Icma.az
close
up
RU
Ekspert MTK larla bağlı əsas problemləri açıqladı

Ekspert MTK larla bağlı əsas problemləri açıqladı

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Mənzil hüququ yalnız vətəndaşın mənzil əldə etməsi demək deyil. Bu hüquq həm də şəxsin mülkiyyətinin qorunmasını, mənzilindən maneəsiz istifadə etməsini və təhlükəsiz yaşayış şəraitinə malik olmasını əhatə edir”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli deyib:

“Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiya Məhkəməsi də öz hüquqi mövqeyində mənzil hüququnu şəxsin yaşayış sahəsinə malik olması və ondan maneəsiz istifadə edə bilməsi ilə əlaqələndirir.

Mənzil-tikinti kooperativlərinin (MTK) fəaliyyəti Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 109–118-ci maddələri ilə tənzimlənir. Buna görə də MTK-lar öz kommersiya maraqları ilə yanaşı, qanunvericilikdə nəzərdə tutulan öhdəliklərə də əməl etməlidirlər.

Bu sahədə əsas problemlərdən biri tikinti müddətlərinin pozulmasıdır. Vətəndaşlar bəzən illərlə topladıqları vəsaiti mənzil almaq üçün MTK-ya ödəyirlər. Lakin tikintinin gecikdirilməsi, mənzilin təhvil verilmə tarixinin dəqiq bilinməməsi və müraciətlərə aydın cavab verilməməsi onların həm maddi vəziyyətinə, həm də hüquqlarına mənfi təsir göstərir.

Digər problem maliyyə şəffaflığı ilə bağlıdır. Bəzi hallarda vətəndaşlardan əvvəlcədən razılaşdırılmış məbləğdən əlavə pul tələb olunur. Bu ödənişlərin hansı əsasla istənildiyi aydın göstərilmədikdə, vətəndaşla MTK arasında mübahisələr yaranır.

Daha bir ciddi məsələ mənzil üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsidir. Vətəndaş mənzilin pulunu tam ödədikdən sonra mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün lazım olan sənədləri əldə edə bilmirsə, həmin mənzildən hüquqi baxımdan tam istifadə etməsi çətinləşir. Bu zaman MTK-nın müqavilə öhdəlikləri, tikintinin hüquqi vəziyyəti və mənzilin dövlət qeydiyyatına alınması məsələləri araşdırılmalıdır.

Vətəndaşların hüquqi məlumatlılığı da diqqət tələb edən məsələlərdəndir. Bəzi insanlar MTK ilə müqavilə bağlayarkən onun hüquqi nəticələrini, ödədikləri pulun mahiyyətini, mənzilin nə vaxt təhvil veriləcəyini və mülkiyyət hüququnun necə rəsmiləşdiriləcəyini tam bilmirlər. Bu da MTK ilə vətəndaş arasında münasibətlərdə tərəflərin imkanları baxımından fərq yaradır”.

Şəbnəm

Gununesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Noyabr 2026 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see331

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see322

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see312

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see305

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see304

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see276

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see274

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see267

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see267

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see264

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see252

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see249

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see247

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see246

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see215

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see214

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see206

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see190

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see190

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri