Icma.az
close
up
RU
Gələn ildən bank əmanətləri vergiyə cəlb ediləcək

Gələn ildən bank əmanətləri vergiyə cəlb ediləcək

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Gələn ildən etibarən “Vergi Məcəlləsində” bir sıra dəyişikliklər nəzərdə tutulub. Bu ilin son günü, həmçinin bir sıra güzəştlərin müddəti başa çatır”.

 “Qafqazinfo” xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib.

O qeyd edib ki, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilən dəyişikliklər paketində bir sıra güzəştlərin müddətinin uzadılması da nəzərdə tutulur. Bununla belə, “Vergi Məcəlləsinin” 102.1.22-4 maddəsi üzrə güzəşt müddəti növbəti ildən başa çatır.

“Paketdə bu güzəşt müddətinin artırılması nəzərdə tutulmayıb. Mövcud qanunvericiliyə əsasən, yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda milli valyutada olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi və eləcə də milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi gəlir vergisindən azaddır. Bu o deməkdir ki, növbəti ildən bir bankda milli valyutada olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatdan çox olan hissəsi üzrə gəlir vergisinə cəlb olunacaq. Deməli, 2026-cı ildə bankda 18 ay və daha çox müddətə yerləşdirilən əmanətlər üzrə aylıq faizi gəliri 200 manatdan çox olduğu halda o gəlirlər növbəti ildən etibarən vergiyə cəlb ediləcək.

Məsələn, hazırda bankda olan əmanətin aylıq gəliri 500 manatdırsa, yeni ildən etibarən onun 300 manatına gəlir vergisi tətbiq olunacaq. Güzəştlər həm vətəndaşlarımızın gəlirlərinin reallığı, həm da banklarda əmanətlərin strukturunun dəyişdirilməsi baxımdan vacib idi. Hazırda, bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 76.4 faizi və ya 41,8  milyard manat. Depozit portfelinin 57.4%-i  hüquqi şəxslərin, 42.6%-i isə fiziki şəxslərin əmanətidir”.

V.Bayramov əlavə edib ki, fiziki şəxslərin əmanət portfelinin 64.7 faizi müddətli əmanətlərdən ibarətdir: “Güzəştlər tətbiq olunandan bəri isə unikal əmanətçilərin sayı 106,7 mindən 226,1 minədək yüksəlib. Unikal müddətli əmanətçi sayı ilin əvvəlindən 16.4% artıb. Göründüyü kimi, 3 il öncə qəbul edilən güzəştlər bank sektorunda kreditlərin strukturunu əhəmiyyətli dərəcədə dəyişib. Təbii ki, burada digər faktorlar, o cümlədən Mərkəzi Bank tərəfindən aparılan sağlamlaşdırma tədbirləri və islahatların dərinləşməsi də xüsusi təsirlərə malikdir.

Bununla yanaşı, 2030-cu il üçün hədəf biznes kreditlərin payını daha artırmaqdır. Bunun üçün isə bankların uzunmüddətli depozitlərə ehtiyacı var. Bu həmçinin M0 aqreqatının payının azaldılması baxımdan vacibdir. Bu baxımdan, vergi güzəştləri qısa müddətli fiskal gəlirdən daha çox uzun müddətli iqtisadi gəlirə hesablanmalıdır. Digər tərəfdən, bu güzəştləri uzadılmasının iqtisadi səmərəsi fiskal effektindən daha çoxdur. Çünki, hər milyard manatlıq əmanət üzrə orta hesabla 8 faiz divident gəliri və onun da 10 faiz gəlir vergisinə cəlbini nəzərə alsaq bu dəyişikliklər strateji məqsədlərə xidmət etməlidir.

Bunun üçün, banklarda 18 ay və daha artıq müddətə yerləşdirilən əmanətlərin də daha 3 il müddətində gəlir vergisindən azad edilməsi məqsədəuyğun olardı. Yəni, əmanətlər ilə bağlı vergi güzəştlərin müddətinin gələn ildən etibarən daha 3 il müddətinə uzadılması arzuolunandır. Qeyd edək ki, bu təklifi komitə iclasında da təqdim etmişik. Güzəşt müddətinin uzadılması bank sektorunda aparılan islahatların vergi-fiskal siyasət ilə daha yaxından dəstəklənməsi və eləcə də depozit portfelində uzun müddətli öhdəliklərin payının artırılması baxımdan da vacibdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:25
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 Noyabr 2026 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see331

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see322

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see312

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see305

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see304

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see276

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see274

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see267

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see267

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see264

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see252

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see249

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see247

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see246

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see215

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see214

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see206

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see190

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see190

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri