Icma.az
close
up
RU
Ünvanlı sosial yardımın məbləği artırılacaq

Ünvanlı sosial yardımın məbləği artırılacaq

Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gələn il ölkə üzrə yaşayış minimumu 15 manat artırılacaq. Bu, "Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında" qanun layihəsində öz əksini tapıb. Belə ki, növbəti ildən yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən ediləcək. Bəs bu artım sosial müavinətlərə və pensiyalara necə təsir edəcək?

İqtisadçı Eldəniz Əmirov Metbuat.az-a açıqlamasında bildirib ki, yaşayış minimumunun artması avtomatik olaraq bütün sosial ödənişləri artırmır, lakin bəzi ödənişlərə təsir göstərir. Çünki Azərbaycanda sosial ödənişlərin böyük hissəsi yaşayış minimumuna deyil, minimum əmək haqqına və ya ayrıca müəyyən edilmiş baza məbləğlərinə bağlıdır:

“Yaşayış minimumunun artması əsasən aztəminatlı ailələrin aldığı ünvanlı dövlət sosial yardımına birbaşa təsir göstərir. Məsələn, yaşayış minimumu 300 manata qalxıbsa, yardımın hesablanmasında istifadə edilən minimum təminat məbləği də avtomatik artır. Nəticədə, ünvanlı sosial yardım alan ailələrin aldıqları məbləğ yüksəlir. Eyni zamanda bəzi hallar ola bilər ki, əvvəlki qaydalara görə yardım ala bilməyən hansısa ailə, artımdan sonra yeni meyarlara uyğunlaşdığı üçün artıq yardım almaq hüququ qazanır”.

E.Əmirov qeyd edib ki, pensiyaların artması isə fərqli mexanizmlə baş verir:

“Pensiyaların artması, əsasən, əvvəlki ildə orta aylıq əməkhaqqının artım dinamikasına uyğun şəkildə bütün əmək pensiyalarının indeksləşdirilməsi hesabına həyata keçirilir”.

Qeyd edək ki, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində olub.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 09 Dekabr 2025 22:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Demnadan Milanda yeni Gucci kolleksiyası (FOTO)

29 Sentyabr 2026 08:15see139

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

Jezuş Ronaldunun oyun vaxtı ilə bağlı razılaşmasını pozdu

29 Sentyabr 2026 07:34see137

“Qızıl top” uğrunda mübarizədə gözlənilməz dəyişiklik

29 Sentyabr 2026 08:23see136

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see136

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see136

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see135

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see134

“Ola bilər ki, kimlərsə məndən narazılıq edir” (MÜSAHİBƏ)

29 Sentyabr 2026 08:10see134

Qızıl alanlara ŞAD XƏBƏR VİDEO

29 Sentyabr 2026 09:29see133

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see133

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

29 Sentyabr 2026 12:06see133

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see133

Rusiyadan xəbərdarlıq: Mühasirəyə alsanız...

29 Sentyabr 2026 08:09see132

Gələcək investisiya siyasətinin əsas istiqamətlərindən biri

29 Sentyabr 2026 12:13see132

Bakı forumunda Prezident İlham Əliyevin investorlara mesajı ŞƏRH

29 Sentyabr 2026 12:13see132

Sənaye Sİ ə güvənməyə hazırdır

29 Sentyabr 2026 12:19see131

Alimlər 1000 dəfə özünü bərpa edən material hazırladı 500 il xidmət edə bilər

29 Sentyabr 2026 07:45see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri