Icma.az
close
up
RU
Gəlin, təmiz söhbət edək...

Gəlin, təmiz söhbət edək...

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident İlham Əliyev Milli Elmlər Akademiyasında çıxış edib. O, dövlətin, cəmiyyətin, eləcə də, elmin prioritetlərini açıqlayıb. Bunlar, təbii olaraq, texnoloji inkişaf, təbii (tükənən) sərvətlrə deyil, intellektual potensiala, yeni texnologiyalara əsaslanan iqtisadiyyat qurmaq, rəqəmsallaşma, süni intellektə söykənən sferalara xüsusi diqqətdir.

Bu sırada kibertəhlükəsizlik də unudulmayıb.

Bir çox başqa məsələlərə də toxunulub və çox mühüm ismarıclar verilib, hədəflər göstərilib. Bunların hər birinə ayrıca yazılar həsr etmək olar. Bu yazıda isə ölkə rəhbərinin Azərbaycan dili, yəni Azərbaycan türkcəsi haqqında söylədiyi fikirlərə diqqət çəkməyi düşünürəm.

Öncə onu deyim ki, Azərbaycan prezidentinin milli dilimizin durumu və onun qorunması haqqında narahatlığını ifadə etməsi birinci dəfə deyil. Birada mərkəzi fikir məlumdur. Prezident İlham Əliyevin çıxışında bu fikir belə ifadə olunub: "10 il bundan əvvəl mən bu məsələni qaldırmışdım. Çünki bu, məni narahat edirdi. On il ərzində lazımi tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək. Amma yenə də oradan-buradan eşidirəm, - həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında, - buna heç bir gərək yoxdur. Yəni, biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər".

Dövlət başçısının bildirdiyi bu mövqe (dilin qorunmasına çağırış), təbii ki, cəmiyyətdə, bütövlükdə Azərbaycan dilinin daşıyıcısı olan 50 milyonluq millət arasında böyük rezonans doğurub; hər kəs bu fikirlərlə həmrəydir. Ancaq məsələyə səthi yanaşan bəzi şəxslər, xüsusilə, yad mərkəzlərdən qidalananlar bu çağırışı tərsinə yozaraq, Türkiyə türkcəsinə müqavimət, hətta "hücum" kimi təqdim etməyə çalışırlar. Xüsusilə sosial mediada bəzi şəxslər Türkiyə türkcəsindən alınma sözlərə, kəlmələrə qarşı əməlli-başlı genişmiqyaslı və kordinasiyalı kampaniya qurublar.

Əvvəla, prezident hansısa konkret bir əcnəbi dili və bir dildən alınma sözləri deyil, Azərbaycan türkcəsində qarşılığı olan sözlərin özgə dillərdən alınan kəlmələrlə əvəzlənməsinin yolverilməzliyini nəzərdə tuturdu. İkincisi, Türkiyə türkcəsi heç də əcnəbi, özgə dil deyil. Xatırlayaq ki, indiki Türk Dövlətləri Təşkilatı əvvəlcə Türkdilli ölkələrin dövlət başçılarının sammiti kimi meydana gəlib. Yəni Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan respublikaları dövlət səviyyəsində qəbul ediblər ki, onların xalqlarının dilləri türk dilinin müxtəlif qollarıdır. TDT-ni yaratmaqla isə bu dövlətlər öz xalqlarının vahid türk mənşəyini də əsas götürüblər. Bu mənada türk xalqının bir qolundan bir sözün başqa qola keçməsində qorxulu bir şey yoxdur. Onsuz da dil özəl təbiəti olan, yad, yabançı, özgə qarışığa qarşı dirəncli dəyərdir. Dil dəniz, okean kimi dalğalanır; ona uyuşmayan, yaraşmayan, yapışmayan hər nə varsa, ya öz "sahillərinə" qovur, ya da dibinə çəkir. Heç bir halda içinə çəkmir. Qəbul etmədiyi bir şeyi ya sahilə vurur, ya da öz yaddaşında "itirir".

Mən bəzi rusbaşların, farsbaşların və sair elementlərin paylaşımlarında gizli bir kələk gördüm: prezidentin haqlı və əsaslı mövqeyini Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsi arasında münaqişə kimi qələmə verməyə cəhd göstərirlər. Təbii ki, bunlar uğursuz cəhdlərdir, ancaq hər bir halda ürək bulandırır. Çünki başqa türkcələrdən, ən çox da Türkiyə türkcəsindən dilimizə sözlər, kəlmələr gəlir. Bunların bir qismi öz yerini, öz hücrəsini tapıb yerləşir, dilə yovuşur, dildə oturur-oturuşur. Bir qismini isə dil özü çıxdaş edir, özündən uzaqlaşdırır.

Bu mexanizm təkcə başqa türkcələrə deyil, əcnəbi dillərə qarşı da işləyir. Azərbaycan dilindən də qardaş türkcələrə, əcnəbi dillərə sözlər keçir. Uyğunlaşanı da olur, uyğunlaşmayanı da. Dil canlı orqanizmdir; yad "cism"i öz içərisində saxlamır. Zorla çoxlu yad kəlmələr, sözlər yeridilirsə, dilin bunları kənarlaşdırmağa gücü yetmədiyi zaman dil çirklənir, zədələnir, "xəstələnir". Bu da milli kimlik şüurunu və milli identiklik duyğusunu sarsıdır. Prezidentin dediyi də məhz budur. O, bu sözləri nahaqdan deməyib; millət dilin hadisəsidir. Milləti və dövləti qorumaq dilin qorunmasından başlayır.

Bu, son vaxtlar xüsusilə aktuallaşan "ideoloji suverenlik" anlayışı kontekstində bir başqa anlam da qazanıb. "İdeoloji suverenlik" anlayışını "qəribçiliyə salmaq" cəhdləri, belə çabalar da var. Təbii ki, bunlar yanlışdır; dövlətin, millətin suverenliyi təkcə siyasi coğrafiya məsələsi deyil; təkcə torpaq, ərazi üzərində əks olunan bir hüquqi-fiziki əməl deyil, bu, həm də ictimai şüurun, milli kimlik hissinin suverenliyidir. Cəmiyyyəti təkcə qanunlar deyil, həm də fikirlər, ideyalar, düşüncələr idarə edir. Bu fikirləri kim formalaşdırır? İdeyalar hardan gəlir? Hansı ictimai "süzgənc"dən keçir, necə çeşidlənir, necə arıtlanır, ictimai dövriyyəyə hansı sousda və nə məqsədlə ötürülür?! Bunlar çox önəmlidir. Dövlətin bu məsələyə diqqət ayırması deyil, biganə qalması təəccüblü olardı. Odur ki, "ideoloji suverenlik" anlayışını "ictimai suverenlik" kimi də qavramaq gərəkdir.

Azərbaycan prezidenti nə deyir?! Deyir ki, öz dilimizdə təmiz yazmaq, təmiz danışmaq lazımdır. Bu fikirlə necə mübahisə edəcəksən? Tam doğru yanaşmadır. O deyir ki, dünyanın harasında yaşamasından asılı olmayaraq Azərbaycan dilinin daşıyıcısı olan hər kəs dilin saflığını qorusun. Yəni dilin zənginliyini qorusun. Dildə nə qədər çox söz, kəlmə, frazeologiya olması, əlbəttə, önəmlidir. Bu baxımdan Azərbaycan türkcəsindən öndə olan dillər var. Ancaq dilin məharəti və cəsarəti onun ifadə edə bildiyi məna dərinliyindədir.

Mən bu dildə oxuyan və az-çox yazan biri kimi dilin zənginliyini, dərinliklərini bir az görə bilirəm. Sabir Əhmədlini, Seyran Səxavəti, Qulu Ağsəsi oxuyan adam heç vaxt Azərbaycan türkcəsinə yoxsul, "qısır" dil deyə bilməz. Deyirsə, deməli, özünün dil təfəkküründə "qısırlıq" var.

Azərbaycan dilinin, öztürkcəmizin qorunması üçün öz dilimizdə çox əsərlər oxumalıyıq, çox yazmalıyıq, çox düşünməliyik. Ölkə prezidentinin özü hər kəsə örnəkdir; onun çıxışları, müsahibələri də öztürkcəmizin dərinliklərindən axıb gəlir. Onu demək lazımdır ki, hakimiyyətinin ilk illərində dövlət başçısının verbal nitqi indiki kimi deyildi. Bu da anlaşılandır; Azərbaycan dilinin coğrafiyasından kənarda təhsil almış və uzun zaman başqa dillərin fiziki ortamında yaşamışdı. Ancaq indi onun nitqi mükəmməldir. Hiss olunur ki, öz dilimizdə çox mütaliə edir. Yoxsa bu qədər zəngin söz ehtiyatı, bu qədər səlis cümlə qurması mümkün ola bilməzdi. Bu, bütün dövlət ərkanına, bütün elitaya və hər kəsə nümunədir. Azərbaycanın söz sənətini daha üst səviyyəyə qaldırmaqla, milli yazarları stimullaşdırmaqla, dildən daha ustalıqla faydalana bilən söz sənətkarlarını dəyəndirməklə dili daha etibarlı qorumaq və daha da zənginləşdirmək olar. Tərcümə ədəbiyyatına, xüsusilə, bədii tərcüməyə böyük diqqət ayırmaq lazımdır.

Bunları edə bilməsək, dilimiz, milli kimlik şüurumuz, doğrudan da, sarsıla bilər. Bu da milli dövlətçilik ənənəmizi təhlükə altına salar. Təsəvvür edin: ideoloji suverenliyi qəbul etməyənlər siyasi hərəkatlarla bu yanlış və zərərli yanaşmanı nə zamansa siyasi hakimiyyətə daşısalar, bununla milli müstəqil dövlətçiliyi yenidən yeni - çox ağır sınaqlara sürükləyə bilərlər. Biz isə millət olaraq 1920-ci ilin aprelini, 1990-cı ilin yanvarını və sair bu kimi faciələri yenidən yaşamaq istəmirik axı.

Elə deyilmi?! Gəlin, təmiz söhbət edək...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol. info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 04 Noyabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see326

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see325

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see323

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see264

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see257

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see256

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see253

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see250

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see249

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see236

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see208

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see207

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri