Ünvanlı dövlət sosial yardımın məbləği artırılır NAZİR KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
Növbəti il ərzində aztəminatlı ailələrə dəstək məqsədilə ünvanlı dövlət sosial yardımı üzrə 470 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Eyni zamanda, sığorta pensiya sistemində dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi məqsədilə 1 milyard 600 milyon manat vəsait nəzərdə tutulub.
KONKRET.az azərtac-a istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında “Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, icbari tibbi sığorta çərçivəsində dövlət büdcəsinin vəsaiti hesabına ödənilən sığorta haqları üçün gələn dövlət büdcəsində 1 milyard 100 milyon manat vəsaitin ayrılması planlaşdırılır.
“Həmçinin işsiz şəxslərin sosial müdafiəsi məqsədilə icra olunan haqqı ödənilən ictimai işlərin maliyyələşməsi bloku üzrə növbəti ilin büdcəsində 133,5 milyon manat vəsait nəzərdə tutulur”, – deyə nazir əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 05 Noyabr 2026 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















