Icma.az
close
up
RU
Gələn ildən özəl sektorda işləyən şəxslərin maaşından vergi tutulacaq

Gələn ildən özəl sektorda işləyən şəxslərin maaşından vergi tutulacaq

Icma.az, Milli.az saytına istinadən bildirir.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi tutulacaq.

Milli.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Sənədə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı göstərilən dərəcələrlə tutulacaq.

2026-cı il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək aşağıdakı cədvələ uyğun olaraq:

Vergi tutulan aylıq gəlirin məbləği Verginin dərəcəsi           2500 manatadək 3 faiz             2500 manatdan 8000 manatadək 75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi 8000 manatdan çox olduqda 625 manat + 8000 manatdan çox olan məbləğin 14 faiz  

2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək aşağıdakı cədvələ uyğun olaraq:

Vergi tutulan aylıq gəlirin məbləği Verginin dərəcəsi           2500 manatadək 5 faiz             2500 manatdan 8000 manatadək 125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi 8000 manatdan çox olduqda 675 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi  

2028-ci il yanvarın 1-dən aşağıdakı cədvələ uyğun olaraq:

Vergi tutulan aylıq gəlirin məbləği Verginin dərəcəsi           2500 manatadək 7 faiz             2500 manatdan 8000 manatadək 175 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi 8000 manatdan çox olduqda 725 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi  

Mövcud qanunvericiliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:

Vergiyə cəlb edilən aylıq gəlir Verginin dərəcəsi     8000 manatadək 0 faiz       8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi
 

Bildirilib ki, qeyri-neft özəl sektorda əmək haqqı gəlirləri üzrə fiskal yükün tənzimlənməsi istiqamətində aşağıdakılar həyata keçiriləcək:

proqressiv gəlir vergisi dərəcələrinin tətbiqi (aylıq gəlirin məbləğindən asılı olaraq 7% (2026-cı ildə 3%, 2027-ci ildə 5%), 10% və 14% dərəcələri ilə);
sosial sığorta haqları dərəcələrinin əmək haqqının 8000 manatdan yuxarı hissəsinə görə 4 faiz azaldılaraq 25%-dən 21%-ə endirilməsi (işçi üzrə 10%, işəgötürən üzrə 11%);
tibbi sığorta haqqı dərəcələrinin əmək haqqının 2500 manatdan yuxarı hissəsinə görə 4%-dən 1%-ə (işçi və işəgötürən üzrə 0,5%) endirilməsi
1 yanvar 2019-cu il tarixdən qeyri-neft sektorunun özəl bölməsində muzdla işləyən şəxslərin aylıq gəlirlərinə vergi və sosial sığorta haqları üzrə güzəşt mexanizmi tətbiq edilir.

Aparılmış islahatın məqsədi sahibkarlar və işəgötürənlər üçün əlverişli vergi-investisiya mühitinin yaradılması, işçi sayının və əmək haqqının əhəmiyyətli leqallaşması, əmək haqqı fondunun böyüməsi və sosial sığorta yığımlarının artması, işçilərin gələcək pensiya təminatı üçün real maliyyə bazasının formalaşması (pensiya kapitalının həcminin artması), əhalinin leqal və daha yüksək əmək haqları ilə banklardan kredit almaq imkanlarının genişlənməsi, ölkədə nağdsız əməliyyatların həcminin əhəmiyyətli dərəcədə böyüməsi olub.

İslahatlar nəticəsində qeyri-neft və qaz sektorunun özəl bölməsi üzrə əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 459.9 min vahid və ya 85,2 % artaraq 2025-ci ilin avqust ayının 1-nə 999.9 minə çatıb və cəmi əmək müqavilələrində payı 38,5 %-dən 54,2 %-ə yüksəlib.

Həmçinin 2018-ci il ilə müqayisədə 2024-cü ildə cəmi əmək haqqı fondu 2,5 dəfə, o cümlədən qeyri-neft özəl sektor üzrə 2,7 dəfə, cəmi məcburi dövlət sosial sığorta haqları üzrə daxilolma 2,5 dəfə, o cümlədən qeyri-büdcə sektoru üzrə 2,6 dəfə artıb. Dövlət Sosial Müdafiə Fondunun ümumi gəlirlərində büdcə öhdəliklərinin (transfert) xüsusi çəkisi 35,6 %-dən 17,5 %-dək azalıb.

Müvafiq güzəştin tətbiqi özəl sektorda əmək münasibətlərinin və iş yerlərinin rəsmiləşdirilməsinə, kölgə iqtisadiyyatının həcminin azalmasına, habelə sahibkarların vergi yükünə müsbət təsir göstərməklə qeyri-neft sektorunun dayanıqlı inkişafına mühüm töhfə verib.

Vurğulanıb ki, aparılmış islahatların nəticələrinin qorunub saxlanılması və müvafiq sahədə stabilliyin təmin edilməsi məqsədilə, neft-qaz sektorunda fəaliyyət göstərməyən və qeyri-dövlət sektoruna aid vergi ödəyicilərində çalışan fiziki şəxslərin muzdlu işdən əldə etdikləri aylıq gəlirlərindən tutulan vergi və sığorta haqlarına yenidən baxılması, həmçinin müvafiq sahədə diferensial yanaşma əsasında, mərhələli və yumşaq keçidlə vergi və sığorta haqlarının tətbiq mexanizminin formalaşdırılması zərurəti yaranıb.

Mövcud vəziyyətə görə, qeyri-neft özəl sektoru üzrə muzdlu işdən aylıq gəlirin vergi və sığorta dərəcəsinin tənzimlənməsi istiqamətində qanunvericiliyə təklif edilən dəyişikliklərlə aşağıdakılar proqnozlaşdırılır:

mərhələli və yumşaq keçidlə biznesin fiskal yükünün tənzimlənməsi, neytral saxlanılması və büdcə gəlirlərinin qorunması;
şəffaflaşma nəticələrinin qorunub-saxlanılması;
müvafiq sahədə "kölgə" imkanlarının minimuma endirilməsi;
işçilərin gəlirlərindən tutulmaların minimal səviyyədə saxlanması ilə rəsmi gəlirlərin artırılması və stimullaşdırılması.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:21
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 29 Dekabr 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see226

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see189

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see158

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see150

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see144

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see134

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri