Gəlin niyə mənə çay gətirməlidir?
Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.
Əməkdar artist Çingiz Əhmədov gəlinə münasibətdən danışıb.
Axşam.az xəbər verir ki, aktyor bu barədə “Baku TV”yə müsahibəsində açıqlama verib. O, gəlinin evdə işlədilməsinin doğru olmadığını bildirib:
“Gəlin niyə mənə çay gətirməlidir? Köhnə qadınlar gəlini gətirib işlədirlər. Olmaz. Əl-ayağım yerindədir, özümə çay süzüb qoyuram. Mən gəlinin əlindən çay içmişəm. Çay süzəndə deyir, ata, sənə də süzüm? Deyirəm ki, istəyirəm. Belə olar".
Aktyor gənclərin məcbur yox, sevdikləri şəxslə ailə qurmasının tərəfdarı olduğunu deyib:
"Əgər sevib ailə qurursansa, heç vaxt pozulmur. Amma qızını məcbur edirsənsə ki, filankəsə get, oğluna deyirsənsə ki, filankəsi al, bu, ailə dağılır. Heç kimə zamin dura bilməzsən”.
Qeyd edək ki, Çingiz Əhmədovun aktyor oğlu İbrahim Çingiz aktrisa Aydan Axundova ilə ailəlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 17 Avqust 2026 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















