən nöqsanlar və görülən tədbirlər kifayət qədər olsa da, bu istiqamətdə daha sərt və sistemli addımlar atılmalıdır. Maliyyə intizamının gücləndirilməsi, nəzarətin artırılması və xərclərin şəffaf idarə olunması 2026-cı ilin dövlət büdcəsinin əsas prioritetlərindən biri olmalıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Oktyabr 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see319

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see317

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see315

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see310

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see296

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see291

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see289

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see286

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see270

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see266

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see260

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see244

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see242

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see241

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see230

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see222

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see222

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see217

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see211

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri